İQTİDAR HANSI STRUKTURLARDA İXTİSAR EDİR?
Tarix: 10-07-2013, 12:34 |
Çap et
ARDNŞ-NİN 83 YAŞLI BİRİNCİ VİTSE-PREZİDENTİ DƏ GÖRƏVDƏN ALINACAQ
DİA.AZ: - Hakimiyyətin total kadr islahatı tədarükündə olması barədə məlumatlar hələ xeyli əvvəldən yayılıb. Bu yöndən DİA.AZ-a yeni informasiyalar daxil olub.
Nazirlər Kabinetindəki mötəbər mənbə redaksiyamıza açıqlamasında bildirir ki, prezident seçkilərindən dərhal sonra nəqliyyat nazirliyində və Dövlət Neft Şirkətinin strukturlarında ciddi kadr islahatının həyata keçirilməsi nəzərdə tutulub.
Mənbənin söylədikləri: «Nəqliyyat nazirliyinin və ARDNŞ-in yüzə yaxın (hər birində) əməkdaşı yaş senzi ilə əlaqədar vəzifələrindən alınması enəzərdə tutulub».
Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «İllərdir bir neft mütəxəssisi kimi vəzifəsində saxlanılan ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də prezident seçkilərindən sonra vəzifəsindən alınacaq».
Bildirək ki, 83 yaşlı vitse-prezident məhz işinin bilicisi olması səbəbindən bu günə kimi vəzifə başında tutulub. Lakin son zamanlar səhhətində yaranan problemlər səbəbindən onun işə çıxmadığı söylənilir ki, bu da məlum qərarın verilməsi ilə nəticələnib.