Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                 

"ÇILPAQ MÜĞƏNNİLƏRİ EFİRƏ BURAXMAQ OLMAZ"
Tarix: 29-04-2013, 09:00 | Çap et
"ÇILPAQ MÜĞƏNNİLƏRİ EFİRƏ BURAXMAQ OLMAZ"
"MƏN DÜNYANI GƏZMİŞƏM"

İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmsilçisi Seyid Həsən Amili Azərbaycanın açıq-saçıq geyinən xanım müğənnilərini aşağılayıb. Müğənnilərin yüngül əxlaqlı olduğunu, soyunaraq efirlərdə şou göstərdiklərini vurğulayan İran təmsilçisi Azərbaycan rəsmilərinə və millət vəkillərinə bununla bağlı müraciət də ünvanlayıb. O, Azərbaycan tərəfdən xahiş edib ki, efirə yarıçılpaq çıxan xanım müğənnilərə qarşı məhdudiyyətlər tətbiq olunsun. Tanınmış rejissor Arif Qazıyevlə söhbətə bu mövzu ilə başladıq:

- Bu problemi iranlı din xadimindən əvvəl mən qaldırmışam. Neçə illərdir deyirəm ki, Azərbaycan teleməkanını təmizləmək, efiri abıra salmaq lazımdır. Təəssüf ki, kim oxumağa başlayırsa, öncə paltarını soyunur. Sənət yada düşmür, istəyirlər ki, ayaqlarını, bədənlərini, sinələrini, arxalarını göstərsinlər. Həmin müğənnilər üçün oxumaq ikinci plana keçir.
Bizim qədim atət-ənənələrimiz var. Müğənni geyimini deyil, sənətini səliqəyə salmalıdır. Onun geyimi tamaşaçını qıcıqlandırmamalıdır. Mənə elə gəlir ki, bu məsələni müzakirəyə çıxaracaqlar.
Hər bir işdə ürək yanğısı olmalıdır. Bura Azərbaycandır. Bizim İran kimi qonşumuz var. İranda belə geyinən müğənniləri efirə buraxmırlar. Biz bu açıq-saçıqlığı Tükiyədən öyrəndik. Amma İranla neçə əsrdir qonşuyuq. İran rejimi istəmir ki, bu ölkədə yaşayan əhali Azərbaycan telekanallarındakı açıq-saçıqlığı görsün. İranda belə şeylərə pis baxırlar. Mən demirəm ki, müğənnilərimiz efirə çarşabda çıxsınlar. Amma onlar çalışmalıdırlar ki, geyimləri çox açıq-saçıq olmasın.
- Şou əhlinə necə qadağa qoymaq olar?
- Bu, o qədər də çətin deyil. Sadəcə, bir sərəncam vermək lazımdır. Deyilməlidir ki, açıq-saçıq geyinən müğənnilər efirə buraxılmayacaq. Bununla bağlı telekanallara göstəriş verilməlidir. Soyunub gələn olanda desinlər ki, get əyninə paltar geyin, sonra bu qapıdan gir. Tamaşaçıya geyim, düşük hərəkətlər yox, sənət lazımdır. Döşünü, arxasını çöldə qoyan müğənnilərə baxanda adam utanır.
- Amma telekanal rəhbərləri bunu tələbatla əlaqələndirirlər...
- Reytinq xatirinə bu cür ucuz işlərə getmək olmaz. Niyə açıq-saçıq geyinən adamlar bizim vaxtımızda efirə çıxa bilmirdilər? Əvvəllər qolu açıq olan qadın televiziyaya gələndə, 5-6 ay onu efirə buraxmırdılar. İndi isə senzura yoxdur, hamını saxta reytinq maraqlandırır.
Məni verilişə çağıranda deyirlər, elə et ki, qalmaqal olsun. Deyirəm ki, mən sizin suallarınıza cavab verməyə gəlmişəm. Utanmırsınız, mənə belə şey təklif edirsiniz? Bunlar ancaq dava-dalaş axtarırlar. Verilişdə normal müzakirə gedəndə narazı qalırlar. Reytinq xatirinə dava salır, şou çıxarırlar. Amma insanlara belə verilişlər lazım deyil. Həmin verilişlərin aparıcıları məni başqaları ilə dəyişik salırlar. Axı mən şou adamı deyiləm...
- Demək istəyirsiniz ki, Əli Mirəliyevə ünvanladığımız sualları Sizə verməyək...
- Mən dünyanı gəzmişəm, böyük sənətkarlarla oturub durmuşam. Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, РЊiyazi, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla ünsiyyətdə olmuşam. Mən bu adamlardan bircə dəfə yersiz hərəkət görmədim. Əsl sənətkar öz imicini qorumalıdır.
- Azərbaycan müğənnilərinin açıq-saçıq geyiminə İranın din xadimi etiraz etsə də, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə bu mövzuda danışmır...
- Alahşükür Paşazadənin vecinə deyil ki, kim nə geyinir. Onlar öz işlər ilə məşğuldurlar. Bəlkə də deyib. Amma qarşı tərəf də deyir ki, pul qazanmaq lazımdır. Pul da soyunmaqdan çıxır. Milli Teleradio Şurası hara baxır? Onlar hansı işlə məşğul olurlar? Deyəndə də inciyirlər ki, Arif Qazıyev arxamızca danışır. Mən bu sözləri onların üzünə də deyirəm. Deyirəm ki, çılpaq müğənniləri efirə buraxmaq olmaz. Ayıbdır! Biz müsəlmanıq.
Efirdə nə qədər yemək bişirmək olar? Axı, camaatın evində həmin yeməklərdən yoxdur. Hamı sənin kimi yemir axı. Əti, toyuğu reklam eləyirsən, yazıq kasıb da baxa-baxa qalır. РЊiyə camaatı qıcıqlandırırlar? Sən camaata kartof bişirməyi öyrət!
Səhər açılan kimi həkimlər ekranı zəbt edirlər. Başlayırlar bunu elə, onu elə... Bütün telekanallar xarici həkimləri və dərmanları reklam edir, xəstə olmayanı da xəstə edirlər.
- Təranə Qumralla Musa Musayev arasında baş verən insidentə münasibətiniz necədir?
- Bu mövzuda danışmağa utanıram. O qızın Cabbarla münasibəti hamının gözü qarşısında olub. Musa bunu bilə-bilə gedib Təranəni aldı. Axı, sən onun kim olduğunu bilirdin. Bu işin sonu hamıya bəlli idi. Baş verənlərin hamısı şoudur. Gördülər ki, yada düşmürlər, başladılar özlərini reklam etməyə. İndi hamı onlardan danışır. Fərqi yoxdur, pis ya yaxşı. Əsas odur ki, onlar gündəmdədir.
- Arif müəllim, hazırda hansı işlə məşğulsunuz?
- Uzun zamandır "Vağzalı" sənədli filmi üzərində işləyirəm. Filmin ssenarisi hazırdır. Maliyyə problemi üzündən işlər yarımçıq qalmışdı. İndi həmin filmi tamamlamaq istəyirəm. Filmin çəkilişləri bir neçə rayonda nəzərdə tutulub. İlk öncə Şəki və Lənkərana getməliyəm. İstəyirəm, tezliklə bu filmi tamamlayım. Hər şey pulun başındadır. РЊəhayət, axtarışlarım nəticə verdi. Sponsor tapdım. Yaxın günlərdə filmin çəkilişlərinə başlayacağıq.
- Muğam teatrının rəhbərliyindən uzaqlaşdırılandan sonra Sizə yeni iş təklif olunubmu?
- Məni müqavilə əsasında Muğam teatrına rejissor vəzifəsinə götürmək istəyirlər. Mədəniyyət və Turizm Nazirliyindən isə deyirlər ki, müqavilə əsasında işə başla, sonrasına baxarıq. Açığı, Muğama teatrına qayıtmaq istəmirəm.
- Ömrünüzü verdiyiniz, böyük zəhmət hesabına yaratdığınız Muğam teatrına niyə getmək istəmirsiniz?
- Qəlbimi qırıblar. Həm də bir deyil, bir neçə dəfə. Teatra bir şərtlə qayıdaram ki, gərək Muğam teatrının binasını mənə versinlər. Mən o binada çox əziyyət çəkmişəm. Ya da neytral bir iş versinlər başımı qatım. Bu da daşa dirənib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyir ki, bir az fikirləşməliyəm. РЊə fikirləşdiyini bilmirəm, başım çıxmır... Görün neçə aydır ki, fikirləşir. Adımı Prezident təqaüdü siyahısına salıb, yuxarılara təqdim ediblər. Amma mən hələ çox iş görə bilərəm. Mənim əlimdən gəlməyən iş yoxdur. Kadram, hamı mənə yalvarır. Yarımçıq muğamlar var, onların hamısı çəkilməlidir. Altı muğam zarafat deyil. Hazırda onların ekran versiyası üzərində hazırlıq gedir.
- Azərbaycanın qədim adət-ənənəsini özündə yaşadan "Vağzalı"nın süjet xətti necə?
- "Vağzalı" yarım saatlıq sənədli filmdir. "Vağzalı"nın yaranma tarixi üzərində daha çox dayanacağıq. Məsələ qaldırmışam ki, Azərbaycan toylarının böyük əksəriyyətində niyə "Vağzalı" rəqsi çalınmır? Hansı toyxanadan içəri girsən, görürsən ki, "Mendelson" çalırlar. Azərbaycan qızları "Mendelson" sədaları altında köçürülür. "Vağzalı" ilk dəfə Azərbaycanda dəmir yolu inşa olunanda çalınıb. "Vağzalı" xoşbəxtlik rəmzidir. Dəmir yolu bəylə gəlini xatırladır. Ömürlərinin axırına kimi əl-ələ tutub bir yerdə irəliləyirlər. Polad kimi möhkəm ailə qurulur. "Vağzalı" ifa olunanda valideynlərin gözü yaşarır, gəlin evdən çıxanda hamı ağlayır. Filmdə belə bir epizod olacaq: toy günü baxırlar ki, gəlinin yanında balaca bir oğlan uşağı var. Atası deyir ki, ay qızım, ağlama, bizim evə də gəlin gələcək. Bizim evdə də "Vağzalı" çalınacaq.
Sonra yeni körpələr dünyaya gəlir: bir qız, bir oğlan. Təəssüf ki, "Vağzalı" kimi gözəl bir melodiya indi yada düşmür. "Mendelson"la evlənən ailələrin çoxu isə bir aydan sonra boşanır.
- Belə filmlərlə keçmişimizi geri qaytara biləcəyik?
- Filmə 1000 nəfər baxsa, bu da böyük nailiyyətdir. Bunun ardınca da başqa layihələri gerçəkləşdirsək, adət-ənənlərimizi xatırlayacaq, özümüzə qayıdacağıq.
Vaxtilə Avropa mədəniyyəti bizdən öyrənib. Biz də indi deyirik ki, Avropadan öyrənəcəyik. Mendelson marş yazıb, amma bizim üçün yox, öz xalqı üçün. Onun Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə nə dəxli var?
- Son illər digər sahələrə diqqət artsa da, rəqs sənəti tənəzzülə doğru gedir...
- Bəli, elədir. Hanı bizim qədim rəqslərimiz? Hanı bizim milli oyunlarımız? İndi hamı toyda əcnəbi rəqslərə əl qaldırır. Diskoteka gəncləri Azərbaycan musiqisindən uzaqlaşdırıb. Deyirəm, bu cavanların evini siz yıxırsınız. Valideynlərdən soruşuram ki, siz öz toyunuzda diskoteka mahnılarına oynamısınız? Bəylə gəlin diskoteka oynayar? Toyda bəylə gəlin atlanıb-düşür. Biz teatrda bu cür hərəkətlərə qarşı mübarizə aparırdıq. Amma bir gün qolumuzdan tutub bayıra atdılar ki, bizə adət-ənənə deyil, "Mendelson" lazımdır. РЊə konsert verə bilirik, nə də bizə salon verirlər.
Biz itirdiklərimizi geri qayıtmağa çalışmalıyıq. Əgər teatra qayıda bilsək, yerimiz-yurdumuz olsa, nəyəsə nail olacayıq. Qarşıdan da seçki gəlir. Baş qarışıb, deyirlər ki, biz az gözləyin. İndi böyük tədbirlə bağlı hazırlığa başlamışıq. Rayonlara səfərlərimiz və çoxlu konsertlərimiz olacaq. May ayında 75 illik yubileyimdir. O qədər toya, ad gününə getmişəm ki... Hamısını başıma yığıb, məclis düzəldəcəm. Xalq artisti Şəfiqə Məmmədovaya da müraciət olunub. Açığını deyim ki, Arifin adı olan yerdə qapılar taybatay açıqdır. Amma imkan vermirlər. O qədər paxıl adamlar var ki...
- Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Respublika Kinematoqrafçılar İttifaqına üzv oldunuz?
- Əlbəttə. Mən bu ittifaqdan çox şey gözləyirəm. Aqibəti yaxşı olmalıdır. Gənclərdə, yaşlılarda bir ruh yüksəkliyi var. Dövlət tərəfindən bir dəstək olanda həvəs də artır. Bu, dövlətin özünün qurduğu bir təşkilatdır. Şəfiqə xanım tanınmış adamdır. İnanıram ki, nəticə yaxşı olacaq.
\ reytinq \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Bu gün, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru