"Nədən nə nazirin nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" .....                     SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                 

ELŞAD ABDULLAYEVİN İTKİN QOHUMU TAPILDI
Tarix: 13-06-2013, 12:23 | Çap et
ELŞAD ABDULLAYEVİN İTKİN QOHUMU TAPILDI
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə zərərçəkmiş şəxs qismində 15 may 2009-cu ildə verdiyi ifadə ölkə KİV-lərində vaxtilə dərc olunub, o cümlədən “Təzadlar”a təqdim olunmuş bəzi istintaq materiallarında bu ifadə öz əksini tapıb. “Lakin zamanında Elşad Abdullayevin çılğın və hap-gop üzərində qurulmuş bu ifadə və onun ətrafında cərəyan edən açıqlamaları imkan verməyib ki, jurnalistlər onun ifadəsinin təhlilinə, yəni bu ifadədəki bəzi dolaşıqlığa nəzər yetirə bilsinlər. Çünki Elşad Abdullayev düşünülmüş şəkildə, Mahir Abdullayevin taleyini gözəl bildiyi halda, məsələni elə dolaşdırıb ki, heç kim onun bu yalan və şantaj üzərində qurulmuş açıqlamalarından baş çıxara bilməyib”, -deyən tanınmış vəkil Ramiz Zeynalov “Təzadlar”a şok açıqlamalar verdi. Onlardan biri də budur ki, E.Abdullayev 2009-cu ilin mayın 15-də Baş Prokurorluqda ifadə verir və bildirir ki, guya 50 min dollar pul ilə Zaqatalaya getməli olduqları halda, Kürdəmirdə onları həbs edərək RPŞ-yə gətirirlər. Orada RPŞ rəisi və onun müavini Elşad Abdullayevə onun qardaşı Aslanın oğlu Mübarizi təhvil verib deyirlər ki, buyur, Mahiri öldürən budur... E.Abdullayev ifadəsində daha sonra yazır ki, “Mübariz orada mənə heç nə demədi və susdu... Lakin bir müddət sonra Mübariz yoxa çıxdı və hələ də ondan bir xəbər yoxdur...”.

“Sən demə, Elşad Abdullayev istintaqa yalan məlumat verib: Mübariz həmin dövrdə Kürdəmirdə təsərrüfat işləri ilə məşğul olub və heç də yoxa çıxmayıbmış. Lakin bu yaxınlarda mənim vəsatətim əsasında Kürdəmir məsələsi istintaq tərəfindən yenidən araşdırıldı və ortaya olduqca maraqlı məqamlar çıxdı”, -deyən vəkil Ramiz Zeynalov bu və ya digər maraqlı sualları cavablandırdı.

Məs “Mahiri öldürən budur” deyilən Mübariz Abdullayev kimdir və indi o, haradadır? Həmin cinayət işi nə yerdədir? Ortaya olduqca sensasiyalı məsələlər çıxmaqdadır.

- Ramiz müəllim, hələ də cavabsız suallar var və onlardan biri də Mahir Abdullayevin taleyi ilə bağlıdır. Məsələn, E.Abdullayev bir gün deyir ki, Mahiri filankəs oğurlatdırıb (siyahını özü istintaqa təqdim edib, həmin siyahıda ölkənin bütün hakimiyyət qollarında çalışan yüksək çinli məmurlar var, sayı təxminən 100-ü keçir), bir gün keçir deyir ki, həm də filankəs oğurlatdırıb və s. Nə baş verir?

