“HEÇ VAXT İLHAM ƏLİYEV-RƏSUL QULİYEV SEÇİMİNDƏ QALMARAM...”
Tarix: 23-01-2012, 13:38 | Çap et
İLYAS İSMAYILOVLA BÖYÜK SÖHBƏT
Milli Məclisin üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılovun “Qafqazinfo” vasitəsi ilə ona ünvanlanan bütün suallara cavab verib:
Süleyman Cəbrayılov: Salam, İlyas müəllim. Mən neçə illərdir ki, Sizdən bir şeyi soruşmaq istəyirəm - Siz bir vaxt Ə. Humbətovun "öz xalqının dövlətini qurur" kimi fikir demişdiniz - bunu Sizdən heç kim gözləmirdi və məncə, bu hadisə Sizin o zamana kimi formalaşan müsbət imicinizi darmadağın etdi. Sizi müsbət pəncərədən taniyan bir adam kimi istərdim ki, izahat verəsiniz. - Hörmətli Süleyman müəllim, görünür, siz və sizin kimi düşünənlərə mənim fikirlərim təhrif olunmuş şəkildə çatdırılıb. Xatırlayıram, Vətəndaş Həmrəyliyi Partiyasının əvvəlki ofisində tədbir keçirilirdi. Orada Ə.Hümbətovun siyasi məhbus olub-olmaması məsələsi ortaya çıxdı və mənim də bu barədə fikir söyləməyimi xahiş etdilər. Mən dedim ki, Ə.Hümbətovun törətdiyi cinayətlərin motivi nə tamahkarlıq, nə şəxsi qisas almaqdır, siyasi xarakter daşıdığından o, siyasi məhbus sayılmalıdır. Yəni Ə.Hümbotov dövləti cinayət - separatçılıq törətmişdi. Onun hərəkətlərinin motivində isə öz aləmində “öz xalqının dövlətini qurur” fikri dayanmışdı. Bir sözü ümumi konteksdən çıxardıb, təhrif edib mənə qarşı yönəltmək düzgün deyil və məni separatçılara dəstəkçi kimi təqdim etməyə də ehtiyac yoxdur. Ədalət Partiyası olaraq Azərbaycan ərazisində yaşayan bütün millətlərin bərabərhüquqlu, qanuna uygun şəraitdə yaşamasının tərəfdarıyıq. Mən peşəkar hüquqşünasam, ölkənin inkişafı və vətəndaşların hüquq və azadlıqlarının təminatı kimi qanunun aliliyi və cəzanın labüdlüyü prinsiplərinin qeyri-şərtsiz həyata keçməsinin tərəfdarıyam.
Patriot: - İlyas müəllimdən oğlu haqqında soruşmaq istərdim. Mətbuatda onun barəsində ziddiyytli xəbərlər yayılıb zaman-zaman. Özü də ilk baxışdan qəribə insana oxşayır. Ata kimi oğluna olan münasibəti və prokuror kimi oğluna olan münasibəti necədir. - Həmişə arzulamışam ki, övladlarım şəxsiyətinə hörmət edən, dəyərləri olan, ləyaqət məhfumunu həyat tərzi olaraq anlayan dünyagörüş sahibləri olsunlar. Şükür Allaha, övladlarımda yanılmadım. Əksinə, mənim güvənc yerim oldular. Odur ki, ata kimi də, prokuror kimi də övladlarımdan razıyam.
Elcin: - İlyas muəllim mənim sizə böyük hörmətim var. Xahiş edirəm sualıma qorxmadan cavab verəsiniz. Siz Azərbaycanda kimi baş nazir postuna layiq bilirsiniz? Xahiş edirəm konkret ad çəkin. - Xahişinizi yerinə yetirib ad çəkə bilməyəcəyəm və bu da, qətiyyən, qorxaqlıqla bağlı deyil. Mən o şəxsin cizgilərini çəkə bilərəm. O, ilk növbədə peşəkar, xalqını sevən, ölkəsinin problemlərini görən, ictimai marağı şəxsi maraqdan üstün tutan, dərin biliyə və həyata düzgün baxışa malik olan, hamının nəzərində siyasi xadim səviyyəsində duran, özünə “yox” deməyi bacaran və möhkəm siyasi iradəyə malik adam olmalıdır. Belə adamlar cemiyyətimizdə kifayət qədərdir.
BİNNƏT QƏRİBLİ: - Cənab İsmayılov, siz uzun illərdir siyasətdə olan adamsınız və Azərbaycanda Sizi hamı tanıyır, eləcə də o qədər də zəif adam deyilsiniz ki, bu hakimiyyət sizi sıxışdırası olsa, aclıq və səfalət çəkəsiniz, inanmıram ki, türmədə yatmaqdan da qorxasınız. Bəs onda Sizə nə mane olur ki, Azərbaycanı diz çökdürmüş bu hakimiyyətə qarşı, heç olmazsa, cəsarətlə çıxış etmirsiniz, çılpaq həqiqətləri üzə demirsiniz, əvəzində isə ən azı Azərbaycan tarixində özünüzə əbədi ad və şöhrət qazanarsınız. Siz bunu niyə etmirsiniz? - Həm 2005-2006-cı illərdə, həm də 2010-cu ildə mən deputatlığa namizəd kimi seçicilər, qarşısında çıxış edəndə hakimiyyətin bir qolu olan Milli Məclisin funksiyalarından danışmışam və xahiş etmişəm ki, kim bu funksiyaları başa düşüb daha yaxşı yerinə yetirmək imkanına malikdirsə, ona səs verin. Bəzi namizədlər qanuna zidd olaraq (xüsusilə 2005-2006-cı illərdə) pul xərcləyib yol çəkdirir, elektrik transformatorları quraşdırır, məktəbləri, klubları təmir etdirir və belələiklə, seçiciləri öz tərəflərinə çəkmək istəyirdilər. Milli Məclisin səlahiyyətlərinə aid olmayan hər şeyi yerinə yetirəcəklərini vəd edirdilər. Hələ birisi Qarabağ problemini həll etməyə söz verirdi. Mən heç kimi aldatmamışam. Milli Məclisin funksiyalarının da həyata keçirilməsində iştirak edirəm – həm qanunvericilik təşəbbüsündə oluram, qanunların müzakirəsində həm komitələrdə və həm də plenar iclaslarda mənim biliyim tələb olunan səviyyədə iştirak edirəm. Vətəndaşların problemlərinə də qətiyyən biganə deyiləm. Deputat sorğuları vasitəsilə o problemləri müvafiq orqanların diqqətinə çatdırır və mümkün həllinə çalışıram. Mənə də müraciət edənlər çoxdur – görünür, Respublika prokuroru və Ədliyyə naziri kimi tanıyan insanlar təkcə seçildiyim Ağstafa, Qazax, Tovuz rayonlarından deyil, respublikanın hər yerindən müraciət edirlər. Mən heç vaxt ölkənin problemlərini diqqətə gətirməkdən çəkinməmişəm. Bunu hər zəmində həyata keçirmişəm. Respublika prokuroru olanda da, Ədliyyə naziri olanda da, indiki müxalifət həyatımı yaşayanda da xalqımın maraqları mənim üçün öndə olub. Yazdığım “Hüquqi dövlət” kitabı, coxsaylı müsahibələrimdə bəyan etdiyim movqe və ümumiyyətlə, həyat tərzim sizin iddianızın əksini sübuta yetirir. Mən populizmi sevmirəm, çıxış naminə çıxış etməyi məqsədəuygun hesab etmirəm. Hamıya bəlli məsələləri təkrar etməyi deyil, problemdən çıxış yolu tapmagı əhəmiyyətli sayıram. Hesab edirəm ki, bizim üç problemimiz var – Dağlıq Qarabağ, ondan da az ictimai təhlükəli olmayan, ağac qurdu kimi bizi içəridən yeyən korrupsiya və yerlibazlıq. Bütün problemlərimiz məhz bu üç problemlə bağlıdır. Mən bunu həmişə demişəm və indi də deyirəm. Məsələn, hökumətin 2010-cu ildəki fəaliyyəti haqqında hesabatı müzakirə olunarkən mənə söz çatmadı, lakin çıxışımın mətnini təqdim etdim və bu da “Azərbaycan Respublikası Milli Məclisinin iclaslarının protokolları və stenoqramları. İkinci sessiya. Yaz” 2011, 7-ci cilddə çap olunub. Əsasən korrupsiya ilə mübarizəyə həsr olunan çıxışımda qeyd edirəm ki, korrupsiya qanunun aliliyi prinsipini nüfuzdan salır, ölkənin maddi resurslarının talan edilməsinə, insanların, bütölükdə cəmiyyətin əxlaqi-mənəvi deqradasiyasına səbəb olur, vətəndaşların dövlətə, onun institutlarına inamını sarsıdır. Nəticədə insanlar dövləti öz dövləti saymır, vətəni tərk edirlər. Bu olduqca təhlükəli haldır. Odur ki, korrupsiya ilə ciddi mübarizə aparılmalıdır. Millətin bu bəlası ilə mübarizə üçün çıxışımda qeyd edildiyi kimi, ilk növbədə, bütün vəzifəli şəxslər və onların ailə üzvləri öz gəlirləri barədə deklorasiya verməlidirlər. Bu haqda qanun var. “Gəlirlərin Deklorasiyası haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2005-ci ilin avqustunda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında” qanunun təbiqi barədə fərman verdi və Nazirlər Kabinetinə tapşırdı ki, 3 ay müddətinə bəyannamənin forması hazırlanıb prezidentə təqdim edilsin. Hansı səbəbdən bilmirəm, bu fərman icra olunmur. İkincisi, korrupsiya ilə mübarizə üçün bütün vəzifəli şəxslər və vətəndaşlar xərcləri barədə də deklorasiya verməlidirlər. Bu haqda qanun yoxdur, lakin tezliklə qəbul olunmalıdır. Xərclər haqda deklorasiya gəlirlər haqda deklorasiyadan daha vacibdir. Qoy izah etsinlər, görək, villaları, olduqca bahalı maşınları hansı hesaba alıblar. Üçücüsü, bu da arzuolunmaz faktdır ki, bizdə ən varlı adamlar biznesmenlər deyil, qanunsuz bizneslə məşğul olan vəzifəli şəxslərdir. Elə bu da korrupsiyanın yüksək həddini müəyyən edir. Odur ki, təcili olaraq Cinayət Məcəlləsində vəzifəli şəxslərin sahibkarlıq fəaliyyətilə məşğul olmalarına görə, məsuliyyəti nəzərdə tutan xüsusi norma əlavə edilməlidir. Belə qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında MM-ə təqdim etmişəm.
Jurnalist: 1. İlham Əliyevə münasibətiniz necədir? Heydər Əliyevlə onun arasında oxşarlıq və fərqliliklər çoxdurmu? 2. Sabiq müavininiz Elxan Şükürlünün Ədalətdən getməsində R.Quliyevlə bağlı yazılarının əsas olduğu deyilir. Oğlunuz Etimad və müavininiz M.Rəhimov "R.Quliyevi müdafiə edənlər onun partiyasında olmalıdır" deyirdilər. Eyni məntiqlə, Sizin və oğlunuzun İ.Əliyevi müdafiə etməsindən sonra "Niyə gedib YAP-a birləşmirsiniz?" sualı verilməlidir. Əgər R.Quliyev-İ.Əliyev seçimində qalsaz, kimi tutarsınız? 1) İlham Əliyev Azərbaycan Respublikasının Prezidentidir. O, həm ölkə daxilində və həm də beynəlxalq münasibətlərdə ölkəmizi təmsil edir. Ona da hamımız Prezident kimi hörmətlə yanaşmalıyıq. Bunu həm də siyasi mədəniyyət tələb edir. Cənab İlham Əliyevlə rəhmətlik Heydər Əliyevin müqayisə edilməsini yersiz sayıram. Çünki,başqa-başqa adamlardır, şəxsi keyfiyyətləri, fəaliyyət göstərdikləri zaman və şərait fərqlidir; 2) Mən və Ədalət partiyasının üzvləri İlham Əliyevi yox, Azərbaycanı müdafiə edirik.
Nəhayət, mən heç vaxt İ.Əliyev-R.Quliyev seçimində qalmaram. Həyat da felin lazım formasını sevmir.
İbrahim: Salam. Bunu təşkil etdiyinizə görə “Qafqazinfo”ya təşəkkürlər və hörmətli İlyas müəllimi də salamlayıram. Sual-Azərbaycanda dinə qarshi son vaxtlar olan tezyiqlər(məsələn, hicab məsələsi ve son vaxtlar Milli Məclisdə qəbul olan qanunlar) nədən qaynaqlanır ve bu dindar kutlə ilə dövlət arasında probləmlərin yaratmırmı? Və bundan Azərbaycanı istəməyənlərin sui-istifadə etməsinin qarşısını almaq üşün bir şey düşünülüb, ya yox? Bir daha təşəkkürlər.
- Düşünürəm, inam ilk növbədə daxili təminat üçündür. Həqiqətən, dərindən inama sahib olan insanlar cəmiyyətə müsbət çalarlar gətirirlər. O da məlumdur ki, din amilindən aranı qarışdırmaq məqsədilə həm ölkə daxilində və ,xüsusilə, xarici dairələrdə istifadə etmək cəhdləri olub, var və olacaq. Əməli fəaliyyətində dövlət bunu nəzərə almalıdır. Əlbəttə ki, inanclı insanların hüquqlarını gözləmək şərtilə. Mən cəmiyyətimizdə hər hansı süni, qeyri-peşəkarlıqdan doğan gərginliyin əleyhinəyəm.
İsa Abbasov: Salam, İlyas bəy. Vaxtılə ADP həmsədri olarkən aktiv, fəal siyasətlə məşğul olurdunuz və real müxalifətçi kimi böyük reytinqə malik idiniz. Sizin deputat seçıləndən sonrakı passivliyiniz, cəmiyyətdə tuğyan edən haqsızlığa, artan templə inkişaf edən məmur özbaşınalığına, hər şeydən əvvəl bir ziyalı kimi dözümlülük nümayiş etdirməyiniz və siyasi proseslərdən kənarda qalmağınız nə ilə əlaqədardır?
- Mən indi də aktiv siyasi fəaliyyət göstərirəm və siyasi proseslərin içindəyəm. Aktivlik - özün kənarda qalıb, başqalarının balalarının qazamata düşməsinə səbəb olmaq, icazəli qəhrəmanlıq etmək və hansısa yad qüvvələrin istəklərini həyata keçirtməkdə deyil. Xüsusi önəm verdiyiniz deputat mandatı da məndən ötrü həyatımın məqsədi yox, sadəcə bir mərhələdir. Bu mərhələni də mən imkanım daxilində xalqımın xeyrinə yönəldirəm.
Reshad: Ilyas müəllim, bilmək istərdim Azerbaycan Parlamentinin uzvləri sizi qane edir? - Qane edənlər də var, etməyənlər də.
Jurnalist: - İlyas bəy, səhv etmirəmsə, sabiq müavininiz Elxan Şükürlü sizi mandatdan imtinaya çağırmışdı. Sizcə, hakimiyyətin bu xalqa etdiklərini paylaşmamaq üçün bu, ən yaxşı variant deyildimi? Onsuz da parlamentdə danışmırsınız. Axı hakimiyyətin zülmünə və saxtakarlığına şərik olub susduqca, Sizin hakimiyyətlə qırılmaz bağlantınızın və ya hansısa öhdəliyinizin olduğu təəssüratı yaranır? 4. "İlham Əliyev yaxşıdır, ətrafı pisdir" tezisi nə vaxtadək bəzi partiyaların hakimiyyətə işləməsində əsas çətir olacaq? - Parlamentdə deputat olmaq-kimlərinsə əməllərinə şərik olmaqlir - fikrini aşılamaq dayaz düşüncənin və bəd niyyətin təzahürüdür. Bu cür ittihamlar, zamanında Milli Məclis üzvü olan AXCP və Musavat deputatlarının da ünvanına söylənilmişdi. O zaman Ədalət partiyası, hörmətli Əli Kərimli başda olmaqla, bu deputatları müdafiə etmişdi. Çünki, onda da, indi də, hesab edirəm ki, müxalif qüvvələrin parlamentdə təmsilçiliyi dərin düşüncəsi, düşünülmüş layihələri olan müxalifətə lazımdır.
Parlamentdə bizlərin fikirlərinin ifadəsi müəyyən qüvvələr tərəfindən əngəllənir. Bu fakt onu göstərir ki, bizlər, sizin iddianızın əksi olaraq, kimlər üçünsə arzuolunmaz şəxslərik. Ümumiyyətlə, suallarınızı jurnalist adına layiq yox, şəxsi qərəzin nümunəsi kimi qiymətləndirirəm. Hakimiyyətin bəzi nümayəndələrinin zülmü və saxtakarlıgı, bir çoxlar ı kimi, mənim də payıma düşüb. Sadəcə olaraq, müxalif siyasətçi anlayışına sizdən fərqli yanaşdıgıma görə, hakimiyyətin hansısa xeyirli addımlarını müsbət qarşılayıb, zərərli siyasətinə isə alternativ təkliflərin verilməsinin tərəfdarıyam. Fikrimcə, üzərimizdə olan təhlükələri nəzərə alaraq daxili düşmənçilik yolunu yox, milli birlik yolunu tutmalıyıq.
Sonuncu sualınıza gəlincə - sualınızın ünvanını səhv salmısınız. Bunun Ədalət partiyasına aidiyyatı yoxdur.
Elbrus Ərud: Mənə elə gəlir ki, İlyas İsmayılov 2013-cü ildə prezidentliyə namizəd olacaq. Səhv etmirəm ki? - Hadisələri qabaqlamaq istəməzdim.
Elnur Eltürk tarixçi-jurnalist: Salam, İlyas bəy, İran-Amerika qarşıdurmasını real hesab edirsinizmi? Sizcə, belə bir qarşıdurma baş versə, orada yaşayan soydaşlarımızın gələcək taleyini necə görürsünüz? - Hörmətli Elnur bəy, bu qarşıdurmanın çox uzun müddətli tarixi var və artan xətt üzrə davam edir. Mən istərdim ki, bu gərginlik Sokratın «mərifətin inkişaf yolu saydığı» dialoq yolu ilə aradan qaldırılsın. Allah eləməsin ki, bu müharibəyə səbəb olsun. Bu halda nəinki orada yaşayan azərbaycanlıları, habelə region dövlətlərini yaxşı heç nə gözləmir. Bir de İranda yaşayan soydaşlarımızı İranın taleyindən təcrid şəkildə təsəvvür etmək olmaz.
ABAS, VİP-çi: İLYAS MÜƏLIM, SİZİN FİKİRiNİZCƏ, HAZIRKI ŞƏRAİTDƏ HANSI PARTİYALARIN BIRLIYI MUXALIFƏTİN BİRLİYİ OLAR? MÜMKÜNSƏ ADLARINI DEYİN. - Mən daim müxalifətin birliyi üçün çalışmışam. Çünki yalnız birlik vasitəsi ilə demokratik dəyərlər ugrunda virtual yox, real mübarizə aparmaq olar. Qəlbimlə bunu nə qədər arzulasam da, şüurumla başa düşürəm ki, bu mümkün deyil. Çünki müxalifət rəngarəngdir. Müxtəlif həyat tərzi, daxili aləm, amallar, bilik, savad, meyarlar, hədəflər və onlara çatma üslubları indiki zamanda ümummüxalifətin birliyini real göstərmir. Bununla yanaşı, siyasi baxışları, daxili aləmləri, məsuliyyət hissləri yüksək olan, sözün həqiqi mənasında, müstəqil olan siyasətçilərin birliyi bugünki şəraitdə vacibdir. Adlara gəlincə, reallaşsa şahidi olacaqsınız.
Elvin: Hörmətli Ilyas bey, Sizcə, ne vaxtsa akademik Ziya Bunyadovun, jurnalist Elmar Hüseynovun, Rafiq Tagının və ADNA-da baş verən terror aktının səbəbkarları (həqiqi səbəbkarlar) üzə cıxacaqmı? Nəyəsə ümi etməyə dəyərmi, yoxsa yox? - Necə deyərlər, ümid ən sonda ölür. Düşünürəm ki, bütün sadalanan işlərdə həqiqət üzə çıxar. Bunun üçün çox böyük istək və əzmkarlıq lazımdır. Xatırlayıram, mən prokuror təyin olunanda maraqlandım keçmişdən açılmamış nə qədər işlər qalıb. Məlum oldu ki, səhv etmirəmsə 12000, bundan 600-ü ölüm işləri idi. Elə bir tələbkarlıq və yarış şəraiti yaratdım ki, külli miqdarda işlər açıldı, o cümlədən, 1968-ci ildə Ağcabədidə baş vermiş qətl hadisəsi. İstək və aidiyyatı olan rəsmi şəxslərin iradəsi çox şeyi həll edir. Fəaliyyətsizliyə bəraət qazandırmaq üçün səbəb deyil, mövcud problemləri həll etmək üçün vasitə axtarmaq lazımdır. Onda hər şey həll olunar, o cümlədən, sadaladığınız cinayət işlərinin acılması.
Onu da qeyd edim ki, adlarını çəkdiyiniz insanlar çox dəyərli insanlar idilər və sizin suallarınız da sübut edir ki, bu işlər ictimaiyyətin diqqət mərkəzindədir. Odur ki, bu cinayətlər mütləq açılmalıdır.
Demokrat: Hörmətli İlyas müəllim, xahiş edirəm sualıma cavab verin: Belə bir parlamentdə təmsil olunmaqdan vicdan əzabı çəkmisinizmi? - Əvvəla, vicdanlılıq həmişə konkret şəxsin məsuliyyətilə bağlıdır. Yəni Milli Məclisin hər bir deputatı öz xalqı qarşısında mənəvi məsuliyyət daşımalı və öz fəaliyyətinə əxlaqı baxımından qiymət verməlidir. Mənəvi əzab, xəcalət çəkmək, peşman olmaq bu qiymətin təzahür formalarıdır. Bu baxımdan, mən, öz fəaliyyətimə görə, bu hissləri keçirmirəm. Əksinə, Azərbaycanın üç rayonundan parlamentə etibar olunmağımı yüksək qiymətləndirirəm. O ki, qaldı başqa deputatlara – onlar müxtəlifdirlər və onlara da hörmətlə yanaşıram. Bir şeyi vurgulamaq istəyirəm, bizim parlamentdə elə millət vəkilləri var ki, müxalifətdə dayanan, nəfsinə sahib şıxa bilməyib, özündən müştəbeh olan bir çox iddialılardan cəmiyyətimiz üçün daha faydalıdırlar.
Demokrat: Sizi tanımıram, amma bu addımınızı çox yüsək dəyərləndirirəm getdikcə bu tipli hadisələrin digər deputatların da yadina duşməsi ve ənənə halı almasini cox istərdim. - Təşəkkür edirəm. Biz çoxsaylı faydalı təşəbbüslər müəllifi olmuşuq. Sadəcə olaraq, azad, qrup və şəxsi maraqlardan kənar olan, müstəqil KİV-in qıtlıgı ucbatından bunlar geniş əhaliyə hələ bəlli deyil.
demokrat01: salam hormetli SÜLEYMAN BEY. İlyas bey duz demeyib ki? Ələkrəm bəy erməni dovləti qurmurdu ki? Özü də o, muxtar respublika qurmaq istəyirdi. Zatən bu ölkənin hər rayonunda indi bir şah oturub, elə deyil? Men İlyas bəyə bu suali verirem. İLYAS BƏY, NİYƏ parlamentdə aktiv deyilsiz? - Bu suala yuxarıda cavab vermişəm.Yenə də vurgulamaq istəyirəm ki, müxiləfətçi oldugumuza görə, müxtəlif bəhanələrlə bizim çıxışlarımız əngəllənir, reallaşan çıxışlarımızda səslənən fikirlər isə əhaliyə çatdırılmır. Bu reallıq aşagıdakıların göstəricisidir: 1.Vətənpərvər müxalifətçi maskası altında dağıdıcı qüvvələrin mövcudlugu kimi, hakimiyyətdə də irtica mövcuddur. O irtica ki, cəmiyyətin parçalanmasında maraqlıdır; mənəvi, intellektual, müstəqil düşüncə sahibləri olan, milli maraqları şəxsi ambisiyalardan yüksək tutan müxalifət qüvvələrinə düşmənçilik və qısqanclıqla yanaşır; cəmiyyətin tərəqqisinin qarşını alıb, bilərəkdən uçuruma yuvarlayır. 2. Bu reallıq həm də, mənim, guya kimlərinsə qarşısında öhdəliklərim vardır kimi iddiaları irəli sürən siyasi bədxahlarımı ifşa edir. Kiminsə sözcüsü olsaydım mənim sözüm yasaqlanmazdı.
Ədalət Partiyasının üzvü: Salam, İlyas müəllim. Doğrudanmı, özünüzdən sonra partiya sədrliyinə oğlunuz Etimadı gətirmək istəyirsiniz? Xahiş edirəm, deməyin ki, bu onun da haqqıdır. Axı onu özünüzə məhz siz müavin təyin etmisiniz... Nə məsələdirsə, o da həbsdən çıxan kimi, bizim iradəmizi nəzərə almadan və yəqin ki, sizinlə razılaşaraq, indiki Prezidenti müdafiə etdiyini açıqlayıb. Yaxşı, biz sonda hakimiyyətin namizədini müdafiə edəcəkdiksə, elə gedib YAP-a üzv olardıq də, daha nə ehtiyac vardı ADP kimi partiyanı parçalamağa? - Əvvəla, Sizin Ədalət partiyasının üzvü olmanığınıza inanmıram. Çünki bəsit suallarınızın qoyuluşunda qərəz oldugu kimi, Ədalət partiyasının mətbəxindən bixəbərlik var. Amma bu sualın verilməsinə şadam. İstərdim Etimadın həyatından qısa bir neçə faktları deyim: Mən Respublika prokuroru olanda o, əsgərlikdən yayınmadı və Bakıda hərbi xidmət etməyi düşünmədi. O, hərbi xidmətini Rusiyanın ərazisində yerinə yetirib. 20 yanvar hadisələri zamanı rus qoşunlarının Bakıya müdaxiləsinə etiraz olaraq, o təhsil aldıgı Universitetdə hərbi kafedradan keçməkdən imtina edib. Ona görə də, hərbi rütbəsi zabit deyil. Vəkillik fəaliyyəti dövrü çoxsaylı haqsız təzyiqlərə məruz qalan sadə insanların müdafiəsiylə yanaşı, bir çox müxalif düşüncəli insanları da müdafiə edib - mərhum Elmar Hüseynovun, Qarabag Əlillərinin keçirdiyi etiraz aksiyası zamanı həbs olunan 6 veterandan biri olan, səhv etmirəmsə Baxşəliyev soyadlı övladımızın, Rəsul Quliyevin qardaşı oglu Etibar Quliyevin, eyni zamanda, həbsxanada öldürülmüş Ədalət partiyasının Sumqayıt şəhər təşkilatının sədri, mərhum Fəzail Tagıyevin vəkili olub. Etimadın Ədalətin, ADP-nin, müxalifətin keçirdiyi tədbirlərdə az rolu olmayıb. Onun kimliyi haqqında müxalifətdə təmsil olunan istənilən siyasi və ziyalı çevrələrdən maraqlana bilərsiniz. Malik oldugu şəxsi keyfiyyətləri ilə istədiyiniz təşkilatlarda yedək yox, lokomativ rolunda olan insandır. Hətta, haqsız yerə həbsxanada oldugu müddət məndən dəstək, yardım yox, heç kimə ona görə agız açmamagı, səbr edib, onu gözləməyi rica edirdi. Ədalət partiyasında müavinlik vəzifəsinin icrasına partiya üzvlərinin çoxsaylı təkid nəticəsində təyin olunub. Bu təyinat sadəcə olaraq, onun onsuz da üzərində olan işi rəsmiləşdirdi. Qərəzli suallarınız məndə xoş təəssürat oyatdı. Deməli, mən ogul böyütmüşəm və Etimadın mövcudluğu kimlərisə narahat edir. Etimadın Ədalət partiyasının nə zamansa sədri olmağı məsələsi - onun istəyindən və qurultayın qərarından asılıdır. Etimad , sizin dediyiniz kimi ,hakimiyyəti müdafiə etməyib. Dağlıq Qarabağın ermənilərə verilməməsi ilə bağlı Prezidentin mövqeyini dəstəkləyib. Ümumiyyətlə, düşünürəm ki, iqtidar-müxalifət münasibətləri düşmənçilik, birinin digərini inkar etmək münasibətləri olmamalıdır. Əksinə, ölkənin taleyüklü problemlərinin həllində biri digərinin potensial müttəfiqi kimi çıxış etməlidir. Qaldı ADP-nin dağılmasına - bu iqtidarın fəaliyyəti və bəzilərinin başından yekə, nadan siyasətinin nəticəsidir.
M.Məmməd: Hörmətli İlyas müəllim, salam! Parlamentə düşmək üçün yüngülvari bir partiya yaratmağa nə qədər maya lazımdı?! Bunu Bankdan kredik götürüb etmək olarmı, axı quru vətən sevgisi bir dönərə də çatmır? - Görünür, reallıqdan olan əsaslar da var, sizin sualınızda. Amma nəzərinizə çatdırmaq istəyirəm - həyatda hər şeyi kreditə almaq olmur, gərək Allah ruzisi verilsin və insanın qabında da nəsə olsun.
Quliyev: Salam İlyas müəllim! Mənim Sizə verəcəyim sual bəlkə də çox siyasətçiyə aiddir. Xahiş edirəm, deyəsiz, Siz addım atanda tam xalqın mənafeyini fikirləşib atırsınızmı? Çünki Siz, Rəsul müəllim və Sərdar bəy birləşəndə ADP -yə böyük qüvvə gəldi və siyasi mübarizəyə qoşuldu! Sizlər onları sındırdız. Mən daha geniş yazmiram. Buna nəsə izah verə bilərsinizmi? Çünki mənim kimilər minlərlədir! - Mən həmişə şəxsi marağımı ictimai marağa tabe etdirənlərdənəm. Siyasi partiya sədri kimi də xalqın mənafelərini, partiya üzvlərimizin mənafelərini fikirləşirəm. Bu həqiqətdir. Buna inanmağınızı istərdim. Sualınızın ikinci hissəsinə isə yuxarıda cavab verdim.
Kamil Aliyev: Hörmətli İlyas bəy , Siz Azərbaycanın keçmiş baş prokuroru olmuş bir insan kimi bugünkü baş prokuror Zakir Qaralovun fəaliyyətini nəcə dəyərləndirərdiniz? - Mənim özümdən sonrakı prokurorların fəaliyyətinə qiymət verməyim professional etik baxımdan düzgün olmazdı. Ancaq istərdim ki, onlar məndən yaxşı işləsinlər, dövlətin, xalqın tələblərinə yüksək səviyyədə cavab versinlər. Bu mən ancaq sevindirər. Milli mənafenin təmin olunması başlıca şərtdir.
Rəşid: İlyas müəllim, Siz bu günədək bir millət vəkili və siyasi partiya sədri olaraq cəmiyyətin demokratikləşdirilməsi, idarəcilikdə mövcud neqativ halların aradan qaldırılması, siyasi müxalifətin cəmiyyətdə yerinin və mövqeyinin layiqli şəkildə təmsil və təsdiq edilməsi üçün hansı işləri görmüsünüz? Bu istiqamətdə əlava hansı işləri görməyi planlaşdırırsınız? - Vaxtilə Fransanın keçmiş prezidenti Şarl de Qoll qeyd edirdi ki, hər hansı bir problemi həll edə bilmirsənsə, heç olmasa onu gündəmdə saxla. Deputat və siyasi partiya sədri kimi mənim yeganə silahım sözdür, mövqedir. Mən həm yazılarımda, xüsusən də «Hüquqi dövlət», «Siyasət xalqın taleyidir» kitablarımda, çıxışlarımda, gündəlik fəaliyyətimdə həmin məsələlərə daim diqqəti cəlb edirəm, onların həlli yollarını göstərirəm. Çox təəssüf ki, bu mövqeyim kütləvi informasiya vasitələrində işıqlandırılmır. Bu sahədə çox danışmağa ehtiyac yoxdur. İndi də hesab edirəm ki, demokratiyanın bərqərar olması üçün qanunun aliliyi prinsipi yerinə yetirilməli, həm də tüğyan edən məmur özbaşınalığına son qoyulmalı, insanın hüquq və azadlıqları təmin edilməlidir. Bu problemlər təəssüf ki, qalır və onları da həmişə gündəmdə saxlamalıyıq.
Tovuzlu: İlyas müəllim, xəbəriniz var ki Sizin seçiciləriniz Qənirə xanımın onların deputatı olmasını necə arzulayırlar? Cünki Paşayevanin seçildiyi kəndlərin problemləri həll olunur onun sayəsində, Sizi "seçənlərin" problemləri isə günü-gündən şişib-partlayir. Lap Aşagi Quşçu kəndinin pulu yeyilmiş partlaq köhnə su kəməri kimi. - Yenə xatırlatmaq istəyirəm ki,millət vəkilinin fəaliyyəti qanunvericilik təşəbbüsü ilə çıxış etmək, mövcud qanun layihələrinə düzəlişlər və təkliflər irəli sürməklə məhdudlaşır. İşlə təmin etmək, su kəmərini təmir etmək və sair kimi iqtisadi işlər millət vəkili tərəfindən müxtəlif dövlət qurumlarına müraciətlər əsasında təmin olunur. Nəzərə alsaq ki, mən müxalifət deputatıyam, bir çox məmurun bizim müraciətlərimizə münasibəti əzəldən bəllidir. Buna baxmayaraq, indiyədək seçicilərin ərizə və müraciətləri əsasında 404 dəfə müxtəlif nazirlik, idarə və təşkilata deputat sorğusu göndərmişəm. onlardan 53-ü həll olunub, 40-ı qismən təmin edilib. Bundan başqa, Tovuz rayonunun Hacıallı, Qazax Rayonunun Kommuna kəndlərində yenı məktəb tikintisinə və Tovuzda Mərkəzi Xəstəxananın tikintisinin plana salinmasına nail olmuşam. Qaldıki hörmət etdiyim Qənirə xanımın ugurlarına – bu, şəxsi enerjisinin və yaxınlıqlarının nəticəsidir. Onun fəaliyyətini təqdirəlayiq hesab edirəm, çünki insanların xeyrinədir.
Elçın Əziz: İlyas müəllim, hüquqşunas kimi fikirlərinizi bilmək maraqlıdır. Azərbaycan reallığında 40 yaxın bəlkə də cox siyasi partiya var. Əksəriyyətinin də iddiası gördükləri işlərdən böyükdür. Bunları qanunla necə tənzimləmək olar ki, təbii ixtisarlar olaraq cəmiyyət üçün yeni farmatda faydalı partiyalar yaransın. - Siyasi partiyalar, əslində, cəmiyyətdə sosial-siyasi təbəqələşmə müəyyən səviyyəyə çatdıqda, sosial təbəqə və qrupların öz maraqlarını dəqiq dərk etdikləri zaman, bu maraqların müdafiəçiləri kimi meydana gələ bilər. Məsələn, klassik parlamentarizm ölkəsi olan İngiltərədə iri burjuaziya, fəhlə və xırda burjuaziyanın maraqlarını ifadə edən müvafiq olaraq mühafizəkarlar (Torilər) və leyboristlər partiyası təşəkkül tapdı. Sonralar liberal düşüncəli insanlar təbəqəsinin əmələ gəlməsi onların maraqlarını ifadə edən liberal partiyasının yaranmasına səbəb oldu. Qərbdə sosial demokrat partiyalarının yaranması da, məhz fəhlə hərəkatının, müstəqil həmkarlar təşkilatlarının fəaliyyətilə bağlıdır. Bizdə isə siyasi partiyalar obyektiv tələbləri gözləmədən cəmiyyətdə təbəqələşmə getmədən, vaxtından qabaq, regional əsasda, ayrı-ayrı şəxslərin ətrafında yaradılmışdır. Məhz ona görə də mövcud siyasi partiyalar cəmiyyətdə baş verən siyasi proseslərə tələb olunan səviyyədə rəhbərlik edə və təsir göstərə bilmirlər. Siyasi proseslər, çox təəssüf ki, güc strukturları, hətta şəxsi azadlıqların təminatçısı olmalı olan məhkəmələr tərəfindən «nizama salınır». Əslində isə siyasi proseslərə məhz siyasi partiyalar rəhbərlik etməli, onlar bu mübarizəni demokratiya, hüquq normaları çərçivəsində idarə etməlidirlər. «Siyasi partiyalar haqqında» yeni qanun layihəsi hazırlanıb, biz istərdik ki, tezliklə bu qanun müzakirə olunub, qəbul edilsin. Bizdə seçkilər, əfsuslar olsun ki, yalniz mojaritar qaydada keçirilir, proporsional seçki üslubu ilə yox. Hesab edirəm ki, proporsional seçkilər bərpa olunmalıdır və xalq partiyalara səs verərək onları tənzimləyər. Sadaladıqlarım baş verəndən sonra yəqin ki, siz qaldırdığınız məsələlər də həllini tapar.
Ceymsbond : Sumqayıt hadisləri zaman Sumaqayıtın Baş Prokuroru kimi, o zamanın Azərbaycan övladları haqqında qaldırıdğınız ittiahmlara görə vicdanınız sızıldayırmı? - Sumqayıt hadisələri zamanı mən siz dediyiniz kimi Sumqayıtın Baş Prokuroru yox, Azərbaycan SSR-nin prokuroru olmuşam. O hadisələrlə bağlı Azərbaycan övladlarının haqqında da heç bir ittiham qaldırmamışam. Çünki o hadisələrlə bağlı cinayət işlərinin istintaqını SSRİ Prokurorluğu aparırdı. Mən, əksinə, şəxsi nüfuzumdan istifadə edərək, bəzi adamların (məsələn, hörmətli məşhur aktrisamız Afaq Bəşirqızını) cinayət məsuliyyətinə cəlb olunmasına imkan verməmişəm. O da mətbuatda mənə minnətdarlığını bildirmişdi. Cinayət məsuliyyətindən qurtardıqlarımdan biri sonradan hakimiyyətin mənə qarşı olan böhtan kampaniyasında iştirak etdi. Nə edim, belə nankorlar da var. Mənim bədxahlarım elə Sumqayıt hadisələrindən də mənə qarşı çirkab yaxmaqda istifadə edirdilər. Xatırlayıram «Meydan» qəzetində iki nəfər «hüquqşünas» İsmayılovu xalqının əleyhinə, qəddar bir adam obrazı kimi təsvir edərək yazırdılar ki, guya, mən Rusiyanın ayrı-ayrı vilayətlərində Sumqayıt hadisələri ilə bağlı ittiham olunanlara bəraət veriləndə belə, bu bəraət hökumlərindən protest verirdim. Belə cəfəng fikirləri söyləyənlər hüquqşünas idilər və hüquqşünas kimi bilməli idilər ki, mən Azərbaycan Respublikasının prokuroru idim, səlahiyyətimi də bu respublikadan kənarda həyata keçirə bilməzdim. İstəsəm də belə Rusiya vilayət məhkəmələrinin qərarından protest verə bilməzdim. Ancaq neyləməli çirkab atmaq üçün hər cür böhtana gedirlər. Ona görə də sizin bu cür həqiqətə uygun olmayan ittihamınızı - kimlərinsə müti icraçısının sözləri kimi qəbul edirəm
Ceyhun: İlyas müəllimi salamlayıram və bilmək istəyirəm ki, demokratiya, insan hüquqları, qanunun aliliyi, hüquqi dövlət-bir sözlə demokratikləşmə uğrunda aktiv siyasi mübarizə aparan bir insan kimi millət vəkili seçiləndən sonra passiv olmağınızın səbəbi nədi? Belə düşünməyə əsas varmı ki, ya ölkəmizdə artıq sizin vaxtilə mübarizə apardığınız ideyalar bərqərar olub, ya da ki siz millət vəkili olmaq uğrunda mübarizə aparırdınız? Nə baş verdi? - Sizin düşüncələriniz yanlışdır. Nə ölkəmizdə xalqımıza layiq olan durum mövcuddur, nədə ki, mənim hədəfim millət vəkili olmaqdır. Təvazökarlıqdan uzaq olsa da, bir şey anlatmaq istəyirəm. Mən yetimçiliklə böyüyüb, özümü həm elmdə təsdiq etmişəm - elmlər doktoruyam, çoxsaylı əsərlərin müəllifiyəm, müxtəlif dövlət qurumlarında işləyib və oranin ən ali vəzifələrini şərəflə tutmuşam, general-leytenant rütbəsinə qədər yüksəlmişəm. Bunların hamısı sırf Allahın neməti sayəsində və zəhmətimin, savadımın hesabına olub. Ləyaqətimi və vicdanımı qurban vermək hesabına yox. Demokratiya ugrunda biz hansı yolu seçməliyik? İnqilab yolunu, yoxsa təkamül yolunu? Cəmiyyətin əksəriyyəti narazı oldugu halda, inqilabi ruhun mövcudlugunu müşahidə etmirəm. Əgər İlyas İsmayılovun deputat mandatından imtina etməsi xalqını xoşbəxt edəcəksə, tek mandatı yox, özümü de qurban etməyə hazıram. Köklü dəyişikliklər ayrı-ayrı fərdlərin inandıqları liderlərin və siyasi qüvvələrin ətrafında cəmləşib, hər bir fərdin aktiv fəaliyyəti nəticəsində baş verə bilər. Siyasi liderlər sehirbaz deyillər, xalqın aktiv dəstəyi olmasa, heç bir şey edə bilməzlər.
C.Hamidli: İlyas muallim, bu gun Azarbaycanda korrupsiyaya garşı müarizə Sizi qane edirmi? Milli Məclisdə şəxsən Siz Qarabağin qayıtmasi haqqında bir iddia irəli sürmüsünüzmü? Azarbaycandakı maaşla, pensiyayla neşə gün dolana bilərsiniz? Suallarım çoxdur, vaxtım az olduğu üçün bu 3 sualın cavabı məni qane edər. - Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə məni qane etmir. Onunla mübarizə üçün ciddi tədbirlər görülməlidir. MM-də çıxışımda bu tədbirləri sadalamışam və yuxarıda da bu artıq qeyd olunub. Amma başlıca səbəb odur ki, korrupsiyaya qarşı mübarizə edən quruma məmürlar rəhbərlik etməməlidirlər, əksinə, məmurlar o qurumun hədəfində olmalıdırlar. Hələ 24 fevral 2001-ci ildə Milli Məclisdə Dağlıq Qarabağla bağlı dinləmələr keçirildi. Onda mən deputat deyildim, ancaq partiya sədri kimi dəvət olunmuşdum. Çox təəssüf ki, çıxışımı yarımçıq kəsdilər. Lakin bu çıxışın mətni «Siyasət xalqın taleyidir» kitabının 111-115-ci səhifələrində çap olunub. Bu məsələ bütün tədbirlərdə mənim diqqət mərkəzimdə olub, yuxarıda qeyd etdiyim kimi, bu bizim bir nömrəli problemimizdir. Başqa deputatlar da dəfələrlə MM-də bu problemi qaldırıblar. Amma nə olsun. Çox təəssüf ki, bizdə ictimai fikrə əhəmiyyət verilmir. Nə deyirsən elə orada qalır. Həm də özümüzü aldatmayaq, Türkiyədən savayı heç bir dövlət Qarabagın Azərbaycanın daxilində olmasını istəmir. Biz gözləməməliyik ki, kimsə bu dərdi bizim əvəzimizə həll edəcək. Milli birlik yaradıb, vətəndaşın hökumətinə inamını bərpa edib, dövlətin bütün resurslarını səfərbər edib, bu problemi həll etmək olar. Azərbaycanda həm maaşların və pensiyaların iqtisadi ugurlarımıza rəgmən gülünc səviyyəsində olması, həm də inhisarçı və korrupsiyaya bulaşmış qüvvələrin mövcudlugu nəticəsində vətəndaşların həyatı dözülməz həddə çatıb. Mən bunu öz üzərimdə hiss edirəm, çünki həmin acınacaqlı vəziyyət Ədalət partiyasının üzvlərindən də yan keçməyib. Amma nə mən o səlahiyyətin sahibi deyiləm, nə də Ədalət partiyası Milli Məclisdə hakim partiya deyil ki, bu acınacaqlı vəziyyətə görə məsuliyyət daşısın. Özümə gəlincə, biz sırf ailə üzvlərimizin imkanları hesabına yaşayırıq.
Orxan: İlyas müəllim, Azərbaycan adlanan bu məmləkətdə təkcə müəllim ve ziyalılara nə üçün qiymət verilmir? Təhsil Nazirliyi nə üçün kütləvi süretde tələbələri məhvə aparır. Təhsilli şəxslər nə üçün tikintidə fəhlə işləyir? Çox sağolun “Qafqazinfo” şəraitə görə. - Təhsil nazirliyi mövcud olan sistemin tərkib hissəsidir. Mövcud olan korrupsiya və təhsil işçilərinin seçki prosesində istismar edilməsi bu qurumu əsas vəzifəsindən - milli kadr potensialının formalaşdırılmasından yayındırıb. Şərəf və ləyaqət sahiblərinin, əksər halda, bu qurumdan kənarlaşması nəticəsində sadaladıgınız vəziyyət yaranıb. Həm də bu məsələnin kökü daha dərindir. Mən hesab edirəm ki, cəmiyyətin inkişafının səviyyəsi bir sıra iqtisadi, siyasi, mənəvi-əxlaqi meyarlarla ölçülsə də, lakin gələcəyimiz tələb edir ki, bu meyarlar içərisində müəllimin maddi və mənəvi durumu əsas meyar olsun, “müəllim” sözü də müqəddəs sayılsın. Biz xalqa yaxınlığı ilə seçilən, onun əzab və ağrılarını çəkən, onun bu ağrılardan xilas yolunu da bilik və tərbiyədə görən, öz ömürlərini də bu işə həsr edən insanları nəzərdə tutan «müəllim» anlayışını «bəy», «ağa» və xalqdan yuxarı duran digər insanları ehtiva edən müraciətlərlə əvəz etmişik. Müəllim sözünə hörmətsizlik, müəllim taleyinə biganəlik cəmiyyəti bədbəxtliyə aparar. Hər şeyi Təhsil Nazirliyinin üzərinə atmaq düzgün olmazdı. Hesab edirəm ki, müəllimə ən yüksək maaş verilməli, onun ehtiyacı tam ödənilməli, təhsil də pulsuz olmalıdır. “Müəllim” sözü də şərəfli tutulmalıdır. Qaldı, ali təhsilli mütəxəssislərin tikintidə işləməsinə, əlbəttə, bu acınacaqlı bir haldır. Amma neyləməli, biz bir sistemdən başqa bir sistemə keçmişik. Ancaq buna baxmayaraq, itellektual inkişafının formalaşmasına qayğı ciddi surətdə artırılmalıdır. Hazırda dövlətimizin buna tam imkanı var. Bu şərtlə ki, ayrıseçkiliyə yol verilməsin. Gənclərin işlə təmin olunmasına xüsusi diqqət yetirilməlidir.
Müsavat: İlyas müəllim, Siz niyə müxalifətdən üz döndərdiz?? - Biz müxalifətdəyik. Müxalifət olmaq heç də hakimiyyəti söymək, dünya dövlətlərinin qəbul etdiyi prezidentə «ölkə başçısı» demək deyildir. Müxalifət, çətin olsa da iqtidarı etiraf etməli, onun səhvlərini tənqid etməklə, xalqa xidmət etməsinə çalışmalıdır. Kimsə müxalifət anlayışını inhisara götürüb, reallığı inkar etmək mövqeyində durub, onlarla olmayanları müxalifət hesab etmirsə, bu artıq onların problemidir.
Azerbaycan 1: Azərbaycanın keçmiş baş prokuroru kimi 2 aprel məhbuslarının qurama məhkəmələrində iştirak etmək ürəyinizdən keçdimi? 2. 95 faiz təyin olunmuş MM seçkilərinin demokratik keçdiyi sənədinə imza atarkən bunun Vətənimiz üçün hansı xeyri dəyəcəyini fikirləşdiz? - Hakimiyyətin icazə verilməyən hər hansı aksiya iştirakçılarına qarşı ciddi tədbir görəcəyini əvvəlcədən bilərək insanları təhlükə altında qoymaq düzgün deyildir. Bu baxımdan, o məhkəmələrdə iştirak edib-etməmək o qədər də vacib göstərici deyil. Güc yıgmamış, fidan çagında olan gənclərimizi mütəmadi olaraq belə aksiyalara təhrik edib, polisin qazamatlarında sındırılmasını Azərbaycanda dəyişiklik istəyənlərə xəyanət hesab edirəm. Çünki güc yıgmamış hərəkatı dəyənək altına salmanın adı budur. Mən bu gənclərin azad olunmasının tərəfdarıyam və bu barədə ölkə Prezidentinə ünvanlanmış sənədə bir deputat kimi imza atmışam. MM seçkilərinin demokratik keçdiyi barədə mən heç bir sənədə imza atmamışam. Mən, ancaq 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində insanların seçiminə görə qələbə çaldığıma əminəm və bu da belə olub.
Ramin: İlyas muəllimi urəkdən salamlayiram. Tanınmış şəxsiyyət, hörmət və nüfuz sahibi olan İlyas muəllim secicilərin məktublarını özü oxuyur, yoxsa köməkçisi? Məktubların mətni ilə taniş olurmu? Bu sualı verməkdə məqsədim odur ki, mənim deputatim cənab Ziyafət muəllimə dəfələrlə yazdıgım məktublar cavabsiz qalır. Amma etiraf edim ki, məktublar qeyri-rəsmi xarakter daşiyir. - Mövcud qaydalara görə, mənim köməkçim seçildiyim rayonlarda fəaliyyət göstərir. Mənə ünvanlanan bütün seçici məktublarını özüm oxuyuram və məzmunundan asılı olaraq qərar qəbul edirəm.
Ağabala Gülümsərov: İlyas bəy, ən çox oxunduğunu iddia edən bir yazar belə fikir söyləyib: “Əgər bir universitetin, tələbə yataqxanasının həyətindən xadimə səhər 50 prezervativ süpürmürsə, orada gənclikdən söhbət belə gedə bilməz.” Sizcə, gəncliyin çərçivələrini prezervativ tükətimi ilə müəyyənləşdirmək nə dərəcədə doğrudur? - Təhsil həyata hazırlıq deməkdir. Məktəblərdə, univerisitet və digər ali təhsil ocaqlarında zəruri bilik toplanır, əqli güclər əldə edilir, təfəkkürün səmərəli yaradıcılıq metodları inkişaf etdirilir və nəhayət, fəal həyat maraqları təşəkkül tapır. Onu da nəzərə alsaq ki, insanın həyatda təyinatı özünü təsdiq etmək, məhz insan kimi yaşamaqdır, onda bunun üçün onlar xeyir və şərin mahiyyətini dərk etməli, vicdan borcu, fədəkarlıq və ədalət haqqında mükəmməl biliyə malik olmalıdır. Bir də unutmaq olmaz ki, insanın həyatının mahiyyəti də onun qarşısına qoyduğu məqsədlərlə müəyyən olunur. Bu məqsədlər nə qədər böyük olsa həyat da o qədər məzmunlu olar. Odur ki, mən gəncliyin çərçivəsini o yazarın fikiri ilə məhdudlaşdırmağı səhv sayıram.
Mehman: İlyas müəllim, ABŞ-İran münasibətləri getdikcə gərginləşməkdədir. Sizcə, bu, bölgədə hərbi qarşidurmaya çevrilə bilərmi və Azərbaycan bu məsələdə özünü necə aparmalıdır? Siz prezident olsanız, Dağlıq Qarabağ problemini necə həll edərdiniz? Bir sözlə deyin. - 1. ABŞ-İran münasibətləri, çox təəssüf ki, gərginləşməkdədəir. Arzu edirəm ki, bu hərbi qarşıdurmaya çevrilməsin. Bu nəinki region üçün, dünya üçün yüksək təhlükəyə çevrilə bilər. Azərbaycan həmişə beynəlxalq normalara hörmət etməklə, bu təhlükədən kənarda dayanmalıdır. Öz imkanları daxilində, ancaq və ancaq ABŞ-İran münasibətlərinin təhlükəli həddə çatmaması üçün öz təvazökar xidmətini göstərməlidir. 2. Oğlumu göndərərdim.
Vasif: Salam İlyas bəy. Rəsul Quliyəv, İsa Qəmbər, Lalə Şövkət, Əli Kərimli ilə birgə fəaliyyətiniz mümkündürmü? - Xalqın taleyüklü problemlərinin həllində hamımız birgə fəaliyyət göstərməliyik.
Adil Vəliyev : Ilyas müəllim, Sizcə, Fransanın "erməni genosidi"ni tanıması məsələsini nəzərə alıb Mehriban Əliyeva Fransa prezidentinin onu təltif etdiyi ordendən imtina etməlidirmi? İqtidarın inanc sahiblərinə son vaxtlar göstərdiyi mövqeyə münasibətiniz necədir? - Mən emosional, maksimalist qərarlar qəbul edilməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, belə qərarlar sağlam düşüncə, şərəf, ləyaqət və vətənin maraqları rəhbər tutulmaqla qəbul edilməlidir. Bu ordenlə fransız xalqı Azərbaycan nümayəndəsini təltif edib və məsələyə bu prizmadan baxmalıyıq. Həm də zamanında Şarl De Qol tərəfindən Əhmədiyyə Cəbrayılov adlı qəhrəmanımız hemin ordenle təltif olunmuşdu. Nadan Sarkozi kimiləri gəlib gedərdir. Amma Fransanın tarixində Azərbaycan vətəndaşlarının təltif olunması qalacaqdır. Digər tərəfdən, ordendən imtina Sarkoziyə yox, fransızlara hörmətsizlik olardı və bədxahlarımız tərəfindən məharətlə istifadə edilərdi. İkinci suala bir növ yuxarıda cavab verdim. Bir də vurğulayıram, cəmiyyətə işıq tutan inanc sahibləri dövlətin dayağıdır, inanc sahibi olan şəhid milli qəhrəmanımız Mübariz İbrahimov kimi.
ARZU: MM-də blokadaya alınmış təsiri bağışlayırsınız. Çünki müsahibələrinizdən oxumuşam ki, ən çox qanun layhəsi təklif edən deputat sizsiniz. Lakin mətbuat nə sizin çıxışlarınızı verir, nə də sizə MM-də çıxış üçün şərait yaradırlar. Mən parlament müxbiri olduğuma görə bunu görürəm. - Yaxşı müşahidə sahibisiniz. Bircə onu demək kifayətdir ki, «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə məndən əvvəl də, sonra da çıxış edənlərin çıxışlarını bütün qəzetlər verdi. Ancaq belə çıxdı ki, guya mən heç çıxış etməmişəm. Belə hallar tez-tez təkrar olunur.
Turançı: İlyas bəy, həqiqətənmi 1993-cu ildə siz prezident, merhum Ebulfez Elcibeyin hebsine order vermişdiniz?(Siz Gəncədə olarkən). - Mən 1993-cü ildə prokuror deyildim. Və Əbülfəz Elçibəyin həbsinə sanksiya (sizin sözünüzlə order) verə bilməzdim və belə bir şey olmayıb da. Bu sualın ünvanı o vaxtki baş prokuror İxtiyar Şirinovdur. Əksinə, 1990-cı il 20 yanvar hadisələrindən sonra - mənim işlədiyim dövrdə Elçibəyi həbs etmək istəiyrdilər, mən buna mane oldum. Rəhmətlik özü də televiziyada bunu təsdiq etmişdi.
İlqar Hüseynov: Ölkədə istənilən rəhbər vəzifəni tutsanız (Prezident, MM-ın sədri və i.), vergi sistemində olan mərkəzləşdirilmiş rüşvət sistemini necə dağıdarsınız? Və bu, umumiyyətlə, mümkündürmü? - Əlbəttə mümkündür. Bunun üçün birinci növbədə istək, siyasi iradə və müvafiq səlahiyyət tələb olunur. Vətəndaşlar da bu işdə seyriçi mövqeyi tutmamalı, qanunun aliliyi və cəzanın labüdlüyü prinsiplərinin həyata keçirilməsində fəal iştirak etməli, qanunu tətbiq edənlər isə qanunun gözlənilməsində maraqlı olmalı, korrupsiyaya qarşı mübarizədə dönməz mövqe tutmalıdırlar.
Büllur: Bir sıra bəyanatlarınızda Qərbin (və əsasən ABŞ-nın) dünya siyasətində inhisarçılığa can atdığı bir şəraitdə ən azı bizim bölgədə buna alternativ kimi Rusiya və Türkiyənın ittifaqını göstərmisiniz. Bunun real mexanizmlərini nədə görürsünüz? - Mən belə bir fikir söyləməmişəm. Mən həmişə deyirəm ki, Türkiyənin inkişafının tərəfdarıyam və bu da digər dövlətlərlə, xüsusilə, Rusiya ilə qarşılıqlı fayda verən əməkdaşlıq münasibətində olmalıdır. Türkiyə NATO-nun üzvüdür, o ABŞ-a və Qərbə qarşı hansı ittifaqa girə bilər? Bu mümkün deyil.
Aygün: İlyas bəy, çox zaman çıxışlarınızda Türkiyə Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin vacibliyinə toxunursunuz. Sizcə, hansı addımlar atılmalıdır ki, bu, sadəcə dostluq-qardaşlıq münasibətlərindən çıxaraq konkret birliyə, gücə çevrilsin? - Bu haqda geniş danışmağa ehtiyac yoxdur. Az danışıb çox iş görmək lazımdır. Hesab edirəm ki, ilk növbədə viza rejimi götürülməli və Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İngiltərə münasibətləri kimi olmalıdır. Yəni ölkələrin daxili və xarici siyasətləri daima uzlaşdırılmalıdır.
Zaur: İlyas müəllim, Sizə böyük hürmətim var. Şəxsiyyətinizə hörmət edən insansınız, təmiz adamsınız. Mən bilmək istərdim, Sizin kimi təmiz insan bugünkü vəziyyəti hər şeyi pulun həll etdiyi hakimiyyət məzmununu necə giymətləndirir. Abırlı insansınız, bilirəm, Sizin parada-pulda gözünüz olmayıb. Keçmiş illərin şahidləri bunu hələ də danşır. Belə bir insan rüşvətə boğulmuş məmurlarla nece yola gedə bilir? Milli Məclisdəki yaltaqlığa necə dözə bilirsiniz. Sizə uğurlar arzu edirəm. Tərbiyəli insanları sizin simanızda Allah qorusun! - Əvvəla, mənə verdiyiniz yüksək qiymətə görə, sizə şəxsi təşəkkürümü bildirirəm. Hesab edirəm ki, cəmiyyətdə hamı tələb olunan müsbət keyfiyyətlərin daşıyıcısı ola bilmir, ideal variantda bütün insanlar öz şəxsiyyətlərinə uyğun vəzifə və fəaliyyət növü, həyat tərzi seçməlidirlər. Bunu edə bilməyən insanlar da başqa yol - yaltaqlıq, qeyri-qanuni və qeyri-əxlaqi yollarla var-dövlət toplamaq yolunu seçirlər. Düşünürəm ki, bu yolla cəmiyyətdən mümkün qədər daha çox şey qoparıb ona heç nə verməyənlər cismən olmasa da, mənəvi cəhətdən dilənçidir. Bilməliyik ki, zənginlik və xoşbəxtliyin dərəcəsi cəmiyyətə, insanlara verilən fayda ilə ölçülür. Biz də bu yolla getməliyik. Onda gələcək işlərimiz rəvan gedər, insanlarımız da mənəvi cəhətdən saflaşar, yaltaqlıq və digər qəbahətlər də aradan çıxar. Bəzən dövlətinin yükünü daşıyan adam, mahiyyət etibarıyla ona uygun olmayanlarla da milli maraq xatirinə bir yerdə olmaq məcburiyyətində qalır.
Mehman: İlyas bəy, goestrateji durumuna görə Azərbaycan indi dünyanın ən "qaynar" nöqtələrindən birində yerləşir. Sizin proqnozlarınızı bilmək maraqlı olardı. Sizcə,ABŞ-İran münasibətləri fonunda Azərbaycan ən ciddi problemi olan Qarabağ probleminin çözümü üçün hər hansı şans əldə edə bilərmi. Daha dəqiqi bu şansı yarada bilən amillər sırasında ssiz regiondakı avtoritar-klerikar rejimlərin çöküşü ola bilərmi? Təşəkkür edirəm. - Hesab edirəm ki, Dağlıq Qarabağ və işğal edilmiş Azərbaycanın digər torpaqlarının azad edilməsi bizim öz problemimizdir. Onu hər hansı dünya problemləri ilə bağlamaq və oradan şans gözləməyə ehtiyac yoxdur. Bu bizim problemdir və artıq qeyd etdiyim kimi, ölkənin bütün imkanları – iqtisadi, siyasi, əqli, insan resursları bunun həllinə səfərbər olmalı və torpaqlarımızı azad etməliyik. Yada salın, əsl milli qəhrəman olan Mübariz İbrahimovun fədakarlığı nə dərəcədə düşməni sarsıtdı və millətimizdə müsbət hisslər yaratdı. Mübariz İbrahimovun qəhrəmanlığı ruhunda gənclərimizi səfərbər edərək, torpağımızı azad etmək əzmimizi həm dünya dövlətləri və həm də işğalçı, separatçılar qarşısında bütün ciddiliyi ilə qoymalı, sülh danışıqları effekt vermədyi halda bu əzmkarlığı hərəkətə gətirməliyik.
Aida Hesenova: İlyas müəllim, her zaman sizə hörmətim vardır. Ağayana adamsınız. Sizcə, cəmiyyətdəki pozulmuş mənəviyyatı geri qaytarmaq mümkün olacaqmı. Abırsız bir cəmiyyət yaranıb bu cəmiyyət bu vəziyyətdən çıxması üçün, Sizcə, dövlət hansı addımları atmalıdır. - Bütün addımları sadalamaq qeyri-mümkündür. Ümumi şəkildə onu demək istərdim ki, dövlət - Siseron demiş qəbahətləri aradan qaldıran və fəzilətlərin inkişafına təkan verən qanunlar qəbul etməli, qanuna-əxlaqa uyğun fəaliyyəti həvəsləndirməlidir.
Özgür: Ilyas müəllim, Sizcə Azərbaycanın regionun sözün gerçək anlamında lider dövlətinə çevrilməsinə aparan yol daha çox demokratik proseslərdən keçir, yoxsa dünyanın nüfuzlu dövlətlərini bizi hansı yerdə görmək istəməsindən? - Azərbaycanın dövlət kimi inkişaf edib regionun liderinə çevrilməsi qanunun aliliyi prinsipinin həyata keçirilməsindən, insanın hüquq və azadlığının gözlənilməsindən, demokratiyanın təşəkkül tapıb bərqərar olmasından, korrupsiya ilə ciddi mübarizədən keçir.
Rəsul Həsənov: İlyas bəy, gününüz aydın olsun.Turkiyə ilə Azərbaycanın birliyinin sözdən əmələ keçməsi üçün hansı addımlar atılmalıdır. Siz bir neçə dəfə müsahibələrinizdə deyibsiz ki, Azərbaycanın bir təmənnasız dostu var, o da Turkiyədir. Siz Azərbaycan hakimiyyətinin Turkiyə ilə bağlı mövqeyini necə giymətləndirirsiniz? Sizcə, sözdəki qardaşlıq nə zaman və hansı tarixi situasiyada əməldəki birliyə keçə biləcək? - Bəllidir ki, dünyaya hegemonluq arzusunda olan qüvvələr heç bir halda Türk dövlətləri birliyinin mövcudluğunu və onun təkamülünü həzm edə bilmirlər və hər cür vasitələrlə onun qarşısını alırlar. Bu baxımdan İran məsələsində de Qərb üçün önə çıxan problemlərdən biri İran ərazisində yaşayan və çoxluq təşkil edən etnik türklərin Azərbaycan və Türkiyəyə dogru irəliləməsidir.Yəni İran dağılacağı təqdirdə nüfuzuna və təsirinə görə, Osmanlıdan heç də geridə qalmayan yeni dövlət sistemi yarana bilər. Ona görə, İran meselesinde iqtisadi maraqlar və İsrailin təhlükəsizliyi ile yanasi reqiona Turkiye tesirinin qabaqi alinmasi əsas hədəfdir. Odur ki, biz Türkiyə ilə qarşılıqlı bağlantımızı möhkəmləndirməliyik. Bu gün də biz o birliyin faydasını görürük. Türkiyənin mövcudlugu bizim arxayın davranmağimizın təminatıdır. Azərbaycan məsələsində bütün dünya Türkiyənin Azərbaycanın yanında olması faktı ilə hesablaşır. Qarabağın verilməməsi də həm də Türkiyənin mövqeyinə görədir. Məlumdur, bir çox dövlətlər Türkiyənin məhvinə çalışır və bundan ötrü bütün imkanlardan istifadə olunur: muxtəlif siyasi, iqtisadi teziqlerden, mediadan, təxribatlardan, terrorlardan, daxili təfriqə və fitnələr salmaqla, qondarma soyqırım şoularından. Biz bizlərdən Türkiyəyə qarşı istifadə olunmasına imkan verməməliyik.
Türkan: İlyas müəllim, İranla Birləşmiş Ştatlar arasındakı munasibətləri şərh etməyinizi istərdim. Siz hüqüqşünassınız. Dövlət adamısınız. Sizcə, bu gərginlik Azerbaycana nə kimi mənfi təsiri və ya nə kimi müsbət təsirini büruzə verəcək. - Yuxarıda bu münasibətlərdən söhbət getdi. ABŞ-İran münasibətlərinin gərginliyindən. Azərbaycan üçün heç bir müsbət nəticəsini görmürəm. Odur ki, onun danışıqlar və qarşılıqlı anlışılma yolu ilə tezliklə aradan qaldırılmasını istərdim.
Lalə Əliyeva: İlyas müəllim, İrandakı türklərin haqlarının qorunması üçün mövcud situasiyada Azərbaycan dövləti hansı addımları atmalıdır, Sizcə? Siz bu dövrdə ölkənin birinci simasi olsaydiz, İrandakı türklerin taleyinə dair hansı addimları atardınız? Sizcə, Azərbaycan türkləri İrandakı siyasi situasiyada hansı mövqeyi tutmalıdır? Molla rejimini dəstəkləməlidir, yoxsa Amerikanın planlarını? - Bütün dövlətlər biri digərilə qarşılıqlı fayda verən əməkdaşlıq münasibətlərində, qonşu dövlətlər ilə üstəlik mehriban qonşuluq münasibətlərində olmalıdırlar. Heç bir dövlət başqa bir dövlətin daxili işlərinə qarışmamalıdır. Təkcə insanın hüquq və azadlıqları ölkədaxili problem deyil, beynəlxalq problem olduğundan, bu hüquqların gözlənilməsini başqa dövlətlər də tələb etmək hüququna malikdir. Hər bir xalq da öz daxili rejimini özü seçir, xalqın seçiminə də hörmətlə yanaşılmalıdır. Adətən, dövlətə xarici təhdidlər olanda millət, əksər hallarda ,birləşib vətənini qoruyur.
Aytən: İlyas bəy, Azərbaycan rəsmiləri məhkəmə-hüquq sistemində islahatların aparılmasından danışır. Ancaq Azərbayandan Avropa İnsan Haqlarına göndərilən şikayətlərin sayı durmadan artır. Sizcə, nədən islahatlar bəhrəsini vermir? - Məhkəmə-hüquq sistemində, doğrudan da, müəyyən islahatlar aparılıb. Ancaq sizin dediyiniz kimi, bu islahatlar gözlənilən bəhrəni vermir. Bunun da bir çox səbəbləri var. Əsasi odur ki qəbul olunan qanunlara əməl olunmur, Qanuna ironik yanasilir. Hakimlər də insandırlar, onların da təkmilləşməyə böyük ehtiyacları var. Ədalət mühakiməsi də insanlığın ən gözəl vəzifəsi olmaqla yanaşı, həm də ən çətin vəzifəsidir. Ədalət mühakiməsini həyata keçirən şəxs Siseron demişkən, öz şəxsi simpatiyası və antipatiyasını unutmalı, başqa sözlə, təriflərə, xüsusilə də, ittiham olunana deyil, işə baxmalıdır. Bu isə bəzən gözlənilmir. Sifarişli və təmənnalı qərarların çıxarılması da hələlik məhkəmə orqanlarının fəaliyyətində mövcuddur. Hakimlərin bəzilərində tələb olunan şəxsi keyfiyyətlər (qanun, ədalət sevərlik, humaistlik və s.) lazımi səviyyədə olmur.
Umgülsüm: İlyas bəy, isterdim Sizin Türkiyənin indiki hakimiyyətinin son illər Osmanlı coğrafıyasına yayılan yeni siyasətinə münasibətinizi öyrənim. Sizcə, hörmətli Ərdoğanın yeni dünya düzənində yeni Turkiyə modeli nəticə etibarı ilə türk müsəlman coğrafıyası üçün nəyi vəd edir. Bunun musbət ve mənfi tərəflərini necə şərh edərsiniz. - Qərbdə və Rusiyada Türkiyə iqtidarının siyasətini gözdən salmaq üçün ona “yeni osmanlı siyasəti” adını verirlər. Bütün Avropa və Rusiya Osmanlı imperiyasının süqutuna çalışırdı və buna da vaxtilə, təəssüf ki, nail olundu. İndi Türkiyə qalxan xəttlə inkişaf edir, həm iqtisadi baxımdan və həm də siyasi. Bunu alqışlayıram. Ona başqa “yeni osmanlı” adı verib mənfi cəhətlərini axtarmağa ehtiyac yoxdur, çünki müasir Türkiyə insanlara və dövlətlərə müstəmləkə, onların bütün resurslarını istismar etmək gözüylə baxmır, əksinə, gətdiyi yerlərə ədalət, ümid və müsbət çalarlar qətirir.
Yaşar: Hörmətli İlyas bəy! Sizcə, Azərbaycanın Türkiyə ilə viza rejiminin qaldırılmaması nədən bu qədər yubanır? - Dəqiq məlumatım yoxdur. Lakin rəsmilərin dediklərinə görə, texniki xarakter daşıyır. Amma hesab edirəm ki, götürülməlidir. Rusiya ilə viza olmamasına rəğmən Türkiyə ilə vizanın olması iqtidar əleyhinə müxtəlif ziyanlı şərhlərə yol açır.
Leyla Hüseynova: İlyas müəllim, Azərbaycan müxalifətində Sizin öz yeriniz ve yolunuz vardır. Məni Sizin fəaliyyətiniz her zaman qane edib. Çunki populist adam deyilsiniz. Bağırıb-qışqıraraq siyasətbazliq etmirsiniz. Real siyasi mənzərəmizdə Siz muxalifəti susdurma siyasətinin nəticəsi kimi bunu Azərbaycanı inqilaba sürükləyən amil olaraq, qiymətləndirənlərin fikrini bölüşürsünüzmü. Sizcə, Ərəb Baharı Azərbaycana gələcək? Və bunu gözləmək doğrudurmu? - Əvvəla, xoş sözlərinizə görə, çox sağ olun. Mən inqilab tərəfdarı deyiləm, çünki inqilablar agrılarla, xətalarla, fəlakətlərlə birgə olur. Ölkənin islahatlar yolu ilə inkişafına üstünlük verirəm. «Ərəb baharı» da hardansa gəlməyib, o dövlətlərin vətəndaşları özləri etiraza qalxıb. Bunu indi, guya, hansısa dövlətlərin ssenarisi kimi qələmə verməyin əleyhinəyəm. Qərb və ABŞ da Azərbaycanda sabitliyi müdafiə edir. Neft kəmərləri işləməlidir.
Hüseyn Məmmədov: İlyas müəllim, dini azadliqların pozulmasını, hicaba garsı aqressiyanı necə qiymətləndirirsiniz? Məscidlər bağlanır, düzdür, açılanı da vardır. Amma ümumilikdə dövlətin din siyasəti varmı, bu vəziyyət Sizi qane edirmi? - Dövlətin din siyasəti var və bu da Konstitusiyamızın 18-ci maddəsində əks olunub. Həmin maddəyə görə, din dövlətdən ayrıdır, dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır. Yuxarılarda vurguladığım kimi, kamil inanc sahibləri cəmiyyətə mənəviyyət, ədalət və digər yüksək dəyərlər gətirirlər. Bununla yanaşı, həm daxildə, həm xaricdə dindən öz maraqları naminə istifadə etmək istəyənlər var. Mən həm bu halı, həm də dövlətin dinlə bağlı qurumlarının qeyri peşəkarlığını pisləyirəm. Əgər hansısa məsciddə kimlərsə dövlət əlehinə fəaliyyət aparırsa, məscidi baglamaq yox , o insanlara qarşı tədbir görmək lazımdır. Bizim dinle bagli digər problemimiz - həyat tərzi, savadı ilə nümunə olan dini liderlərin, ilahiyyatçıların qıtlığındadır. Xüsusi bir şeyı vurğulamaq istəyirəm. Bizim bütün bəşəriyyətə hidayət olaraq göndərilən dinimiz başlıca olaraq özümüzün islah olunmağımız üçündür və biz dinin zahiri formalarından zənnimcə, daha çox daxili mahiyyətinə varmalıyıq.
Aygün Muradxanlı: İlyas bəy, Gürcüstanla-Azərbaycan arasında paralellər aparmanız maraqlı olardı. Müstəqilliklərinin bərpasının 20 illiyində bu ölkələrin qazandıqlarını və itirdiklərini, xüsusən işğal faktorunu tərəziyə qoysaq hansı dövlətin qazandıqlarının daha çox olduğunu düşünürsünüz? Təbii milli maraqlar və dövlətçilik anlamında? - Gürcüstandan gələnlər müxtəlif fikirlər söyləyirlər: aşağılarda rüşvətxorluq görünmür, yuxarılarda korrupsiya tüğyan edir.Bununla yanaşı, Gürcüstan höküməti iqtisadiyyatını liberallaşdırır sadə insanların həyatını yüngülləşdirməyə cəhd edir. Onu da bilmək lazımdır ki, Qərb dünyası Gürcüstanı Qafqazda öz forpostu elan edib və ora küllü miqdarda müxtəlif sahələrə yatırımlar edir, o cümlədən, Azərbaycan hesabına. Bizdən neft, qaz, işıq ucuz qiymətə Gürcüstana verilir. Yəni biz onlara yardımçıyıq. Abxaziya və cənubi Osetiyanın Gürcüstandan getməsinə rəgmən, Dağlıq Qarabağ hüquqi cəhətdən bizimdir. Yuxarıda Özgürün sualına cavabımda qeyd etdiyim yolla gedərək regionda müqayisəsiz lider ola bilərik. Mən Gürcüstanla baglı diqqətinizi başqa məsələyə yönəltmək istəyirəm - bizim soydaşlarımızın oradakı durumuna. Ümumiyyətlə, hesab edirəm ki, biz soydaşlarımızın yaşadıgı ərazilərdə konsertlər və tədbirlərlə yanaşı daha çox maddi yatırımlara fikir verməliyik: təhsil, iqtisadi və digər sahələrə. Bir misal çəkim sizə. Bizim dövlət neft şirkəti bir neçə milyard dollarlıq yatırım qoyub Gürcüstana. Amma Gürcüstan tərəfinin tələbi ilə oranın vətəndaşı olan etnik türklərin bizim dövlət neft şirkətinin oradakı şirkətlərinə
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
|