ZƏLZƏLƏ SİLSİLƏSİ TÜRKİYƏDƏN AZƏRBAYCANA KEÇİR
Tarix: 16-11-2011, 12:10 |
Çap et
LƏNKƏRANDA 3,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB
Azərbaycanda daha bir zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yeraltı təkan noyabrın 16-da yerli vaxtla 10:03-də Lənkəran şəhərindən 5 km şimal-qərbdə qeydə alınıb.
25 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3,40 olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, noyabrın 15-də saat 23.33-də Xəzərin Azərbaycan sektorunda da zəlzələ olub. 4 bal gücündə zəlzələ Bakıda 3 bal gücündə hiss olunub. İnsan itkisi və tikililərdə dağıntı yoxdur.