- Bilirsiniz ki, E.Abdullayevin həmin saxta ittihmları və yalanları əsasında tanınmış iş adamı, keçmiş deputat Arzu Kazımov həbs olunub və artıq onun barəsində toplanmış istintaq materialları məhkəmə baxışına verilib... Maraqlı olan budur ki, məhkəmədə biz qarşı tərəfə rast gəlmirik, yəni zərərçəkən tərəfə. Çünki A.Kazımova dələduzluq maddəsi ilə cinayət işi başlanıb, ittiham elan olunub. Amma zərərçəkən yoxdur... Şikayətçi isə Elşad Abdullayev idi, ona qarşı isə rüşvətvermə maddəsi ilə cinayət işi başlanıb, ayrıca istintaq aparılır... Məsələ bu müstəvidə belədir. Amma ən maraqlı məqam odur ki, E.Abdullayevin 2009-cu ilin mayın 15-də istintaqa verdiyi ifadəsində özü də bilmədən istintaqa ipucu verib. Məlum olduğu kimi, Mahir Abdullayevin öldürülməsi ilə əlaqədər qaldırılmış 105157 saylı cinayət işindən Arzu Kazımovun işi ayrıldı və istintaq sübut etdi ki, E.Abdullayevin guya verdiyi 1,5 milyon dollar pul heç də Mahirin axtarışı ilə bağlı deyil, onların arasında kommersiya məqsədləri üçün alınıb-qaytarılıb da... Amma Mahirin öldürülməsi ilə bağlı olan cinayət işinin istintaqı hələ davam edir. Bu arada E.Abdullayevin özünə qarşı da Az. Res. CM-nin bir neçə maddəsi ilə cinayət işi başlanıb. Maraqlı olan nədir? E.Abdullayev istintaqa yalan ifadə verəcəyi təqdirdə Az. Res. CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıdığı barədə öhdəlik götürərək ifadə verərək bildirir: “...23.11.2003-cü il tarixdə 050 384 33 08 saylı telefonla mənim 050 212 82 15 saylı telefonuma zənglər oldu və qardaşımla birlikdə həmin gün saat 20 radələrində BMV-X5 markalı maşınla Kürdəmir yoluyla Zaqatalaya getdik... Onu da bildirirəm ki, hələ 16.11.2003-cü ildə həmin telefonla saat 02.41-dən başlayaraq mənə tanımadığım bir nəfər dəfələrlə zəng etdi. Sonradan adını bildiyim bu şəxs Kürdəmir rayon polis şöbəsinin rəis müavini Qalib idi və o, zəng edərək hədə-qorxu ilə məndən 50 min dolları Zaqatalaya gətirməyi və pulu rayonun girəcəyindən 1 km aralıda yerə atmağı tələb etdi. Qalib öz adamları tərəfindən izləndiyimizi deyərək Mahirin onun əlində olduğunu söylədi və söhbətimizi davam etdirəcəyini dedi. 16.11.2003-cü il tarixdən 23.11.2003-cü ilədək həmin şəxs aramsız olaraq telefonuma zəng edərək məni Zaqatalaya pulu gətirməyi söyləyib. Ayın 23-də qardaşlarım Ismayıl, Eldəniz, Elsevərlə birlikdə evdə olarkən yenə də zəng olundu və pulu gətirməyəcəyimiz təqdirdə Mahiri görməyəcəyimizi dedilər. Işin belə olduğunu görüb qardaşlarım və qaynım Mustafa ilə belə qərara gəldik ki, zəng edən yəqin Mahiri aparan adamdır, ona görə onun qaytarılması üçün 50 min dollar istəyir. Biz zəng edən şəxsin dediyi kimi hərəkət edərək 50 min dolları götürüb Zaqatala istiqamətində yola düşdük. Lakin Kürdəmir dördyoluna az qalmış həmin şəxs mənə zəng edərək maşını “Azpetrol”un yanında saxlayaraq bir nəfəri gözləməyi tapşırdı. Deyilən yerdə yarım saat dayanandan sonra bir nəfər bizə yaxınlaşıb danışmaq istərkən əli avtomatlı çoxlu polis əməkdaşı bizi əhatəyə alıb heç bir əsas göstərmədən Kürdəmir rayon polis şöbəsinə gətirdilər. Maşınımızı da polis idarəsinin həyətinə saldılar. Sonra bizi Qalib adlı rəis müavininin yanına apardılar. Bu şəxs maşınımızı DIN-in idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən saxlandığını deyib bizi Zaqatalaya göndərən və bizimlə danışanın da özü olduğunu dedi. Sonra isə qəflətən mənə dedi ki, Mahiri oğurlayan böyük qardaşımın oğlu Mübariz Aslan oğlu Abdullayevdir. Mən bu sözdən çox təəccübləndim və ixtiyarsız olaraq Mübarizin Mahiri oğurlamasından şübhələndim. Bundan sonra Mübarizi bizə təqdim etdilər. Lakin Mübariz Mahirlə bağlı bizə heç bir söz deyə bilmədi. Qeyd edim ki, maşınımızda axtarış aparılmışdı və mən 50 min dolları özümdə saxlamışdım. Hesab edirəm ki, rəis müavini Qalibin mənə və qardaşlarıma qarşı belə hərəkət etməsində əsas məqsədi əsl cinayətkarı müdafiə etmək və gizlətməkdən ibarət idi. Belə ki, bizi şəxsən Kürdəmir RPŞ-nin rəis müavininin 50 min dollar pulla Zaqatalaya nəyə görə aparmaq istəməsini indiyədək başa düşə bilmirəm. Çünki qardaşım oğlu Mübarizin Mahiri oğurlaması barədə Kürdəmir polisində hansısa məlumat var idisə, onda məni zərərçəkmiş şəxs kimi polisə dəvət edərək qanun çərçivəsində məsələlərə aydınlıq gətirmək olardı. Bu hadisəylə bağlı Kürdəmir RPŞ-nin müstəntiqi Anar adlı şəxs məndən izahat almışdı. Həmin vaxt aldığım məlumata görə DIN-in idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən, barəmizdə belə bir əməliyyatın həyata keçirilməsi üçün hətta Nərimanov rayon polis idarəsinin istintaq bölməsinin rəisi və daha iki nəfər DIN əməkdaşı həmin rayona ezam olunmuşdu. Çünki istintaq bölməsinin rəisi olan adını bilmədiyim şəxs qardaşım Elsevərlə tələbə yoldaşı olub. Qardaşım onu hadisə vaxtı rayon polisində görərkən ondan hansı tapşırığa əsasən rayona ezam olunduğunu soruşub. Həmin şəxs də ailəsiylə birlikdə Əli-Bayramlıdan Bakıya qayıdarkən DIN-dən olan zəngə görə təcili şəkildə Kürdəmirə gəldiyini bildirmişdi. Bu hadisədən sonra qardaşım oğlu Mübariz Abdullayev uzun müddət yoxa çıxdı və indiyədək onun yerini bilən yoxdur...” və s.

“Elşadın qaynı Mustafa Hüseyn oğlu Əhmədov Azərbaycan MTN-də məsul vəzifədə çalışırdı. Necə ola bilər, Elşadın qaynı Mustafa Əhmədov onlara anonim zəng etmiş və 50 min dollar pul istəmiş bir tanınmaz adamın çağrışı ilə Zaqatalaya gedirdi?”

Diqqət edin, Elşad Abdullayev özünü bilməzliyə vurub deyir ki, “Işin belə olduğunu görüb qardaşlarım və qaynım Mustafa ilə belə qərara gəldik ki, zəng edən yəqin Mahiri aparan adamdır, ona görə onun qaytarılması üçün 50 min dollar istəyir. Biz zəng edən şəxsin dediyi kimi hərəkət edərək 50 min dolları götürüb Zaqatala istiqamətində yola düşdük...”. Elşadın qaynı Mustafa Hüseyn oğlu Əhmədov Azərbaycan MTN-də məsul vəzifədə çalışırdı. Necə ola bilər, Elşadın qaynı Mustafa Əhmədov onlara anonim zəng etmiş və 50 min dollar pul istəmiş bir tanınmaz adamın çağrışı ilə Zaqatalaya gedirdi? Mustafanın əlində səlahiyyət var idi ki, ən azı, MTN-nin zonalar üzrə rayon rəislərinə xahiş etsin ki, bu adamın kimliyini öyrənsinlər, həmin adamların ətrafında əməliyyat tədbirləri həyata keçirsinlər... Amma MTN polkovniki “maşennik” Elşadın sözü ilə düşür onun yanına və ciblərində də 50 min dollar pul... Hər ikisi hüquqşünas və dövlət məmuru. Dövlət orqanlarının başı üzərindən hansısa anonim zəng etmiş bir şəxsin zənginə görə bir dəstə adam da cibinə 50 min dollar pul qoyub görüşə gedir??? Sonrası isə hamıya məlumdur. Bunlar Elşadın yalanlarından bir hissədir...

- Ramiz müəllim, E.Abdullayevin ifadəsində qardaşı oğlu Mübarizin adı çəkilir. Bu nə müəmmadır...

- Ortada çox maraqlı məsələlər var... Diqqət edin, Elşad Abdullayev ifadəsində yazır: “...Bizi Kürdəmir RPŞ-də Qalib adlı rəis müavininin yanına apardılar... Sonra isə qəflətən mənə dedi ki, Mahiri oğurlayan böyük qardaşımın oğlu Mübariz Aslan oğlu Abdullayevdir. Mən bu sözdən çox təəccübləndim və ixtiyarsız olaraq Mübarizin Mahiri oğurlamasından şübhələndim. Bundan sonra Mübarizi bizə təqdim etdilər. Lakin Mübariz Mahirlə bağlı bizə heç bir söz deyə bilmədi... Qardaşım oğlu Mübarizin Mahiri oğurlaması barədə Kürdəmir polisində hansısa məlumat var idisə, onda məni zərərçəkmiş şəxs kimi polisə dəvət edərək qanun çərçivəsində məsələlərə aydınlıq gətirmək olardı. Bu hadisəylə bağlı Kürdəmir RPŞ-nin müstəntiqi Anar adlı şəxs məndən izahat almışdı... Bu hadisədən sonra qardaşım oğlu Mübariz Abdullayev uzun müddət yoxa çıxdı və indiyədək onun yerini bilən yoxdur...”.

“Sən necə əmisən ki, qardaşın Mahiri on ildi axtarırsan, amma qardaşın oğlu Mübariz heç yadına da düşmür! Səbəb nədir, nə baş verib?”

Necə yəni, Mübarizin yerini bilən yoxdur? Sən necə əmisən ki, qardaşın Mahiri on ildi axtarırsan, amma qardaşın oğlu Mübariz heç yadına da düşmür! Səbəb nədir, nə baş verib?

- Doğrudan da bu necə ola bilər? Əgər Mübariz o vaxtdan yoxa çıxıbsa, yəqin ki, onun barəsində nəsə bir istintaq hərəkəti olmalı idi, yaxud onun yoxa çıxması barədə polisə məlumat verilib axtarış elan olunmalı idi... Niyə Elşad Abdullayev Mahir Abdullayev müəmması üçün vacib fakt olan bir məsələdə susub?

- Təbii ki, bunlar yoxdur, çünki Elşad Abdullayevin maraq çərçivəsində olmayıb. Söhbət nədən gedir? Mənim də bu istiqamətdə apardığım araşdırmalar nəticəsində əldə etdiyim məlumatlar var ki, əslində, polis doğru olaraq həmin vaxt Mübarizi Elşada təhvil verib... İstintaq getdiyindən hələlik bəzi məsələləri deyə bilmirəm. Amma necə olur ki, Mübariz sağ-salamat Elşada təhvil verilir, amma elə o vaxtdan o, yoxa çıxır? Deməli, Mübarizin də Mahirin taleyi barədə olduqca vacib bilgisi olub və mənə məlumat çatıb ki, Mübarizin yoxa çıxması məsələsinin ortaya atılmasında da elə Elşadın ciddi marağı olub... Mən yenə də bəzi məsələlərə toxunmaq istəmirəm, lakin o məlumdur ki, kim Mahir barədə nəsə məlumatlı olubsa, Elşad tərəfindən ya bacısı oğlu Azad Mürsəliyev kimi həbs etdirilib və susdurulub, ya digər bacısı oğlu Araz Mürsəliyev kimi hər şeyi açıq demək istədiyindən Azərbaycandan qaçaq salınıb...

