Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

PKK İLƏ “QOHUM OLAN” AZƏRBAYCAN ŞİRKƏTİ HANSIDIR?
Tarix: 1-08-2013, 12:32 | Çap et
PKK İLƏ “QOHUM OLAN” AZƏRBAYCAN ŞİRKƏTİ HANSIDIR?
GÖRƏSƏN, ƏFQAN QASIMOVUN QAYNATASI NEŞƏ TÜRKÜ QƏTLƏ YETİRİB?

DİA.AZ: - Artıq bir ilə yaxındır ki, “Qaradağ-AND” Məhdud Məsuliyyətli Cəmiyyətin ətrafında dolaşan qalmaqal səngimək bilmir. Məlum olduğu kimi 1996-ci ilin noyabr ayından fəaliyyətə başlamış “Qaradağ-AND” şirkəti ən müasir texnologiyaların tətbiqini həyata keçirərək beynəlxalq standartlara cavab verən təmir-tikinti məhsullarının istehsalçısı kimi tanınır. Uzun müddət Azərbaycan bazarında aparıcı sement istehsalçısı kimi tanınan şirkət, digər təmir-tikinti məhsullarına artan tələbləri nəzərə alaraq, yeni istehsal sahələri də yaratmışdır. Azərbaycan və Türk iş birliyi əsasında, 2009-cu ilin dekabr ayından Qaradağ qəsəbəsində kafel-metlax yapışdırıcısı istehsalına, 2010-cu ilin avqust ayından isə Gəncə şəhərində türk və alman texnologiyası ilə yeni bir zavod quraşdırılaraq astar, üzlük və kafel-metlax yapışdırıcısı istehsalına start verilib. Hal-hazirda firmanın nəzdində ən son texnologiya ilə işləyən, gücü saatda 10 ton olan 3, gücü saatda 30 ton olan 1 sperator təşkilatlı dəyirman fəaliyyət göstərir və zavod 45-90 mikron arasında sement istehsal edir. Faktiki olaraq “Qaradağ-AND” bu gün ölkənin sement bazarına nəzarətin böyük bir hissəsini əlində cəmləşdirib. Buna baxmayaraq hətta şirkətin gətirdiyi kifayət qədər böyük gəlirlər belə MMC-nin rəhbərliyini qane edə bilmir. Görünür elə bu səbəbdən də “Qaradağ-AND” sement zavodunun rəhbəri Əfqan Qasımovun adı son bir il ərzində səs-küylü qalmaqallarda, saxtakarlıq, mənimsəmə və digər bu kimi əməllərlə bağlı araşdırmalarda tez-tez hallanır.

Hələ ötən ilin axırlarında ölkə mətbuatı İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verirdi ki, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərindəki bir sıra mağazalarda yoxlamalar aparılmış və yoxlama zamanı “Qaradağ-AND” adlı sementin mənşəyinin məlum olmadığı, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu və bir sıra digər ciddi normativ pozuntuları aşkar olunmuşdur. Lakin artıq ertəsi gün mətbuata “Aşkarlanan saxta sement məhsullarının “Qaradağ-AND”a hər hansı aidiyyatı yoxdur” kimi başlıqlarla təkzib xarakterlı məlumatlar ötürülməyə başladı. Amma bu vəziyyət də uzun sürmədi. Daha iki-üç aydan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Qaradağ-AND” MMC-ni yenidən ifşa etməyə başladı: “MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qanunsuzluqlar aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qaradağ-AND” əmtəə nişanlı M-400 və M-500 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə istehsal olunan sementlərin etiketində netto və brutto çəkilərinin qeyd olunmadığı müəyyənləşdirilib. Bundan başqa, “Qaradağ-AND” əmtəə nişanlı M-300, M-400 və M-500 markalı sementlərin etiketlərində məhsulların “Qaradağ-AND” MMC-nin laboratoriyasında yoxlanıldığına dair məlumat verilsə də, laboratoriyanın müvafiq akkreditasiyadan keçirilmədiyi aşkar olunub.” Qeyd edək ki, bu bəyanatlar bəzi mətbu orqanlarını müstəqil araşdırmalar aparmağa sövq etdi və əldə olunan nəticələr yuxarıda təqdim olunan saxtakarlıq nümunələrindən heç də az maraq doğurmadı. Məsələn, müəyyən olundu ki, sementin isrehsalı üçün nəzərdə tutulan xammal-qlinker qonşu İran dövlətindən gəmilər vasitəsilə Bakı limanına gətirilir. Buradan isə ağırtonnajlı nəqliyyat vasitələri ilə “Qaradağ-AND” sement zavoduna daşınır. Həmçinin məlum oldu ki, “Qaradağ-AND” rəhbəri Əfqan Qasımovla qlinkeri daşıyan nəqliyyat vasitələrinin sahibi Anar Qasımov arasında bir müddət əvvəl yaranmış ciddi münaqişə hələ də davam edir. KİV-ə verdiyi açıqlamalarında Anar Qasımov bunları qeyd edib: “Biz “Qaradağ-AND” şirkətinə İrandan gətirilən qlinkerin daşınması ilə məşğul olurduq. Bir gün Əfqan Qasımov məni çağırıb bildirdi ki, 800 min manatlıq qlinker çatışmır və sən bu məbləği ödəməlisən. Mən Əfqan Qasımova bildirdim ki, mənim bundan xəbərim yoxdur. Belə olan halda Əfqan Qasımov Qaradağ Rayon Polis İdarəsinə zəng edərək mənim həbsimi sifariş etdi. Və elə həmin gün Qaradağ RPİ-nin əməkdaşları məni həbs etdilər. Heç bir əsas olmadan məni 3 gün həbsdə saxladılar. Əfqan Qasımov məni polisdə o qədər döydürtdü ki, kəllə-beyin travması aldım, xeyli müddət xəstəxanada müalicə olundum. Başıma gələnlərin tək səbəbi isə budur ki, “Qaradağ-AND” götürdüyü böyük miqdarda krediti qaytara bilmir. Ona görə də Əfqan Qasımov müxtəlif şəxsləri şərləməklə pul qazanmaq istəyir.”

Maraqlıdır ki, “Qaradağ-AND” MMC-nin kreditor borclarına dair mülahizələr digər kriminal əsaslı məlumatlarda da xatırlanır. Xəbər verildiyi kimi, bir müddət əvvəl Azərbaycan Dövlət Dəmiryolları QSC-nin Maliyyə Xidmətinin arxivi naməlum səbəblərdən yanmışdı. Bu yaxınlarda isə həmin hadisə ilə bağlı mətbuata çox maraqlı informasiyalar ötürülüb. Əldə edilən sənədlərdən və məlumatlardan belə aydın olur ki, ortada yetərli qədər böyük rəqəmlərlə ifadə olunan yeyinti halları mövcuddur. Qeyd edək ki, Dəmiryolu İdarəsinin 2003-cü ildə həyata keçirdiyi əməliyyatlarla bağlı üzə çıxan sənədlərdə göstərilir ki, idarənin Maliyyə Xidməti ölkəyə qlinker gətirən “Qaradağ-AND” şirkəti ilə birlikdə saxta yollarla bir sıra əməliyyatlar keçirib. Mənbənin dediyinə görə, həmin sənədlərdə vurğulanır ki, “Qaradağ-AND” MMC-nin kreditor borcu olması səbəbindən, bu şirkətin adına gələn yüklərin daşınma haqqının ödənilməsi üçün verilmiş 6 milyon manat (1200 manat) 2 saylı 26,03,2003-cü il tarixli hesaba əsasən kreditor borcdan silinmişdir. Belə əməliyyatlar isə xeyli sayda həyata keçirilib. Məsələn, 02.05.03-cü il tarixdə eyni məzmunlu əməliyyatlarda 60 milyon manat (12 min manat), 27.05.03-cü il tarixdə 40 milyon manat (8 min manat), 02.06.03-cü il tarixdə 30 milyon manat (6 min manat), 17.06.03-cü il tarixdə 60 milyon manat (12 min manat), 09.07.03-cü il tarixdə 30 milyon manat (6000 min manat) 16.07.03-cü il tarixdə 60 milyon manat (12 min manat), 04.08.03-cü ildə isə daha 60 milyon manat (12 min manat) məbləğində olan əməliyyatlar həyata keçirilib.

Sonda belə bir maraqlı məqama da diqqəti cəlb etmək istərdik ki, bu günlərdə redaksiyamıza Əfqan Qasımovun özü ilə bağlı ilginc məlumatlar daxil olub. DİA.AZ-ın əldə etdiyi həmin məlumatlara görə, Əfqan Qasımov bir müddət əvvəl Türkiyə vətəndaşı olan bir xanımla ikinci dəfə ailə həyatı qurub. Onların tanışlığı isə həmin xanımın əvvəllər işlədiyi və Əfqan Qasımovun da tez-tez gedib-gəldiyi “Azersun Holdinq”də baş tutub.

Evləndikdən sonra isə Əfqan Qasımov yeni həyat yoldaşını “Qaradağ-AND” MMC-yə işə götürüb. Deyilənə görə şirkətin bütün “qara mühasibatlığına” indi bu xanım nəzarət edir. Həmçinin mənbələr xəbər verir ki, Əfqan Qasımov öz qayınatası üçün də “Elit” ticarət mərkəzinə yaxın ərazidə mərmər emalı sexi almışdır. Ən maraqlısı isə budur ki, mənbələr Əfqan Qasımovun qayınatası Fəhmi kişinin bir vaxtlar PKK-nın səhra komandirlərindən olduğunu iddia edirlər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru