SURƏT HÜSEYNOV DA MİLLİ ŞURAYA QOŞULMAQ İSTƏYİR
Tarix: 7-06-2013, 11:31 |
Çap et
KEÇMİŞ BAŞ NAZİRİN XÜSUSİ NÜMAYƏNDƏSİ BU MƏQSƏDLƏ BAKIYA GƏLİB
DİA.AZ: - Bu dəqiqələrdə toplantısını keçirən Milli Şura ilə bağlı redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Mötəbər mənbələrin DİA.AZ-a bildirdiklərinə görə, toplantıda keçmiş baş nazir, sabiq səhra komandiri Surət Hüseynovun da nümayəndəsi iştirak edir.
Məlumatlı mənbə iddia edir ki, həmin şəxs Gəncədən bu məqsədlə Bakıya gəlib və Surət Hüseynovun da Milli Şurada təmsil olunmaq niyyətini açıqlamağa hazırlaşır.
Onu da bildirək ki, Surət Hüseynov hər zaman Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi baxımından diqqət mərkəzində olub. Zamanında onun süni şəkildə bir «qəhrəman» kimi şişirdilməsində də rus kəşfiyyatının rolu böük idi. İndi isə keçmiş baş nazirin Kremlin layihəsi kimi təqdim olunan Milli Şuraya həvəsli görünməsi də bu baxımdan təsadüfi hesab oluna bilməz.