NAZİRİMİZ AMERİKA VƏTƏNDAŞI OLMAQ İSTƏYİR
Tarix: 3-06-2013, 10:24 |
Çap et
ÖZÜNƏ ABŞ-DA VİLLA ALAN NAZİRİMİZ VƏTƏNDAŞLIQ ÜÇÜN MÜRACİƏT EDİB
DİA.AZ: - Redaksiyamıza dünən şok bir informasiya daxil olub. DİA.AZ-ın elektron ünvanına göndərilən informasiyadan aydın olur ki, Azərbaycanın nüfuzlu nazirlərindən biri bu günlərdə ABŞ-da özünə qiyməti 1 milyon 500 min dollara yaxın olan villa alıb. Məlumatda deyilir ki, həmin nazirin gedişi ilə bağlı da hakimiyyət dəhlizlərində ciddi söz-söhbətlər dolaşdığından, bu bahalı alış-verişi vəzifədən sonrakı dönəmə hazırlıq kimi də qiymətləndirmək olar.
DİA.AZ bildirir ki, nazirin kimliyi ilə bağlı da redaksiyamıza məlumat verilib. Lakin bu istiqamətdə hər hansı dəqiqləşdirmənin aparılmasının qeyri-mümkünlüyü şərait yaratmır ki, əlimizdəki bütün bilgiləri bölüşək.
Mənbəmizin məlumatında o da qeyd olunur ki, həmin nazir eyni zamanda ABŞ vətəndaşlığı üçün də müraciət edib: «Hər halda, bu fakt kifayət qədər ciddi mətləbləri ehtiva edir». Mənbəmiz hətta nazirimizin “green kard” ala bilməsi üçün də sənəd təqdim etdiyini söyləyir.