RƏSUL QULİYEV AZƏRBAYCANA BİR ADDIM YAXIN
Tarix: 21-05-2013, 09:44 |
Çap et
KEÇMİŞ SPİKERİN GÜRCÜSTANA BİR HƏFTƏLİK SƏFƏRİ PLANLAŞDIRILIR
DİA.AZ: - Hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri, keçmiş spiker Rəsul Quliyev bu günlərdə Gürcüstana gələcək. Bu ilginc məlumatı DİA.AZ-a Rəsul Quliyevin Bakıdakı adamları verib.
Mənbə bildirir ki, Gürcüstanda 3 gün qalması nəzərdə tutulan Rəsul Quliyevin eyni zamanda rəsmi Tiflisin bəzi nümayəndələri ilə görüşü də planlaşdırılır:
«Bəs Bakıdan kiminləsə görüşəcəkmi» sualımızın cavabında isə mənbəmiz bunları söylədi: «Təbii ki, Rəsul Quliyevlə görüşə Bakıdan gedənlər də olacaq. Konkret kimlərin gedəcəyi məlum deyil. Amma mütləq gedənlər olacaq».
Xatırladaq ki, sonuncu dəfə Rəsul Quliyev 2005-ci ildə Azərbaycan sərhədlərinə bu qədər yaxın olmuşdu. Və həmin ərəfədə iki nazirin qolları qandallandı. İndi isə Rəsul Quliyev yenə də Bakıya yaxınlaşır. Bu dəfə kimlər həbs olunacaq və ümumiyyətlə həbs edilən olacaqmı? Bunu zaman göstərəcək….
Əlavə edək ki, Rəsul Quliyev zaman-zaman iqtidar içində adamlarının olması barədə də məlumatlar verib.