- Araz Mürsəliyev niyə Elşad Abdullayevlə problemli olub?

- E.Abdullayevin istintaqa təqdim olunmuş şikayət ərizələri var ki, özü çox şeyə aydınlıq gətirib. Məsələn, Arzu Kazımovun cinayət işi materiallarında, 1-ci cildin 107-ci səhifəsində E.Abdullayevin Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, MTN naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsi var... Həmin ərizənin (1-ci cild, səhifə 112) 6-cı səhifəsində E.Abdullayev Prezidentə müraciət edərək yazır ki, qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı şikayət etdiyinə görə ona bəzi vəzifəli şəxslər tərəfindən mənəvi və fiziki təzyiqlər olunur, bəzi qohumları xəstəlik tapıb, bəziləri ölüb, nəhayət, “Doğma bacım oğlanları Azad və Araz Mürsəliyev qardaşlarını mənə qarşı cinayətə təhrik etmişlər...”.

Elşad Abdullayevin itkin qardaşı oğlu Mübariz tapıldı

“Mahirin öldürülmə sirrini həm də 23 noyabr 2003-cü ildə Kürdəmir rayon Polis Şöbəsində baş vermiş hadisələr və həmin dövrdə Mahir Abdullayevin axtarılması ilə bağlı aparılmış əməliyyat-axtarış tədbirlərində axtarmaq lazımdır...”

- Bu istiqamətdə nəsə bir istintaq araşdırması aparılıbmı?

- Əlbəttə! Biləsiniz ki, Arzu Kazımovun cinayət işi ilə əlaqədar olaraq mənim vəsatətim əsasında bu istiqamətdə bəzi istintaq hərəkətləri aparılmışdır... Söhbət ondan gedir ki, Elşad Abdullayev 15 may 2009-cu il tarixdə zərərçəkmiş şəxs qismində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi Vüqar Nəsibov tərəfindən dindirilib. Onun ifadəsinə yuxarıda toxundum... Yenidən o epizoda qayıtmaq istəyirəm ki, E.Abdullayev ifadəsində bildirir ki, ciblərinə 50 min dollar pul qoyaraq Zaqatalaya Mahiri tapmağa gedirlər, lakin yolda onları Kürdəmir RPŞ əməkdaşları saxlayıb şöbəyə aparırlar... Burada isə ona “Qardaşının oğurlanması ilə əlaqədar səndən pul tələb edən, qardaşını oğurlayan budur...” deyib ona qardaşı oğlu Mübarizi təhvil verirlər... Sonra yazır ki, uzun çəkişmələrdən sonra o, burada Mübarizlə söhbət etmiş və artıq görüb ki, polislər onları buraxmırlar, bundan sonra onlar Zahid Dünyamalıyevə telefon edərək başlarına gələn hadisə ilə bağlı məlumat verirlər, Zahid müəllimin göstərişindən sonra onları buraxırlar... Elşad Abdullayev daha sonra ifadə verir ki, o vaxtdan Mübariz yoxa çıxıb və guya ondan heç bir xəbər yoxdur... Bununla əlaqədar olaraq mənim vəsatətim əsasında (yəni, bu dindirilmə ilə əlaqədar) istintaq orqanı qarşısında bəzi suallar qoydum...

“Mübariz Abdullayev dindirilmiş və dindirilmə nəticəsində Mübarizin 50 min dollar pul tələbi ilə əlaqədar olan fakt təsdiqini tapmış, Mübariz Abdullayevin haqqında olan cinayət işi bu işdən ayrılaraq artıq məhkəməyə göndərilmişdir”

- Vəsatətiniz təmin edildimi?

- Əlbəttə, təmin olundu və istintaq orqanı konkret olaraq “yoxa çıxmış” Mübariz Abdullayevi tapdı... Və istintaq E.Abdullayevin qeyd etdiyi hadisə ilə bağlı aparılmış dindirilmələr əsasında toplanmış materialı yenidən Kürdəmir rayon polis şöbəsindən götürərək istintaq yolu ilə yoxlamış, Qalib adlı polis şöbəsinin rəisi, digər şəxslər, o cümlədən Mübariz Abdullayev dindirilmiş və dindirilmə nəticəsində Mübarizin 50 min dollar pul tələbi ilə əlaqədar olan fakt təsdiqini tapmış, Mübariz Abdullayevin haqqında olan cinayət işi bu işdən ayrılaraq artıq məhkəməyə göndərilmişdir... Amma qaldı ki, Qalib adlı Kürdəmir rayon polis şöbəsinin rəisi və Polad adlı onun müavininin barəsində istintaqın hansı tədbir görməsinə, bu iş Mahirin ölüm işi ilə bağlı aparılan istintaq işinə aid olduğundan görülən tədbirlər bu gün bizə məlum deyil. Təkrar edirəm, ona görə ki, bu istintaq materiallarının hamısı bilavasitə Mahir Abdullayevin öldürülməsi ilə əlaqədar olan cinayət işinin içindədir, biz o materiallarla tanış olmamışıq, ola da bilmərik. Çünki bu hissə Arzu Kazımovla əlaqədar olan cinayət işindən ayrılıb... Mənim bu işlə tanış olmaq hüququm da yoxdur. Çünki Mahir Abdullayevin öldürülməsi ilə əlaqədar olan cinayət işində mən heç kimi müdafiə etmirəm. O iş hələ yekunlaşmayıb.

- Elşad Abdullayev ifadəsində bildirir ki, bu günə qədər Mübarizdən xəbər yoxdur. O bilmirdi ki, Mübariz hardadır?

- Əlbəttə ki, mənim vəsatətim elə bununla bağlı olmuşdur, çünki 15 may 2009-cu il, bayaq dediyim ifadəsində zərərçəkmiş kimi dindirilən zaman o, müstəntiqin sualına cavab vermişdir ki, artıq 5-6 ildir ki, bu hadisədən keçibdir və bu dövr ərzində Mübariz hara itib, onun haqqında heç bir məlumatımız yoxdur. Halbuki mənim sonradan aldığım məlumata görə Mübariz kənddə Kürdəmirdə təsərrüfatçılıqla məşğul olan adam olub, bütün bu dövr ərzində də orada çalışmağı davam etdirmişdir. O ki, qaldı bayaqkı suala, aydınlaşma verim ki, E.Abdullayev özü də etiraf edir ki, onun iki bacısı oğlanları Arazı və Azadı ona qarşı qaldırmışlar, cinayət törətməyə sövq etmişlər... Və guya bunu Mahiri oğurlatdıranlar edibdir. Hansı ki, özünüz də görürsünüz, onun yalanları üzə çıxır. Məsələn, gördünüz ki, qardaşı oğlu Mübariz ondan Mahirə görə 50 min pul tələb edib... Bacısı oğlu Azad 2008-ci ildə digər dostu Elşən Baxşıyevlə birgə Elşaddan 1 milyon dollar pul tələb etmişlər... Elşadın digər bacısı oğlu Araz Mürsəliyev də dayısı Elşada qarşı başqa bir cinayət törədib, bunu Elşad özü Prezidentə şikayət ərizəsində özü yazır...

“Mənim apardığım müstəqil təhqiqat nəticəsində gəldiyim qənaətim budur ki, həmin qardaş və bacı uşaqlarında Mahirin taleyi ilə bağlı mühüm məlumatlar olmuşdur və onlar Elşaddan bunu gizlətdiklərinə görə haqlarını istəyirmişlər...”

- Burdan hansı hüquqi nəticəyə gəlmək olar?

- O nəticəyə gəlinir ki, heç kəs onun qardaşı oğlu Mübarizi, bacısı oğlu Azadı və Arazı ona qarşı cinayətə sövq etməyib... Mənim apardığım müstəqil təhqiqat nəticəsində gəldiyim qənaətim budur ki, həmin qardaş və bacı uşaqlarında Mahirin taleyi ilə bağlı mühüm məlumatlar olmuşdur və onlar Elşaddan bunu gizlətdiklərinə görə haqlarını, qonorlarını istəyirmişlər... Bilirsiniz ki, mən Arzu Kazımovun işi ilə əlaqədər müstəqil tədqiqat aparmışam... Məndə Mübarizlə bağlı olan təhqiqat da var, eyni zamanda Araz Mürsəliyevlə bağlı da tədqiqat aparmışam. Araz Mürsəliyev, məndə olan məlumata görə, əvvəllər Ədliyyə Nazirilyinin Ekspertiza Mərkəzində çalışmışdır və bir sıra qanunsuz hərəkətlərə yol verdiyinə görə həmin mərkəzin direktoru Fuad Cavadovun əmri ilə işdən azad edilmişdir. Məndə olan digər məlumata görə isə Elşad Abdullayev o dövrdə bacısı oğlu Arazın işə bərpası üçün mərkəzin direktoruna çoxlu təsirlər göstərmiş, xahişlər, minnətlər etdirmişdir... Özü də çox ciddi cəhdlə. Lakin Fuad Cavadov özünün əmri ilə əlaqədər mövqeyinin möhkəm olduğunu və onu işə bərpa etməyəcəyini və bilavasitə Mürsəliyev Arazın mərkəzdə işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə onun dayısı Elşad Abdullayevə məlumatlar vermişdir, bir daha onu işə bərpa etməmək barədə qəti fikrini ortaya qoymuşdur... Bundan sonra isə Elşad Abdullayev özünə xidmət edən bəzi mətbuatda Fuad Cavadov barədə böhtan xarakterli məlumatlar buraxdırmışdır... Bundan sonra mənim apardığım təhqiqatlar nəticəsində öyrənmişəm ki, Araz Mürsəliyev Elşad Abdullayev tərəfindən ABU-da mühafizə xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Görünür, Araz da Elşadın qarşısında o vaxt hansısa bir şərt qoymuşdur ki, o, ciddi cəhdlə onun əvvəlki işinə bərpasına çalışmış, bu baş tutmadıqda onu sakitləşdirmək üçün onu yanında mühafizənin rəisi təyin etmişdir... Lakin bir müddət sonra ABU-nun bağlanması ilə əlaqədər Araz Mürsəliyev Moskva şəhərinə köçmüş və orada Ağasəf deyilən bir şəxsin qızı ilə evlənərək bu günə qədər də Moskva şəhərində yaşamağını davam etdirir. Məndə olan məlumatlara görə Araz Mürsəliyevlə Azad Mürsəliyev qardaşlarının hər ikisi Mahir Abdullayev barədə geniş məlumatlara malik şəxslərdirlər və hesab edirəm və çox güman ki, bu gün də Mahir Abdullayevin öldürülməsi ilə əlaqədər cinayət işinin istintaqı ilə əlaqədər bu iki şəxs barədə müəyyən istintaq tədbirləri görülür və gec-tez bu adamlar barədə istintaq öz fikrini ictimaiyyətə geniş məlumatlar veriləcəkdir. Elşad Abdullayevin Baş Prokurorluğa yazdığı ərizəsi var. Yuxarıda qeyd etdim, birinci cild, 112-ci səhifədə yazır ki, bir sıra adamlar mənim qohumlarımla aramı vurdular, doğma bacım oğlanları Azad və Araz Mürsəliyev qardaşlarını mənə qarşı cinayətə təhrik etdilər. Arazın öz dayısına qarşı cinayəti nə ola bilərdi? Təbii ki, mənim apardığım araşdırmalar, Arzu Kazımovun mənə verdiyi məlumatlar və bu məlumatlar əsasında apardığım təhqiqatlar nəticəsində mənə bəzi məlumatlar daxil olmuşdur. O məlumatlardan biri ondan ibarətdir ki, bu iki qardaş-Araz, həmçinin Azad Mürsəliyev öz dostu Elşən Baxşıyev vasitəsi ilə dayısından 1 milyon dollar pul tələbi ilə əlaqədar başlanmış cinayət işi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş və barəsində Yasamal rayon Məhkəməsində hökm çıxarılmışdır. Bu qardaşların Mahirlə əlaqədar müəmmalı gedişləri barədə mən istintaqa vəsatətlərim nəticəsində məlumatlar vermişəm. Və Elşad Abdullayevin Azad Mürsəliyev və onun dostu barədə özünün ərizəsi ilə əlaqədar ondan 1 milyon pul istəməsi üzrə cinayət işinin qaldırılmasına nail olması, amma qəribədir ki, sonradan müəyyən şərtlər daxilində bunların arasında razılığa gəlinməsi və razılıq nəticəsində işin Binəqədi rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğuna göndərilməsi, orada qanunsuz olaraq istintaqın istiqamətinin dəyişdirilərək daha yüngül maddələrə tövsüf olunması, sonra isə işin Yasamal rayon Məhkəməsinə göndərilməsi və orada yatdıqları ilə kifayətlənərək onların azadlığa buraxılması diqqəti çəkir. Mən hesab edirəm ki, bütün bunlar Mahir Abdullayevin oğurlanması ilə əlaqədar olan sirlərin gizlədilməsinə yönəlmişdir və ona görə də məhz Kürdəmirlə bağlı işin gətirilib istintaq tərəfindən araşdırılmasına görə vəsatət vermişdim...

“Elşad Abdullayev Mübarizin istintaqa cəlb olunmasından o qədər böyük təşvişə düşmüşdür ki, hətta Mübariz Abdullayevin də müdafiəsini bilavasitə özünün nümayəndəsi kimi Adil İsmayılova tapşırmışdır...”

Yenə də sizə izah edirəm ki, bu günlərdə Kürdəmirlə bağlı, yəni Mübariz Abdullayevlə əlaqədar məndə dəqiq məlumatlar var ki, onun Mahirlə bağlı əmisi Elşaddan 50 min dollar pul tələb etməsi üzrə cinayət işi ayrılaraq məhkəməyə göndərilib... Lakin Mahir Abdullayevlə bağlı iş ayrıldığına görə mən onun hansı istiqamətdə dindirilib- dindirilməməsi barədə hələlik heç nə deyə bilmərəm... Amma mənim istintaq təcrübəm imkan verir deyim ki, 100 faiz əminəm, istintaq orqanı Mahir Abdullayevin istər oğurlanması, istər sonradan öldürülməsi ilə bağlı cinayət işi ilə əlaqədər Mübarizi mümkün deyil ki, dindirməsin. Bunu da deyim ki, qarşı tərəf, yəni Elşad Abdullayev Mübarizin istintaqa cəlb olunmasından o qədər böyük təşvişə düşmüşdür ki, hətta Mübariz Abdullayevin də müdafiəsini bilavasitə özünün nümayəndəsi kimi Adil İsmayılova tapşırmışdır... Bu da onu göstərir ki, onlar Mübariz, Azad və Araz Mürsəliyev və digərləri ilə bağlı Mahir Abdullayevin öldürülməsində olan sirrin açılmaması üçün bütün işləri Adil İsmayılovun əlində cəmləşdirməyi qarşılarına məqsəd qoymuşlar.

- Bildiyimizə görə, siz Azad Mürsəliyevlə bağlı Baş Prokurorluğa da müraciət etmisiniz...

- Bəli, o vəsatətlər var. O vəsatətlər hamısı Arzu Kazımovla bağlı olan cinayət işi Mahir Abdullayevlə bağlı cinayət işi bir-birindən ayrılana qədər verilib. Həmin vəsatət də təmin edilib və istintaq tərəfindən araşdırma davam edir. Hər halda, cinayət qanunvericiliyi də bunu tələb edir... Bir daha görürsünüz ki, Elşad Abdullayevin bütün yalanları bir-bir üzə çıxır və özünün əleyhinə işləyir... Və inanıram ki, tezliklə onun bu yalanlarının, şərlərinin hesabını onunla məhkəmədə görüşəndə tələb edəcəyəm...

“Təzadlar”ın Araşdırma Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nədən nə nazirin nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA -Ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru