ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                     Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                     Zaur Mikayılov 8 milyonu hara xərclədi? .....                     Kiyev üçün yeni hədəflər .....                     Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? .....                     "Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" .....                     İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu .....                     Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi .....                     Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA .....                     "Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? .....                     Dolların kursu dəyişəcək? .....                     Böyük güclərin Cənubi Qafqazda qarşıdurması .....                     "Artıq nələrim var, unutmuşam" .....                     Deputatlardan Paşinyanın təbrikinə reaksiya: .....                     Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır .....                     Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır .....                     2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü .....                     Xoşqədəmin atasının yasında izdiham .....                     Jurnalistə ağır itki üz verib .....                     Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək .....                     II Qaregin istefa verməlidir! .....                     Putinlə Tramp arasında münasibətlər işgüzardır .....                     Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib .....                     Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                 

“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
Tarix: 10-08-2014, 11:59 | Çap et
“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
İnsanları yalnız xəyallar öz qanadlarında həm keçmişə çəkir, həm də irəliyə aparır. Bəzən sevgidən çox inam və ümidlərlə yaşayırıq. Həyatın çətinliklərinə dözərək birdən elə zirvəyə gəlib çıxırsan ki, heç özün də inanmırsan. Elə bilirsən ki, hər biri bir röya imiş və özünü çox xoşbəxt sanırsan. Ona görə xoşbəxt sanırsan ki, həyatda özünü tapırsan. Belə insanlardan biri də arzularının eşqi ilə yaşayan, ümidlərini gerçəkləşdirən gənc müğənnimiz Xatun xanımdır. Gəlin birgə onu dinləyək.

- Xatun xanım, bilmək olarmı haralısınız?

- Mən azərbaycanlıyam, amma Bakıda böyüyüb boya-başa çatmışam. Ailədə 4 uşaq olmuşuq – 2 bacı, 2 qardaş. Mən bacımdan sonra evin ikinci övladı olmuşam. Məndən sonra 2 qardaşım olub. Oxatan bürcündənəm, bu bürc altında dünyaya göz açanların çoxu şanslı olur.

- Sirr deyilsə yaşınızı deyə bilərsinizmi?

- Yox, deməyəcəyəm. İstəmirəm mənim yaşımı bilsinlər. Qoy elə məni hamı şıltaq və dəcəl Xatun kimi tanısınlar.

- Ailədə çox sevilən övlad siz olmusunuz?

- Yox, məni heç sevməyiblər.

- Bəlkə ögey olmusan?

- (gülərək) Yox canım, səbəb o idi ki, bacımdan sonra oğlan övladı gözləyirdilər. Təəssüf ki, mən doğulmuşam.

- İndi necə, peşman deyillər ki?

- Əksinə, indi sevinirlər ki, nə yaxşı sən varsan, mənimlə fəxr edirlər.

- Müğənni olmaq həvəsi sizdə uşaqlıqdan yaranıb, yoxsa təsadüfən gəlmisiniz bu sənətə?

- O vaxtlar bizim nəsildə qız övladlarını fortepiano dərsinə qoyurdular. Biz iki bacını da həmin fənn üzrə 16 nömrəli musiqi məktəbinə qoydular. Mən hər zaman fortepianodan çox mahnı oxuyurdum, Müəlliməm hər dəfə anama deyirdi ki, qızının çox gözəl səsi var, icazə verin müğənni olsun. Anam da iradla qız uşağı nədir, oxumaq nədir, – deyirdi. Lakin hər zaman evdə mahnılar oxuduqca nənəm də, ailə üzvlərim də çox həvəslə qulaq asırdılar.

- Bildiyimə görə siz həm də çox gözəl rəqs edirsiniz. Nə əcəb rəqqasəliyi seçmədiniz?

- Bizim ailəmizdə hər birimiz gözəl rəqs etməyi bacarırıq. Oxumaqla bərabər rəqs etməyin özü də bir istedad tələb edir. Düzdür, peşəkar deyiləm, lakin müəyyən məqamlarda gözəl rəqs edirəm.

- Bir zamanlar jurnalist olmusunuz. Jurnalist hara, müğənnilik hara?

- Mən orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunda qabiliyyət imtahanından kəsildim. Valideynlərimin təkidi ilə 18 yaşımda ailə qurdum. Bir oğlum oldu. Ailə həyatım 5 ilə qədər davam elədi. Müəyyən səbəblərdən ayrıldım. Sonra Tibb texnikumunun mamaçalıq fakültəsinə daxil oldum. Təbii ki, valideynlərimin istəyi ilə. Lakin düşünürdüm ki, mən ömrümü ağ xalatla keçirə bilmərəm. Texnikumu bitirdikdən sonra müğənni olmaq həvəsinə düşdüm. Mən bu minvalla nəşriyyatda jurnalist kimi çalışdım. Düşünürdüm ki, bəlkə burdan mənə bir yol açıla ki, müğənni olam. Doğru deyiblər, niyyətin hara mənzilin də ora. Belə də oldu. Bir gün Təhsil Nazirliyinin 10 illiyi ilə bağlı bir konsert təşkil olunmuşdu. Mən həmin konsertdə canlı olaraq iki mahnı oxudum. Mənim səsimi çox bəyəndilər və artıq ansamblda çalışmağa başladım və getdikcə toylara da dəvət aldım. Toylarda oxuya-oxuya bu sənəti öyrəndim.

- Deyə bilərsinizmi, toylara getməyinizə kimlər təkan verib?

- Məmnuniyyətlə deyərəm. Vasif Məhərrəmli, Ağadadaş Ağayev, Sabir Əliyev və başqaları... Hər birinə də bu günə qədər minnətdaram. Artıq püxtələşdikdən sonra 2007-ci ildən 12 mahnı və 2 klipimlə efir və səhnələrə çıxdım.

- Bəs sonradan musiqi təhsili aldınız?

- Xeyr, almadım. Səhnəyə gələndə individual müəllimlərdən Ofeliya və Mahirə xanım mənə vokaldan dərs keçdi. Ən azından da mənim musiqi anlamım var idi.

- Erkən ailə qurduğunuz üçün peşman deyilsiniz ki?

- Əsla yox. Sevib ailə qurmasam da bu gün istərdim onu qeyd edəsiniz ki, hal-hazırda 35 yaşım var, 19 yaşında da ana olmuşam, oğlumun da 17 yaşı var. Bəzi müğənni xanımlar var ki, 35-36 yaşları var, nə ailə qurublar, nə də övlad sahibi olublar. Allah onlara da qismət eləsin. Çox şanslı bir xanımam. Həyatımdan da olduqca razıyam. Ən azından arxamda çox ağıllı bir oğlum var.

- Sizi də təbrik edirik ki, oğlunuz ali məktəbə daxil olub.

- Bəli, 490 balla Neft Akademiyasına daxil olub və gələcəkdə istərdim oğlumu savadlı bir iş adamı kimi görüm.

- Yenidən sevə bilərsiniz?

- Sevgi hər zaman var, əbədi və tükənməzdir. İnsan hər zaman sevə bilər, sadəcə partnyorlar dəyişir.

- Haqqınızda gəzən şayiələrə necə baxırsınız?

- Normal yanaşıram. Düşünürəm ki, mən kimlər üçünsə maraqlıyam.

- İmicinizi necə, tez-tez dəyişməyi sevirsiniz?

- Çox sevirəm. Bildiyiniz kimi qardaşım tanınmış stilistdir. O, məni eyni görkəmdə görməyi sevmir. Hətta ona irad tuturlar ki, heç olmasa Xatunu bir il bir imicdə saxla ki, tanıya bilək. Mən özüm də dəyişkənliyi çox sevirəm, hərdən özüm-özümdən bezirəm. Məndən də çox Balaş bezir. Dəyişək, inkişaf edək. Bu sözü çox sevirəm. Dəyişmək o demək deyil ki, bahalı brendlər geyinəsən. İstər sənətdə, istər musiqidə, istər imicdə dəyişkənlik olmalıdır. Təki insanlığını dəyişməyəsən. Bir çox müğənnilər var ki, illərdir tanıyıram. Saç düzümü də, geyim tərzi də, mahnıları da elə eynidir. Belələrini qəbul eləmirəm. Belə müğənnilər mənim üçün meyar deyillər. Hətta 5 oktava səsləri olsa belə.

- Siz jurnalist işləyərkən tanınmışlardan müsahibə almısınız?

- Mənim Ceyran adlı həmkarım və rəfiqəm var idi. Onunla birgə ilk dəfə Baloğlan Əşrəfovdan müsahibə aldıq. Baloğlan müəllim bizə yaxşı hörmət də eləmişdi, onda bildik ki, o, çox əliaçıq bir insandır. Amma hələ də o bilmir ki, ondan müsahibə alan mənəm.

- Axı necə bilsin, məncə sizin adınız başqa olub?

- Bəli, mənim əsl adım Nərgizdir. Qoy bu müsahibədən sonra sizin vasitənizlə bilsin ki, mən Xatun elə həmin Nərgizəm.

- Necə oldu ki, Xatun ləqəbini götürdünüz?

- Mən artıq peşəkar bir müğənni kimi yüksək səviyyədə efirə gəldikdən sonra prodüserimlə məsləhətləşdim ki, mən ləqəbimi ya Şahzadə, ya Sultan, ya da Banu qoymaq istəyirəm. Təklifimi qəbul eləmədi. Bir gün Gülşən adlı bir xanımla oturmuşduq. Birdən Gülşən mənə dedi sənə ad tapmışam, Xatun!!! Sevincimdən qucaqlayaraq onu öpdüm və sevincimdən qışqıraraq ay daaaa, axır ki adımı tapdım və bu ad mənə bu gün gündəmə gəlməyimə böyük kömək olub. Bir-iki il bundan öncə “Möhtəşəm yüz yıl” filmində o qədər Xatun adı hallandı ki, mən də bu adla artıq şanslı oldum.

- Kimi özünüzə rəqib görürsünüz?

- Mən elə Xatunam da, kimi rəqib görə bilərəm ki. Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir.

- Rəqsanənin necə, imici sizin xoşunuza gəlir?

- Bilirsiniz, o çox cəsarətli addım atdı. Nəsə saçın-zadın qırxdırdı, bilmirəm ona kim bu məsləhətləri verib, ya da özü insanları təəccübləndirmək istəyir. Bir tamaşaçı kimi mənə xoş gəlmir. Bir də ki, onunla mənim həyata baxışlarım başqa-başqadır. Ona da öz işlərində uğurlar arzulayıram.

- Uşaqlıqda ən yaddaqalan hadisə nə olub?

- (gülərək) Heç vaxt yadımdan çıxmaz. İlk dəfə məktəbə 1-ci sinfə gedəndə dərsdən qayıdan kimi çantamı tullayıb, ağlayaraq dedim. Mən belə oxumaq istəmirəm, mən Zeynəb Xanlarova kimi oxumaq istəyirəm. Hələ də bu sözü deyib mənə gülürlər.

- Sizə ilk şöhrət gətirən hansı bəstəkarın mahnısı olub.

- İlk şöhrət gətirən mahnım “Səndən ötrü” olub. Klassik skripka ifaçısı Yalçın Məlikovun mahnısıdır. O mahnı həm ona, həm də mənə şöhrət gətirdi. Bir çox bəstəkarları da mən öz mahnımla tanıtmışam. Onlardan Qüdrət Əsgərli, Azər Nəsibov, Hatəm Nəbioğlu olub. Hal-hazırda “nağd pul” adı ilə tanınan Nadirlə çalışıram. “Axtarmadım” adlı gənclərin ruhunu oxşayan bir mahnı üzərində işləyirəm.

- Deyirlər Xatun toy biznesində yaman xod gedir?

- Elin gözü tərəzidir deyirlər. Xatunun gənc müğənnilərə nisbətən potensialı daha güclü olduğundan bir toydan 3-5 toy tutur. Allah gözdən-nəzərdən saxlasın.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Onu vurğulaya bilərəm ki, bu dəqiqə ən çox gücü mahnılarıma vermişəm. 1-ci albomum çıxıb 15 mahnıyla, 2-ci albomum da demək olar hazırdır. Bu yaxınlarda işıq üzü görəcək. Hal-hazırda müasir popuri eləmişik. Hər yerdə ritmləri çox bəyənilir. Şükürlər olsun ki, hər şeyə nail olmuşam. Gələcəkdə bir arzum var, o da insanları düşündürəcək dərəcədə bir solo-konsert verməkdir. İnşallah, adını çəkməyəcəm, çox tanınmış bir aparıcı rəfiqəm var. Onun mənə bu işimdə böyük köməyi dəyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
"Artıq nələrim var, unutmuşam"
Dünən, 17:48
Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Dünən, 17:41
Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:39
Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır - Erməni politoloqdan ilginc iddia
Dünən, 17:34
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
Dünən, 17:20
Xoşqədəmin atasının yasında izdiham - VİDEO
Dünən, 17:15
Jurnalistə ağır itki üz verib
Dünən, 17:13
Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Dünən, 17:11
II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Dünən, 15:22
Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Dünən, 15:19
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Dünən, 15:16
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Dünən, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Dünən, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Dünən, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Dünən, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Dünən, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Dünən, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Dünən, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Dünən, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Dünən, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Dünən, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Dünən, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Dünən, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Dünən, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Dünən, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Dünən, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Dünən, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Dünən, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Dünən, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Dünən, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Dünən, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Dünən, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru