
ŞOU-BİZNESDƏ YENİ QALMAQAL
Müğənni Sevinc Ağaşirinova əməkdar artist Elza Seyidcahanı ələ salıb.
Axşam.az-ın məlumatına görə, Sevinc “ATV” telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında ilanlara konsert verəcəyini bildirib:
“Elza xanım itlərə, balıqlara konsert verir. Mən də qərara gəldim ki, səhradakı ilanlara oxuyum. Elza gedib dərman içsin”.
Əməkdar artist isə müğənninin sözlərini cavabsız qoymayıb:
“Elə müğənni tanımıram. Onun kimilərə ədəbsiz baxıram. O tip müğənnilər sənətdə çox qalmayacaq”.