O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                 

YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
Tarix: 30-09-2012, 14:29 | Çap et
YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
“KASPİ” QƏZETİ AZƏRBAYCANDA İNŞAAT İŞİNİN BƏRBADLIĞINDAN YAZDI

Azərbaycanda tikinti sahəsinin hələ tam formalaşmadığını ekspertlər dəfələrlə vurğulayıblar. Bunlara baxmayaraq, bu işlə məşğul olan şirkətlər öz istədikləri kimi tikinti aparırlar. Dünən səhər şahidi olduğumuz bir mənzərə vəziyyətin necə təhlükəli olduğunu bir daha göstərdi.
Əvvəlcə qeyd edək ki, bu günlərdə redaksiyamıza bir məlumat daxil olmuşdu. Məlumatı verən Bakı şəhər sakini Həzi Aslanov mertostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində yaşayır. O, şikayətində bildirirdi ki, yaşadığı bina ilə üzbəüz binanın qarşısında dərin bünövrə qazılıb. Bu, köhnə binaya bitişik olduğundan, mövcud hündürmərtəbəli binanın özülü qazılıb və bir neçə aydır ki, belə də qalır. Dünən sözügedən ünvanda olduq.

Vəziyyət həqiqətən də məlumatda deyildiyi kimi idi. Yəni yeni qazılan bünövrə köhnə hündürmərtəbəli binanın özülünü dərinliyə doğru açıb. Bir neçə sakinlə söhbət zamanı məlum oldu ki, bu özül təxminən iki aydır ki qazılıb. Amma tikintiyə yeni başlanılıb. Onu da öyrəndik ki, tikinti “Babək” MMC-yə məxsusdur. Tikintinin sahibi isə hər kəsin “hacı” kimi tanıdığı bir şəxdir. Yerli sakinlərin məlumatına görə, bu şəxsin insani keyfiyyətləri demək olar ki, yoxdur. Bir az sona özümüz də onun qeyri-insani keyfiyyətlərinin şahidi olacaqdıq.

Ərazi ilə tanış olarkən bir neçə şəkil çəkdim. Sən demə, “hacı” deyilən şəxs məni görübmüş. Sonuncu şəkli çəkəndə özülün o biri başında məni çağırdı və mənə doğru addımladı. Sakit şəkildə ona yaxınlaşdım. “Sən kimsən ki, şəkil çəkirsən?”- deyə, qolumdan tutdu: “Burda yaşayırsan, niyə çəkirsən, davay cəhənnəm ol burdan”. Onun bizimlə təhqiramiz danışdığını xatırladıb, lazımi cavabı verərək həddini bildirdim və sakit tərzdə ərazini tərk elədim. Amma görünür, yamanca səksəkəyə düşmüşdü. Çünki onun necə çəkindiyini gözlərindən görmək mümkün idi. Düşündüm ki, əgər bu insan qanun çərçivəsində öz işini görürsə, bəs niyə adi bir şəkildən qorxur? Yaxud niyə ətrafdakı sakinlərə orada nə tikiləcəyi ilə bağlı məlumat vermir? Hətta ərazinin komendantı belə bu barədə heç nə bilmədiyini deyir.

Qeyd edək ki, ekspertlər paytaxtda bu kimi qeyri-qanuni tikililərin çox olduğunu təsdiqləyir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bizimlə söhbətində xatırlatdı ki, mövcud tikinti normaları var. Bu normalara görə, yan-yana olan binalar arasındakı məsafəyə o qədər də tələb yoxdur. Amma üz-üzə tikilən binaların arasındakı məsafə isə hündürlüyünün 1.5 misli qədər olmalıdır: “Ancaq dediyiniz məqama gəldikdə isə, deyə bilərəm ki, əgər eyni yerdə iki binanın tikintisi nəzərdə tutulursa, sonradan digər binan özülünü qazmamaq üçün hər ikisinin bünövrəsi əvvəlcədən qazılmalıdır. Əks halda, bunlar yolverilməzdir”.

Dövlət Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, Bakı şəhərində inşa olunmuş hündürmərtəbəli yaşayış binalarının əksəriyyətində memarlıq, şəhərsalma, tikinti normaları ilə bağlı çoxlu problemlər var: “Binaların əksəriyyətinə kommunal xidmət qurğularının olmaması səbəbindən yanacaq verilməsi mümkün olmur. Bu binalara qaz xətləri çəkilsə də, daxili şaxta və havatəmizləyici sistemi olmadığından qaz verilmir. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin bir çoxu təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilib. Dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi halları çoxalıb”. C.Qocayevin sözlərinə görə, bir çox şirkət hələ də sovet dövründən qalma normativlərlə işləyir. Şirkətlər 5 və 9 mərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmuş qaydalardan 12, 14, 16 mərtəbəli yaşayış binalarının tikintisində istifadə edirlər”.

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova isə qeyd etdiyimiz problemə belə şərh verdi: “Bir bina ilə üzbəüz müvafiq məsafə olmadan bina tikilməməlidir. Onlar arasındakı məsafə 2 H-a bərabərdir. Yəni binanın yerdən təpəsinə qədər olan məsafə qədər. Əgər binalardan biri hündür, biri alçaqdırsa, hər ikisinin hündürlüyü toplanır və bu qədər araları olmalıdır. Bu, şəhərsalmanın qanunudur. Dediyiniz ünvan əgər sürüşmə zonasıdırsa, bu, ümumiyyətlə, çox təhlükəlidir. Hər binanın torpağa düşən ağırlığı var. O torpağın ideologiyasına görə həmin ağırlığa dözə bilən konstruksiyası olmalıdır. Bina tikilib başa çatıbsa, demək, onun oturuşmuş konstruksiyası var. Yaxınlıqda tikilən yeni bina da elə məsafədə tikilməlidir ki, əhatə elədiyi torpağın dözümlülüyünə görə otursun. Əgər bu ağırlıq oturmursa, özbaşınalıq edib həmin binaya bitişik başqa tikili tikirlərsə, bu çox təhlükəlidir, həmin bina istənilən vaxt sürüşə bilər”.
Z.Budaqova vurğuladı ki, bünövrəni bünövrəyə yapışdırmaq olmaz. Əgər o binaya bitişik bir, ya iki mərtəbəli market, yaxud yeraltı anbar tikirlərsə, bunun təhlükəsi yoxdur. Amma orada yeni hündürmərtəbəli binanın tikilməsi ağlagəlməz bir şeydir, mümkün olan şey deyil”.

Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti şirkətlərinin rəhbərlərinə etdiyi xəbərdarlığı xatırlatmaq yerinə düşər. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə agentliyin rəisi Cəbrayıl Xanlarov tikinti şirkətlərinin rəhbərlərinə bildirib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.

Haqqında danışdığımız məsələni FHN-in də nəzərinə çatdırmaq istədik. Amma telefon bağlantısı qura bilmədik. Ümidvarıq ki, bu yazıdan sonra FHN və digər aidiyyəti qurumlar sözügedən ünvanda yenidən yoxlamalar aparacaq. \ kaspi.az \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru