NAZİRLƏR NAXÇIVANA TOPLANIR
Tarix: 4-11-2011, 16:09 |
Çap et
NAZİRLƏRİN GÖRÜŞÜNDƏN ƏVVƏL EKSPERT TOPLANTISI OLACAQ
"Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün dəqiq tarixini ekspert komitəsi müəyyənləşdirəcək".
İRNA-nın verdiyi xəbərə görə, bu barədə İran XİN-nin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib. Onun sözlərinə görə, Naxçıvan görüşündən əvvəl Tehranda Ekspert Komitəsinin nazir müavinləri səviyyəsində görüşü təşkil olunacaq.
R.Mehmanpərəstin sözlərinə görə, İran tərəfi Ekspert komitəsinin görüşünün tarixi barədə hər iki qonşu ölkə nümayəndələrini xəbərdar edib.