İKİ NÜFUZLU MƏMUR ARASINDA ŞOK MÜBAHİSƏ DÜŞÜB
Tarix: 11-04-2013, 11:50 |
Çap et
ZİYA MƏMMƏDOV RAMİZ MEHDİYEVƏ HANSI SƏBƏBDƏN ETİRAZ EDƏSİ OLDU?
DİA.AZ: - Bu günlərdə hakimiyyətin iki nüıuzlu nümayəndəsi arasında mübahisə düşüb. Bu barədə məlumatı DİA.AZ-a vern etibarlı mənbə iddia edir ki, sözləri çəp gələnlər nəqliyyat naziri Ziya Məmmədovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Məlumata görə, mübahisə PA-nın nəzarətində olan mətbuatın son zamanlar nəqliyyat sektorunun fəaliyyətini açıq surətdə hədəfə alması və hətta rəsmi mətbuatda belə nəqliyyat nazirliyinin yarıtmaz fəaliyyətindən, üstüörtülü də olsa, yol verilən korrupsiyadani eyhamlı şəkildə bəhs edən silsilə materialların səbəbindən ortaya çıxıb. Mənbə bildirir ki, artıq bu prosesin günü-gündən genişləndiyini görən NN şefi PA rəhbərinə şəxsən etirazlarını bildirib və bunun durdurulmasını söyləyib.
Mənbənin söylədikləri: «Ziya Məmmədov qəzəblə etirazını bildirib. Bu o zaman baş verdi ki, NN şefi həm də müxalifət mətbuatı tərəfindən hədəfə çevrildi və onun barəsində geniş araşdırma materialı yayıldı. Aydın olub ki, həmin materialda yer alan faktlar da müxalif mətbuata məhz PA-dan ötürülüb. Ertəsi günü mətbuat qarşısına çıxan Ziya Məmmədov yolların bizdə baha olmadığını bildirməklə yanaşı, həm də şəxsən Ramiz Mehdiyevə tənələrini də çatdırıb».