SABİQLƏRLƏ BAĞLI QƏRAR VERİLDİ
Tarix: 15-11-2011, 14:16 |
Çap et
HƏM MƏHƏRRƏM ƏLİYEV, HƏM DƏ ƏLİ NAĞIYEV TƏKRAR SƏFİR GÖNDƏRİLİR
DİA.AZ: - Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevlə bağlı yeni məlumat əldə etmişik. Diplomatik mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına verilən məlumatda bildirilir ki, Məhərrəm Əliyev yenə də diplomat kimi fəaliyyətini davam etdirəcək və yaxın günlərdə onun Belorusiyaya səfir göndərilməsi nəzərdə tutulur.
Xatırladaq ki, dünənə qədər ölkəmizi Belorusiyada keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev təmsil edirdi. Mənbə bildirir ki, Əli Nağıyev də Məhərrəm Əliyevin yerinə Tacikistana səfir göndərilir.
Bildirək ki, bəzi mətbu orqanlarda həm Məhərrəm Əiyevə və həm də Əli Nağıyevə başqa dövləti vəzifələrin veriləcəyi barədə məlumatlar yayılmışdı. Hətta həmin xəbərlərin birində qeyd olunurdu ki, Məhərrəm Əliyev nazir postuna da gətirilə bilər.
İndi isə bu məlumatların həqiqət olmadığı təsdiqlənir. Mənbəmiz onu da bildirdi ki, gələn ilin əvvəlində hər iki sabiq məmurla bağlı qərar elan olunacaq: «Onların yenidən hansısa vəzifəyə gətirilməsi, hakim komandaya təkrar dönüşü barədə deyilənlərin həqiqət payı yoxdur».