MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                 

"DÖVLƏTİN VERDİYİ PULA ANCAQ GİC-GİC SERİAL ÇƏKMƏK OLAR"
Tarix: 2-04-2013, 10:22 | Çap et
"DÖVLƏTİN VERDİYİ PULA ANCAQ GİC-GİC SERİAL ÇƏKMƏK OLAR"
TANINMIŞ REJİSSOR SƏRT DANIŞDI

ANS rəhbərliyinin "Şah İsmayıl Xətai" adlı yeni serialın çəkilişinə başlayacaqlarına dair açıqlama verməsi əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun narazılığına səbəb olub. Bu ideyanın ona məxsus olduğunu deyən tanınmış kinorejissor ANS-i onun layihəsini mənimsəməkdə ittiham edib. Amma deyəsən, tərəflər sonda razılığa gələ biliblər. Şeyx Əbdül Mahmudbəyov qəzetimizə müsahibəsində ANS-lə danışıqlar apardığını təsdiqləyib:
- "Şah İsmayıl Xətai" serialı ilə bağlı Vahid РЊaxış və Mirşahinlə üç dəfə görüşümüşük. Mən ömrümün 33 ilini Şah İsmayıl Xətaiyə həsr etmişəm. Xətaiyə görə 33 ildir əzab çəkirəm. Xətaiyə olan sevgim üzündən döyülmüşəm, söyülmüşəm, işsiz qalmışam, amma mövqeyimi dəyişməmişəm. Bu işin içində məndən başqa ikinci bir adam yoxdur. Oqtay Əfəndiyev qocalıb, Mahmud İsmayılov ölüb, Ziya Bünyadovu isə öldürüblər. Azərbaycanda bir nəfər də olsun Xətaişünas qalmayıb.
İran da bu mövzuya çox maraq göstərir. Bu, elə-belə maraq deyil. Ona görə də biz çalışmalıyıq ki, nə şiş yansın, nə kabab.
Hazırda serialla bağlı iki ssenari mövcuddur. Onların birinin üstündə vaxtiylə mən işləmişəm. Danışıqlara da həmin ssenari ilə gedirəm. Düzdür, aradan xeyli vaxt keçib, bunu nəzərə alıb həmin ssenarinin üstündə müəyyən dəyişiklik etmişəm.
- ANS-in bu mövzuya maraq göstərməsi nə ilə bağlıdır?
- ANS-in Xətai mövzusuna marağı "Möhtəşəm yüz il" serialından sonra yaranıb. Türk serialında bizim dövlətçiliyə, Şah İsmayıl Xətaiyə təhqiramiz münasibət göstərildi. Vahid müəllim deyir ki, bu ideya onun ağlına həmin vaxt gəlib. Mən də dedim ki, bu ideya mənimdir. Əgər bu mövzuda serial çəkilsə, mən də bu işin içində olmalıyam. Bundan sonra Mirşahin müəllim məni dəvət etdi, görüşüb söhbətləşdik. Bu ideya ilə bağlı məndə çoxlu fakt var. Heç kəsə məlum olmayan faktları bir-bir ortaya qoydum. Tarixi mövzuda hər adam film çəkə bilməz. Folklor, etnoqrafiya elə sahələrdir ki, həvəskarları qətiyyən yaxın buraxmaq olmaz. Bu işi yüksək peşəkarlara, mənəviyyatı, əxlaqı uca olan insanlara etibar etmək olar. Şah İsmayıl Xətai Bakı şəhəri deyil ki, Hacıbalaya etibar edəsən. Bu adam harda 5 metr boş torpaq sahəsi gördü, oranı ələ keçirir. Həmin ərazidə ya göydələn, ya da ticarət köşkləri tikirlər.
Nə isə, ANS-də apardığımız müzakirələr faydalı oldu. İnşallah, bu günlərdə filmin çəkilişinə start verəcəyik. Filmlə bağlı ilk səfərimiz İran İslam Respublikasına olacaq.
- Niyə məhz İrana?
- Çəkiliş İrandan başlamalıdır. Çünki "Çaldıran" savaşı indiki İran ərazisində baş verib. İrana ANS şirkətlər qrupunun prezidenti Vahid Naxışla birlikdə gedəcəyik. Orada danışıq aparacağıq. Ssenaridə tüfəng, qılınc, qalxan, kütləvi döyüş səhnələri var ki, bunlar əvvəlcədən əldə olunmalıdır. Mən İranı yaxşı tanıyıram. Ərdəbili, İsfahanı gəzib, çəkiliş aparacağımız məkanları müəyyənləşdirəcəyik.
- Tarixi filmlər həddən artıq maliyyə vəsaiti tələb edir. Bu serial üçün təxminən nə qədər vəsait xərclənəcək?
- Maliyyə ikinci sırada dayanır. Birinci mərhələdə ssenari yazılır və qəbul olunur. Rejissor ssenarini istehsalata buraxandan sonra film üçün nə qədər maliyyə vəsaiti xərclənəcəyi məlum olacaq. "Şah İsmayıl Xətai" üçün nə qədər maliyyənin xərclənəcəyi serialın smeta dəyəri hesablanandan sonra bilinəcək.
- Yəqin ki, "Şah İsmayıl Xətai" serialı dövlət vəsaiti hesabına çəkiləcək...
- Xeyr, film ANS-in öz vəsaiti hesabına "Bakı studiyası"nda çəkiləcək. Maliyyə problemini ANS-in rəhbərliyi həll edəcək. Arzuma o vaxt çatacam ki, serial hazır olacaq və mən "prokat"a götürdüyüm kostyumla tamaşaçı qarşısına çıxacam. Tamaşaçı da kənardan bizə "əla" deyib əl çalacaq.
- Şeyx Əbdül Mahmudbəyov bu qədər kasıblayıb ki, "prokat" paltara möhtac qalıb?
- Biz kasıb adamlarıq. Məmur deyilik ki, rüşvət alaq. Fırıldaqçılığı da bacarmırıq ki, qarşımıza çıxan adamları aldadaq. Mən maaşla dolanıram. Amma buna görə nə utanıram, nə də kiminsə yanında xəcalət çəkirəm. Mənim geyimimin 90 faizini dost-tanış alır. Hələ paltar alan adamların boynuna minnət də qoyuram...
- Kino mütəxəssisləri yeni çəkilən serialları sərt tənqid edirlər. Qorxmursunuz ki, "Şah İsmayıl Xətai" də tənqidə tuş gələr?
- Bu gün Azərbaycan ictimaiyyətini çaşdıran məhz həmin seriallardır. Onlar serial deyil, televerilişlərdir. Kim kamera qarşısına çıxırsa, özündən hoqqa çıxarır. Mən istəyirəm kinonu, ələlxüsus da "Şah İsmayıl Xətai"ni həmin televerilişlərlə qarışdırmayaq. Burada söhbət peşəkarlıqdan, inzibati təşkilatçılıqdan və texnoloji çəkiliş mədəniyyətindən gedir. Bütün gücümüzü səfərbər etməliyik ki, bu serial Azərbaycanın klassik filmləri kimi əzəmətli olsun.
- Serailda əcnəbi aktyorlar yer alacaq?
- Çox güman ki, əcnəbi aktyorların da potensialından istifadə olunacaq. Bu ideyanın uğurlu alınması üçün nə lazımdırsa, edəcəyik. Serailda Şah İsmayılın yetişdiyi ictimai mühit, fəaliyyəti və dövlətçiliyin güclənməsində göstərdiyi xidmətlər əsas süjet xəttini təşkil edəcək.
Şah İsmayıl serialda 3 yaş dövründə təqdim olunacaq. Onun uşaqlıq, gənclik və həyatının sonrakı dövrü lentə alınacaq. Məşhur italiya rəssamı Xətainin naturadan portretini çəkib. Həmin portret artıq əlimizdədir, bu, serial üçün çox mühüm vasitədir. Həmin portretdə göstərilir ki, Şah İsmayılın çox iri, nəhəng, ala gözləri olub. Gözləri işıq saçırmış, saçının rəngi isə qızılı imiş. Rəssam bu əlamətdən məharətlə istifadə edib. Həmin əlamətlər bizə əsas verir ki, biz onun üç yaş dövrünü rahatca müəyyənləşdirək.
- Bəs baş rolun ifaçısı kim olacaq?
- Hələ konkret namizəd yoxdur. Aktyorlar hazırlıq dövründə müəyyənləşəcək. Serialın rejissoru cavan, enerjili bir adam olmalıdır. Elə Vahid müəllimin özü də bu işi bacara bilər. Peşəkar kimi nə kömək lazımdırsa, mən edəcəyəm. Əlimizdə olan ssenari insandan güc, səbir tələb edir. Serialda kütləvi döyüş səhnələri, dekorasiyalar olacaq.
- Sizcə, son illər çəkilən serialların zəif olmasının səbəbi nədir?
- Beş il əvvəl Məkkədə olanda əlimi müqəddəs qara daşın üstünə qoydum və tövbə elədim. Dedim ki, Şeyx Əbdül olaraq, mən bir daha siyasətə qarışmayacam. Siyasət mənlik deyil.
- Bu, siyasət deyil, kinodur...
- Kinonun özü də bir siyasətdir. Söhbət seriala ayrılan maliyyə vəsaitindən gedirsə, pul, var-dövlət işin yalnız bir tərəfidir. Əgər dövlət bu pulu peşəkar, qabiliyyəti olan insanlara verməsə, belə də davam edəcək. Yəni, heç nə düzəlməyəcək. Təsəvvür edin ki, narkoman bir insanın müalicəsi üçün pul xərcləyirsən. İstəyirsən lap evini sat, yenə o, narkomanlığından əl çəkməyəcək. Hazırda dövlətin seriallara ayırdığı pul da belədir, göz görə-görə havaya sovrulur. Ən qəribəsi isə odur ki, ayrılan maliyyə vəsaiti 6-7 studiya arasında bölünür. Hərəsinə 200-300 min manat verirlər. Ona görə də kino çəkməyə nə maraq var, nə də həvəs qalıb.
Azərbaycanın çox güclü aktyor məktəbi var. Amma onlar bu sənətdə öz yerlərini tapa bilmədikləri üçün məhv olub gedirlər. Hamı film çəkmək istəyir. РЊeyləyək ki, dövlətin verdiyi pulla hazırda nümayiş olunan gic-gic seriallardan başqa heç nə çəkmək mümkün deyil.
Cavan, istedadlı uşaqlar özlərini təsdiq etmək istəyirlər. Onların maddi-texniki bazası, maliyyə vəsaiti yüksək olsa, inanıram ki, ortaya normal filmlər qoya bilərlər. Hamısı da olmasa, aralarında istedadlı, bu addımı ata biləcək gənclər var.
50 ildir ki, kino sahəsindəyəm. Cavanlıqda aktyor olmuşam, Azərbaycanın ən yaxşı filmlərində rol almışam. Aktyorlarla rəhbərlik arasında maliyyə məsələsində həmişə problem olub. Bu sahədə az-çox rəhmətlik Ədil İsgəndərov yaxşı nümunə göstərdi. Maliyyə məsələsi aktyorun ən yaralı yeridir. Mən əlaqədar təşkilatlara müraciət etdim ki, bu məsələyə yenidən baxsınlar. Bu gün dünyanın tələbi başqadır, aktyor da yaşamalıdır. Nə qədər böyük rejissor olsan da, tamaşaçı ilə sən yox, aktyor üz-üzə qalır.
- Aktyor bir filmdən nə qədər qonorar ala bilir?
- Bu, müqavilədən asılıdır. Müqavilədə aktyorun böyüyü, kiçiyi, məşhuru, tanınanı nəzərə alınır. Bu, sovet dövründə belə nizamlanmışdı. 20 gün çəkiliş vardısa, 10 gün də məşq olurdu. Akyor 30 gün çəkdiyi zəhmətin haqqını alırdı. İndi isə maliyyə fərdi qaydada ödənilir. Mən istərdim ki, konkret bir tarif olsun, aktyor da öz işini bilsin. Dəxli yoxdur, qocadır və ya cavandır, hər kəs çəkdiyi zəhmətin bəhrəsini görməlidir. Çox təəssüf ki, bu məsələdə ortaq məxrəc əldə etmək mümkün olmayıb.
- Sizcə, kino sahəsinə ayrılan maliyyə vəsaiti Kinostudiyaya verilməlidir, yoxsa studiyalara və televiziyalara?
- Kinostudiya nə üçündür? Kino işləri ilə Kinostudiya məşğul olur. Çox yaxşı olar ki, bu iş müştərək həyata keçirilsin. Kinostudiyanın tarixi, ənənəsi, çəkiliş mədəniyyəti, pavilyonu, laboratoriyası, dekorasiyaları və sexləri var. Bəzi telekanal rəhbərləri isə deyir ki, burada bizik, Bağdadda kor xəlifə. Amma hər halda, çörəyi çörəkçiyə vermək daha yaxşı olar. Mən belə düşünürəm. Çünki Kinostudiyada azdan-çoxdan peşəkarlar qalıb. Müstəqillik olduğu üçün hər kəs sərbəst hərəkət edir. Amma bir həqiqət var ki, onu heç kim dilinə gətirmir.
- Nədir o həqiqət?
- Tədris prosesində ciddi problemlər var. Hesab edirəm ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində tədris məsələsinə yenidən baxılmalıdır. Biri Tibb Universitetinə sənəd verir, qəbul ola bilməyəndə, onu oxumaq üçün Mədəniyyət və İncəsənət Universitetinə göndərirlər. Deyirsən, ay qızım, sənin burada nə işin? Deyir ki, balım aşağı olduğu üçün məcburam burda oxuyum. \ reytinq \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru