Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Ayan: “Analıq hissi yaradıcılığımı ikinci plana salıb”
Tarix: 27-08-2014, 13:41 | Çap et
Ayan: “Analıq hissi yaradıcılığımı ikinci plana salıb”
Müğənni Ayan Babakişiyeva Hafta.az-a müsahibəsində həyat və yaradıcılığı haqqında danışıb.

“Analıq hissi yaradıcılığımı ikinci plana salıb”

- Ana olduqdan sonra yaradıcılıq fəaliyyətinizi yenidən bərpa etmisiniz. Yaradıcılığınızda nə kimi yeniliklər olacaq?

- Ana olduqdan sonra hər şeyə fərqli yanaşıram. Atdığım hər addıma fikir verirəm, getdiyim verilişləri, ifa etdiyim mahnıları, çəkdirdiyim kliplərə xüsusi diqqət edirəm. Məncə, artıq hər şeyi düşünərək etmək lazımdır.
Yaradıcılığıma gəldikdə isə yeni mahnılar üzərində işləyirəm, həm buna vaxtım da var. Xanım İsmayılqızından, Elçin İmanovdan yeni mahnılar var. Artıq aranjiman işləri bitib. Tək mənim ifa etməyim qalıb. Sadəcə, qızım Selenaya çox vaxt ayırıram. Sanki analıq hissi yaradıcılığımı ikinci plana salıb.

- Yeni klip olacaq?

- Əlbəttə olacaq. Tezlikləçəkilişlərə başlayacağıq. Bilirsiniz, bəlli bir vaxt var ki, onu ötürmək lazımdır. Ardıcıl olaraq o qədər maraqlı işlər görmüşəm ki, istəmirəm sadəcə musiqi çarxı olsun. Hər zaman istəmişəm ki, hər şeyin idealı, hər şeyin gözəli olsun.

- Həmkarlarınızın çoxu konsert verir. Konsert haqqında düşünmürsünüz?

- İnanırsınız konsert dedikdə gülməyim tutur. Ona görə də bu haqda heç düşünmürəm. Özüm-özümü aldatmaq kimi fikrim yoxdur və nədə heç kimə söz atmıram. Şou-biznes əhlini nəzərə alsaq, deyə bilərəm ki, konsertlə heç kimin populyarlığının üstə populyarlıq gəlmir. Sadəcə, tamaşaçılara hesabat verirsən ki, konsert verməyi, canlı ifa etməyi bacardım. Konsert barədəümumiyyətlə, düşünmürəm, tam başqa planlar qururam. İnşallah konsert verməyin də zamanı gələcək, mən də tamaşaçılarımın qarşısında hesabat verəcəyəm.

- Əksər ifaçılar gəlir əldə etmədikləri üçün albom çıxartmırlar. Siz necə düşünürsünüz?

- Albom mütləq olacaq, yeni mahnılarım çoxdur. Son müddətdə ifa etdiyim bütün mahnılar sevilib, bəyənildi. Xanım İsmayılqızının, Elçin İmanovun, Kamal müəllimin bəstələri hit oldu. Ona görə albom mütləq lazımdır, mahnıların dinləyicinin əlində bir sırada olmağı vacibdir. Albomdan Azərbaycanda gəlir əldə etmək olmur, bu gün heç kim disk almır, mahnıları internetdən yükləyib, qulaq asır. Şəxsən mən də internetdən yükləyib, avtomobilimdə dinləyirəm. Lakin düşünürəm ki, albom lazımdır, xarici səfərlərdə, tədbirlərdə olursan. İnsanlara nəsə təqdim etmək lazımdır.

- Sosial şəbəkədə aktivsiz. Bu şəbəkələr sizin üçün nə ifadə edir?

- Çalışıram şəbəkə izləyicilərimə neqativlərimi ötürməyim. Ən çox instagram-dan istifadə edirəm, facebook səhifəm də var. Bu gün hər kəs instagram-a yönəldiyi üçün mənə də ora daha maraqlıdır. Məni sevənlərə, ünsiyyətdə olanlara yaxın olmağa çalışıram. Gözəl sözlər yazırlar, bu məni ruhlandırır.

- Ana olmaq necə hissdir?

- Ana olmaq gözəl hissdir. Bunu hansısa sözlə ifadə edə bilməzsən. Övladımın üzünə baxıram, onun gülüşü, hərəkətləri, baxışı məni dünyanın ən xoşbəxti edir. Bu mənə bəs edir, onun üzünə baxanda dünyanın bütün pisliklərini unuduram. Mənə heç nə təsir etmir, övladım və mən dünyanın ən xoşbəxtiyik.

- Selenanın üzünü həmişə hamıdan gizlədirsən, yəqin bədnəzərdən qorxursan?

- Gah bədnəzərdən qorxuram, gah da fikirləşirəm ki, hələ körpədir, üzünüçox adam görməsə yaxşıdır. Lazım gələndə böyük bir tədbir edib, hamıya göstərəcəyəm. Selenanın üzəçıxmasını bayram edəcəyəm.

- Hamiləlikdən sonra sizi əvvəlki formada gördük.

- Hamiləlikdə 10 kilo almışdım. Onları da verdim. İdmanla məşğul oluram, dieta saxlayıram. Bir aya 10 kilo arıqlamışam. Demək olar ki, ac qalıram, su ilə qidalanıram. Hamilə olanda da dieta saxlayırdım, yeyib-içdiyimə diqqət edirdim, ancaq anamın bişirdiyi yeməkləri yeyirdim.

- Selena olandan sonra həyatınızda nələr dəyişdi?

- O sualı hər gün özümə verirəm. O, mənim bütün həyatımı dəyişdi. Ana olandan sonra xarakterim dəyişmədi, lakin dünyaya baxışım dəyişdi. Dostlarımın sayını azaltdım, gördüm düşmənlərimin də sayı azalıb. Sağ olsunlar gözəl dostlarım var, onları dəyişmək istəmirəm, mən necə varam elə qəbul ediblər və edəcəklər.

- Hər zaman bahalı geyimlərinizlə diqqət çəkmisiniz. Geyim seçərkən nələrə diqqət edirsiniz, kimdən yardım alırsınız?

- Yenə də deyirəm, ən yaxın rəfiqəm anamdır, çalışıram anamla məsləhətləşim. Bilirəm ki, məni kim çox istəsə də, anamdan çox istəməyəcək. Geyim seçərkən anam yanımda olur vəən böyük məsləhətçim anamdır. Çalışıram zövqlü geyinim, geyindiyim libaslar insanları təəccübləndirsin. Efir adamıyıq nə qədər sadə geyinsək də, efir qeyri-adiliyi tələb edir.
Rəngarəng geyimləri çox sevirəm. Düşünürəm ki, geyim həm də insanın əhvali-ruhiyyəsini bəlli edə bilər. Mən bu gün necə geyinmişəmsə, 100-də 100 əhvali-ruhiyyəm də elədir. Başqa cür də ola bilməz.

- Ayanın ən çox nəyə marağı var?

- Ən birinci marağım sənətimədir. Yaxşı mahnılar ifa etməyi, aranjimanların gözəl olmasına sevirəm. Musiqiçiləri bir yerə yığıb, yerindəcə aranjiman etməyi xoşlayıram.
Avtomobillərə, telefonlara, geyimə marağım çox güclüdür. Tanıyanlar bilir ki, pulumun çoxunu beləşeylərə xərcləyirəm. Böyük salonlu avtomobil almaq istəyirəm ki, qızımın bütün aksessuarlarını maşına yığa bilim. İndiki maşınlarım buna imkan vermir.

- Boş vaxtlarını necə keçirməyi sevirsiniz?

- Boş vaxtlarım ancaq axşamlar olur. Çalışıram kitab oxuyum. Kinoya baxmağı xoşlayıram. Desələr ki, günlərlə filmə bax, məmuniyyətlə baxıb zövq alaram.

- Özünüzdə hansı xasiyyəti silib atardınız?

- Buna kiməsə yazığı gəlmək deməzdim, sadəcə, uman insana az qalıram ürəyimi çıxarıb verim. Ürəyim tez yanır adama. Amma görürəm ki, həmin adam mənim ona yanmağımdan, ürəyimin yumşaqlığından istifadə edir. Bacardığımı edirəm, kömək edirəm, amma qarşı tərəf bundan sui-istifadə edir.

- Həyatınızda kiməsə həsr etdiyiniz mahnı var?

- Şəxsi həyata toxunmayaq. Həyatımda yox olan şeylərdən danışmaq istəmirəm. Bugünkü gündəşəxsi həyatım övladımdır, o, mənim üçün hər şeydir, dünyanın hər bir nemətidir, varlığıdır.

- Qızınız Selenayla bağlı hansı arzularınız var?

- O arzular mənim ürəyimdədir, onu deməzlər. Təbii ki, övladım üçün hər şeyin ən yaxşısını, ən gözəlini istəyirəm. Bütün analar istəyir ki, övladı sağlam olsun və hər şeyin gözəlini yaşasın. Mən də o sıradayam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru