Trampdan gözlənilməz QƏRAR .....                     Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi .....                     Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı .....                     Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var .....                     “Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Bu il sülh sazişi imzalana bilər .....                     Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... .....                     "BakıKart" sərnişinləri yolda qoyur .....                     Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib .....                     Xankəndidə Pezeşkianla görüş açıq mesajdır .....                     Toy biznesindən qazanılan MİLYONLAR .....                     Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm .....                     Amerikada yandırılan azərbaycanlı müğənninin Binəqədi qəbirstanlığında məzarı üzə çıxdı .....                     İcra başçısının kənd üzrə nümayəndəsi məhkəmə zalından həbs edildi .....                     Samvel Karapetyanın qardaşı oğlunun evində axtarış aparılır .....                     Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir? .....                     Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır... .....                     Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? .....                     "Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" .....                     Bakının İrəvana son“ev tapşırığı” .....                     "Bu nə qədər düzgündür axı?" .....                     Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! .....                     Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? .....                     Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? .....                     İrandan Ermənistana rekord axın .....                     “ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil .....                     Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir .....                     7 il əvvəl anons verilmişdi .....                     Adil Vəliyev gecələri rahat yatırmı? .....                     Jurnalistlərin binasında İNTERNET PROBLEMİ .....                     Peşə təhsilində qanunsuz təyinatlar .....                     ABŞ Ukraynaya silah verəcək .....                     "MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" .....                     Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     Magistr diplomu olmayanlar işə götürülmür? .....                     "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" .....                     Məşhur zavodun vergi borcu 198 min manatı ötdü .....                     Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” .....                     Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur .....                     Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? .....                 

SERİAL BİZNESİNİ KİM İNHİSARA ALIB?
Tarix: 8-04-2013, 09:28 | Çap et
SERİAL BİZNESİNİ KİM İNHİSARA ALIB?
"BİZƏ QƏPİK-QURUŞ VERİRLƏR"

Prezident İlham Əliyev milli televiziya filmlərinin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayırıb. Filmlərin inkişafı ilə bağlı ayrılan maliyyə vəsaitinin xərclənmə qaydaları isə çox vaxt narazılıq yaradır. Üstəlik, dublyaj edilən filmlərin səviyyəsi də qənaətbəxş deyil. Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov "Reytinq"ə müsahibəsində bu sahədəki mövcud problemlərdən danışıb:
- Yerli seriallar kimi dublyajın da səviyyəsi çox aşağıdır. Bu sahədə də ögey-doğmalıq hökm sürür. Azərbaycanda vaxtiylə dublyaj sənəti inkişaf etmişdi. Amma sənətin digər sahələrində olduğu kimi, son illər dublyajda da durğunluq yaranıb.
Uzun illərdən sonra "Həzrəti-Yusif" serialı ekrana çıxdı. Bir dəstə peşəkar aktyor yığışıb həmin filmi səsləndirdik və təmtəraqla xalqa təqdim etdik. 45 seriyanın hər biri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Həmin ərəfədə mənə zəng edən tamaşaçıların sayı-hesabı yox idi. Bu serial Azərbaycan teleməkanında bomba kimi partladı. Hətta elə olurdu ki, serial nümayiş olunan vaxt bəzi tamaşaçılar qabağımı kəsib, çoxlu suallar verirdilər. Bu gözəl filmə görə hamı bizə minnətdarlıq edirdi.
- "Həzrəti-Yusif" serialından sonra dini mövzuda olan filmlərin dublyajına dəvət aldınızmı?
- Kiçik mətnlərin səsləndirilməsində iştirak etmişəm. Həmçinin, "İmam Əli" filminin dublyajında da rol almışam. Dini filmlər tamaşaçıların ən çox maraq göstərdiyi mövzudur. Tamaşaçılar arasında bu mövzuya tələbat çox böyükdür. "Muxtarnamə"dən bir epizodun səsləndirilməsində iştirak etdim, efirə çıxan kimi zəng-zəngə calandı. Baxdım ki, tamaşaçının yadında qalan səsdir. Yaqub peyğəmbər obrazı səsimi elə ofsunladı ki, özüm də o sehrin içinə düşdüm. Filmi insanlara sevdirən, dublyajın səviyyəsini yüksəldən əsas amil səsdir.
- Dublyajda əsas vasitə kimi nə götürülür?
- İlk növbədə səs, sonra peşəkarlıq. Gərək aktyorun səsi onun səsləndirdiyi obrazın əlaməti ilə üst-üstə düşsün. Məsələn, baxırsan ki, cavan bir uşaqdır, amma onu böyük adam səsləndirir, yaxud da böyük adam əvəzinə kadr arxasından balaca adamın səsi gəlir. Bu dublyaj deyil, biabırçılıqdır.
Böyük bir film, yaxud da teleserail yayımlanır. Amma baxırsan ki, bu boyda film 5-6 nəfər aktyorun ifasında səslənir. Bu faktdır, aktyor bunu bilir, amma dinmir. Elə də dublyaj olar?
Hər bir aktyor zəhmətinin müqabilində qonorar almalıdır. Studiya rəhbəri aktyorun zəhmətinin haqqını verməyəndə, o da məcbur olub "xaltura"ya keçir. Buna görə də hər yoldan keçən özünü dublyaj aktyoru kimi aparır. Deyirlər ki, bunu belə de, onu da elə. Vəssalam. Küçədən tutduqları adama aktyorluq öyrədirlər.
- Son illər dublyaj olunan filmlərin səviyyəsi Sizi qane edirmi?
- Dublyaj olunan filmlərə baxanda adam dəhşətə gəlir. Elə bil ki, tərcümədir. Çox vaxt dialoqlar mənasız sözlərdən təşkil olunur. Bizim vaxtımızda dublyajla yalnız Kinostudiyada məşğul olurdular. Dublijor kimdir? Roldakı aktyorun əvəzedicisi! Aktyor filmdə necə yaşayıbsa, mən də dublyajda onun obrazını, əzablarını, sevincini elə hiss etməliyəm, tamaşaçıya çatdırmalıyam. Dublyaj budur. Bu gün efirlərin təqdim etdiyi dublyaj yox, səsləndirmədir.
"Həzrəti-Yusif" niyə sevildi? Çünki bu serialın rejissoru Emil Abbasovun dini savadı vardı. Emil Abbasov aktyorları dini nöqteyi-nəzərdən savadlandırırdı. Biz Yaqub peyğəmbər obrazının üstündə çox dayandıq. Dedim ki, çətindir, mən bu rolu səsləndirə bilmərəm. Təklif etdim ki, Rasim Balayevə müraciət olunsun. Getdi və bir müddət sonra yenidən qayıtdı ki, alınmır, bu rolu sən səsləndirməlisən. Mən də razılaşdım. РЊə isə, bir-iki səhnəni səsləndirdim. Gördüm ki, səsim də obrazın yerində oturdu. Hamı bu filmin sehrindən danışsa da, onun hansı şəraitdə yazıldığından heç kimin xəbəri yoxdur. Bu film çox ağır şəraitdə yazılıb. O studiyadan bura, bu studiyadan ora köçür, qapılarda qalırdıq. Beləcə, bir də baxdıq ki, serial artıq yazılıb. Sonra film ekranlara çıxanda bu zəhmət gözə görünmədi. Film uşaqdan böyüyə kimi hamını ovsunladı.
Serial yayımlananda kəndə getmişdim. Tərslikdən işıq söndü, baxdım ki, qonşular əl-ayağa düşüb. Transformator axtarırlar ki, seriala baxsınlar. Çox adam ağlayırdı ki, biz bu filmə harada baxaq? Adam vardı, bir seriya başa çatan kimi mənə zəng edirdi ki, növbəti seriyada nə olacaq? Tamaşaçılarda dublyaja qarşı belə həvəs vardı.
- Bəlkə bu serial dini mövzuda olduğu üçün sevildi?
- Bizim milli ruhumuz var. Biz müsəlmanıq. Filmin süjet xətti aydın idi. Film adamı ruhlandırırdı. Bəşəri mövzu olduğu üçün yaşından, cinsindən asılı olmayaraq, bütün tamaşaçılar bu filmə maraq göstərirdilər. Belə filmlərin yayılmasına heç vaxt qadağa qoyula bilməz. Deməli, bu filmlərin insanlara xeyri dəyir. Axı, mən insanam, şüurum, hissim var. Bu film həm də peşəkar səviyyədə çəkilmişdi.
Bütün televiziyalar serial çəkir. Amma acınacaqlısı odur ki, onların heç biri sevilmir, özünə tamaşaçı auditoriyası toplaya bilmir. Heç vaxt da toplaya bilməyəcək. Çünki hamı özü üçün işləyir. Serial çəkilişi ilə təsadüfi adamlar məşğul olurlar. Qadının yerinə kişi, kişinin yerinə uşaq çəkirlər. Serialların heç birində səs yerinə oturmur. Aktyor lazımdır ki, o seriallarda çəkilsin. Baxırsan, həmin seriallarda bir-iki tanınmış aktyor ola, ya olmaya. Orada kimi tanıyırsınız? Hamısı yoldan keçən adamlardı. Aktyorluq başqa bir sənətdir, qeyri-adi peşədir. Allah bu bacarığı o insanlara verib ki, onlar bu sənətin peşəkarıdır. Aktyorlar seçilmiş adamlardır. Amma həmin seriallarda çəkilən aktyorları görəndə adam dəhşətə gəlir. Az qalır ki, baş götürüb bu sənətdən gedək. Belə getsə, Azərbaycanda peşəkar aktyor qalmayacaq. Teatr hara gedirsə, dublyaj və serial da onun arxasınca gedir. Boş-boşuna oturur, ona-buna baxır, xırda-para işlərlə məşğul oluruq. Bəzi adamlar yeni serialların çəkilişini inhisara alıblar. Bizim kimi aktyorlara isə qəpik-quruş verirlər. Etiraz edəndə, deyirlər ki, xoş getdin.
- "Pərvanələrin rəqsi" teleserialının rejissoru Rövşən İsak deyir ki, bəzi aktyorlar obrazın yükünü daşıya bilmədikləri üçün onları digərləri ilə əvəzlədik...
- Bəyəm rejissor görmürdü ki, seriala kimi çəkir? Orda elə adamlar vardı ki, mən onları ilk dəfə həmin serialda görmüşəm. Obrazın yükünü daşıya bilməyən aktyorun serialda nə işi var? Rol bölgüsü rejissorun estetikasıdır. Sağ olsunlar, nə yaxşı ki, o 3-4 aktyor vardı, serialın üzünü ağ etdilər.
Seriala aktyora və mövzuya görə baxırlar. Aktyor zəif olsa da, rejissor onu elə hazırlamalıdır ki, zəifliyi hiss olunmasın. Amma aktyor öz işinin öhdəsindən gələndə, rejissor daha ürəkli olur.
- Şekspir deyib ki, teatr həyatın güzgüsüdür. Amma indi deyirlər ki, teatr hakimiyyətin güzgüsüdür...
- Teatr hakimiyyətin deyil, həyatın güzgüsüdür.
- Həmin güzgüdə Azərbaycan cəmiyyəti real əks olunur?
- Yox, biz bunu görə bilmirik. Teatr dövlətin və cəmiyyətin barometridir. Bütün millətlərin öz teatrı olmalıdır. Öz teatrı olmayan millət formalaşa bilmir. Teatr bir sənət məbəddir.
- Amma məbədgah adlanan teatr bu gün dedi-qodu, çaxnaşma məkanına çevrilib.
- Onu kim deyir? Bu, yalandır. Hər sahədə nöqsan ola bilər. Amma gəlin biz buna rəssam gözü ilə baxaq. Teatr həyatın güzgüsü olduğu üçün, ona yaradıcı gözlə baxılır. Burda bədii mətn, rejissor işi, musiqi vəhdəti var. Bunlar adama necə təsir edir? Səhnənin özü var, qəfildən ayılırsan ki, sən teatrdasan. Elə bil həyatın özünə baxırsan. Yaradıcı adam bütünlüklə azaddır. Aktyorlar azaddır.
- Amma reallıq belə deyil. Pərdənin arxasında hansı tamaşanın "oynanıldığını" biz də görürük...
- Azadlıq nədir? Teatr kollektiv bir sənətdir. Biz rejissorlardan asılıyıq. Teatr böyük bir ideyaya xidmət edir.
- Amma rejissorun özü də teatrın direktorundan asılıdır...
- Hamı rəhbərlikdən asılıdır. Rejissor aktyorun sabahını görməlidir. Dünən nə oynayıb, bu gün nə oynayacaq deyə götür-qoy etməlidir.
Böyük rollarımız var, hansı ki, bu gün onları səhnəyə gətirə bilən aktyor yoxdur. Yeni aktyor nəsli yetişir. Aktyorun oyunu tamaşaçıya təsir etməlidir. Tamaşaçı ağlamalıdır və aktyor da bunu görməlidir.
Bir dəfə teatrda tamaşa nümayiş olunacaqdı. Yanımda teatrı sevməyən bir adam vardı. Ona dedim ki, gəl gedək teatra. O da dedi ki, teatra getmirəm, ordan xoşum gəlmir. РЊə isə, bunu bir təhər teatra apardım. Həmin tamaşada Mövsüm Sənani oynayırdı. Uşaqlar səs salırdı, elə ki, Mövsüm Sənani səhnəyə çıxdı, sanki aləm sehirləndi. Baxdım ki yanımdakı dostum ağzını açıb baxır. Dedim ki, nə olub? Qayıtdı ki, nə yaxşı sən məni teatra gətirdin. Axıracan baxdı, ağladı və sonda dedi ki, həmişə teatra gedəcək. Teatr budur. Yoxsa, şit hərəkətlərlə tamaşaçının rəğbətini qazanmaq olmaz. Bu, teatr deyil, gün keçirməkdir.
- İllərini teatrda keçirən aktyorlar son vaxtlar bu məbəddən qovulur...
- Kim qovulur? Heç kim qovulmayıb. İşdən çıxanlar deyir ki, məni qovublar. Çünki burdakı gərgin işə dözə bilmirlər. Amma dözənlər qalır. Bir vaxtlar teatrlardan yaşa görə aktyorlar çıxarıldı. Amma yeganə teatr "Azdrama" oldu ki, burda yaşa görə heç kim işdən çıxarılmadı. Direktor dedi ki, mənə tövsiyə olunub, baxacam, lazım olsa, bəzi adamları çıxaracam. Amma heç kimi çıxarmadı.
- Amma mərhum sənətkar Səməndər Rzayevin oğlu elə bu yaxınlarda "Azdrama"dan qovuldu...
- Bu, fərdi münasibətlər üzündən baş verən məsələdir. O, həm də xəstədir. Xəstə olsa da, biz Rəşid Səməndəri yola verirdik. Hərdən əsəbi olurdu. Amma hər halda baş verənləri heç kim istəməzdi. Dedik ki, teatrdan bir az aralansın, bəlkə özünə gələr, sonra qayıdar. Yəni əsas olan onun sağlamlığıdır. Teatrdan heç kimi məcbur çıxarmırlar. Rəşidin xasiyyəti kollektivə uymurdu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampdan gözlənilməz QƏRAR – Azərbaycana necə TƏSİR EDƏCƏK?
Bu gün, 10:33
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Bu gün, 10:22
Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 10:17
Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?
Bu gün, 10:07
“Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Bu il sülh sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:59
Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... - Görünəni odur ki...
Bu gün, 09:58
"BakıKart" sərnişinləri yolda qoyur – NİYƏ?
Bu gün, 09:56
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib - ŞƏRH
Bu gün, 09:47
Xankəndidə Pezeşkianla görüş açıq mesajdır - RƏY
Bu gün, 09:45
Toy biznesindən qazanılan MİLYONLAR – Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 09:43
Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm - Paşinyan
Bu gün, 09:38
Amerikada yandırılan azərbaycanlı müğənninin Binəqədi qəbirstanlığında məzarı üzə çıxdı - AÇIQLAMA
Bu gün, 09:33
İcra başçısının kənd üzrə nümayəndəsi məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Samvel Karapetyanın qardaşı oğlunun evində axtarış aparılır
Bu gün, 09:25
Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir? - İLGİNC
Bu gün, 09:10
Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır... - Yeni Dehlidə “soyqırımı” tanımaq planı
Bu gün, 09:08
Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? - İLGİNC
Bu gün, 09:07
"Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Bu gün, 08:51
"Bu nə qədər düzgündür axı?" - ETİRAZ
Bu gün, 08:49
Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! - GİLEY
Bu gün, 08:43
Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? - İDDİA VAR Kİ...
Bu gün, 08:38
Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? - AKTUAL
Bu gün, 08:36
İrandan Ermənistana rekord axın
Bu gün, 08:32
“ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil - KİV
Bu gün, 08:29
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:24
7 il əvvəl anons verilmişdi – Paşinyan Bakıya görə hərəkətə keçir
Bu gün, 07:21
Adil Vəliyev gecələri rahat yatırmı? - bu qədər ittiham var, amma...
Bu gün, 05:05
Jurnalistlərin binasında İNTERNET PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 04:57
Peşə təhsilində qanunsuz təyinatlar - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
ABŞ Ukraynaya silah verəcək - Tramp BƏYAN ETDİ
Bu gün, 04:39
"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Bu gün, 04:23
Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Bu gün, 04:20
Magistr diplomu olmayanlar işə götürülmür? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" - GƏLİŞMƏ
Bu gün, 04:03
Məşhur zavodun vergi borcu 198 min manatı ötdü - FOTO
Bu gün, 04:00
Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” - NƏ BAŞ VERİR?
Bu gün, 03:56
Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur - KİV
Bu gün, 03:53
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR
Bu gün, 03:49
Bu gün təbii qazın real alternativi yoxdur - Hikmət Hacıyev
Bu gün, 03:33
"Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" - azərbaycanlı müğənni
Bu gün, 03:29
Gənc şair Həsən Kür vəfat etdi
Bu gün, 03:27
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru