AĞSTAFANIN İCRA BAŞÇISI ÖZ ƏXLAQINI KİMƏ GÖSTƏRİR?
Tarix: 31-05-2013, 09:16 |
Çap et
MƏHƏRRƏM QULİYEV ADAMLARI İKİ GÜNDÜR Kİ, REDAKSİYAMIZI TƏHDİD EDİR
DİA.AZ: - Dünən Ağstafa rayonunda icra başçısı ilə RİH başçısının birinci müavini arasında münaqişənin yaşanması ilə bağlı məlumat vermişdik. Deyəsən, bu xəbərimiz icra başçısı Məhərrəm Quliyevi və onun birinci müavini Ramiz Tatarovu bərk narahat edib. Hər halda görünəni budur.
Əgər belə olmasaydı, onların adından və ancaq onların özlərinə, həmçinin yaxınlarına aid olacaq söyüşləri, təhqiramiz ifadələri redaksiyamıza ünvanlamazdılar.
DİA.AZ bildirir ki, artıq iki gündür «AĞSTAFADA İCRA BAŞÇISI İLƏ MÜAVİN ARASINDA DAVA» başlıqlı yazımızdan sonra «[email protected]» internet adresindən redaksiyamızın elektron ünvanına təhqir və hədələr gəlməkdədir.
Biz isə redaksiya olaraq bəyan edirik ki, bütün bu təhqirlər onun sifarişini verənlərə, onların yaxınlarına, ən yaxın adamlarına aiddir. Digər tərəfdən isə, DİA.AZ olaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə də hazırlaşırıq. Hər halda, Ağstafada dövləti təmsil edənlərin belə bir əxlaqda olmaları onların gjörəv başında tutulmasını da şübhəyə almalıdır.