NAZİRƏ ATLARI BANKİR ALIB
Tarix: 10-11-2011, 15:32 |
Çap et
AZAD RƏHİMOVUN ATLARI İLƏ BAĞLI YENİ FAKT
DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, özünün azart oyunlara aludəçiliyi baxımından hətta hakimiyyətin üst dairələrinin belə tənələrinə tuş gəl Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov atlara - yarış atlarına da aludədir.
Bu barədə mötəbər qaynaq iddia edirdi ki, Azad Rəhimov bu günlərdə Türkmənistandan özünə hər birinin qiyməti 240 min ABŞ dolları olan iki at gətizdirib. Həmin atlar ingilis sortundandır və birinin qarışığı var.
Mənbə bildirirdi ki, kifayət qədər baxımlı və gözəgəlimli olan atlar Azad Rəhimova məxsus olan tövləyə göndərilib: «Nazirin Şamaxı rayonu ərazisində böyük bir villası var və həmin villada artıq Türkmənistandan gətirilən atlar üçün hər bir şərait yaradılıb. Hətta atların baxımı üçün xüsusi mütəxəsis də ayrılıb».
Bu gün isə redaksiyamıza nazirin atları ilə bağlı yeni məlumat daxil olub. Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) bildirdiklərindən belə məlum olur ki, Azad Rəhimova həmin atları «KapitalBank»ın idarə heyətinin sədr müavini Araz Əliyev gətizdirib və elə pulları da bankir ödəyib.
Məlumat üçün bildirək ki, Araz Əliyev Türkmənistan prezidenti Berdiqulu Muhəmmədovun qrup yoldaşıdır və onun Türkmənistanda böyük biznesi mövcuddur.
DİA.AZ - Ramiz Təhməzov