ABBAS ABBASOV SEÇKİQABAĞI DÖNƏMƏ HAZIRLAŞIR
Tarix: 12-07-2013, 14:34 |
Çap et
AZƏRBAYCANDA ƏLƏ ALINAN JURNALİSTLƏR MOSKVAYA DƏVƏT OLUNACAQLAR
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Azərbaycan baş nazirinin keçmiş müavini, «AST» Şirkətlər Qrupunun vitse-prezidenti, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının prezidenti Abbas Abbasov Azərbaycan mətbuatı ilə işləmək üçün xüsusi departament yaradıb və hətta bu sahəyə rəhbərliyi Vaqif Adıgözəlov adlı şəxsə həvalə edib. Xatırladaq ki, DİA.AZ-a bu məlumatı Rusiyadakı soydaşlarımız ötürmüşdülər.
İndi isə redaksiyamız Abbas Abbasovun məlum mətbu siyasətini əks etdirən konkret bir sənədi ələ keçirib. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, RATİ rəhbərliyi sentyabr ayında, yəni Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində böyük foruma hazırlaşır ki, həmin tədbirdə Azərbaycanda ələ ala bildikləri jurnalistlərin də iştirakını planlaşdırırlar.