DSMF ŞEFİ QOHUMUNU QORUYA BİLƏCƏKMİ?
Tarix: 23-07-2013, 13:44 |
Çap et
SƏLİM MÜSLÜMOV ƏNVƏR SEYİDƏLİYEVİ XİLAS YOLLARI AXTARIŞINDA
DİA.AZ: - Ağsu rayonunun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin vəzifəsindən alınacağı haqda xəbərləri diqqətinizə çatdırmışdıq. Bu gün isə bununla bağlı DİA.AZ-a maraqlı bir informasiya ötürülüb.
Mötəbər mənbə iddia edir ki, vəzifə başında axlanılması və yaxud da bir başqa rayona transfer olunması üçün Ənvər Seyidəliyev və onu himayə edən Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümov müxtəlif yollar axtarırlar.
Mənbə bildirir: «Əslində Ənvər Seyidəliyevin təlaşı anlaşılandır. Çünki o, vəzifəsindən alınacağı təqdirdə həm də ittiham hədəfinə çevrilə bilər. Çünki hazırda başçıya qarşı cinayət işinin açılması üçün müvafiq dövlət qurumlarının əlində çox ciddi ittiham sənədləri var ki, bu məsələ yalnız Seyidəliyevin vəzifəsindən alınacağı təqdirdə «dirilə» bilər».
Mənbəmizə görə, məhz bu səbəbdən qohumunu qoruya bilməsi üçün DSMF şefi bütün enerjisini ortaya qoyub.