Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Tarix: 15-07-2014, 10:16 | Çap et
"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Teatrallar Günel Məmmədovanı Cülyetta (“Romeo və Cülyetta”), Reyhan (“M.S.S”), Sarıköynək (“Sarıköynəklə Valehin nağılı”), Viktoriya (“Viktoriya”) kimi obrazlardan, kinosevərlər “Yalan”, “Ləkə”, “Sirr”, “Həyat çiçəyi” kimi film və seriallardan tanıyır.

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ilə müsahibəni təqdim edir.

- Günel xanım, məncə elə yaşıd olarıq, sizə Günel desəm olar?

- Olar, əlbəttə.

- Bayaq dediniz məşqdəyəm. Mövsümün sonunda nəyin məşqləridir belə?

- “Qoğalın nağılı”nı hazırlayırıq. Yeni mövsümdə, sentyabrda təqdim edəcəyik.

- Aktrisa Kəmalə Müzəffərli ilə oxşarlığınız var. “M.S.S.” tamaşasında da sizin ananızı oynamışdı....

- (Gülür) Hə, oxşadan çoxdur. Xətrini çox istəyirəm, amma qohumluğumuz yoxdur.

- Günel, necə bir ailədə doğulub böyümüsünüz?

- Ailədə incəsənətlə bir mən məşğulam. Anamın yaxşı səsi olub, amma oxumağa meyl etməyib. Beş yaşımdan rəqsə getmişəm, uşaqlıqdan filmlərə çəkilmişəm. İncəsənət gimnaziyasında oxumuşam. Bu sənəti seçməyim ailəmin sayəsindədir. Vaxtında dərnəklərə qoymasaydılar, yəqin mən də başqa sahənin adamı olardım. Sağ olsunlar. Amma sənət seçmə məqamında valideynlərim o qədər də razı deyildilər, düşünürdülər ki, bu həvəs keçicidir. Amma mane də olmadılar. Əvvəl o qədər dəstəkləmirdilər məni, indi tamaşalarıma da baxırlar, hətta, anam o dəfə mənə dedi ki, səninlə fəxr edirəm. Hazırda mənə böyük dəstək olurlar.

- Dəstək deyəndə nəyi nəzərdə tutursunuz?

- Elə problemlər olur ki, insan kiməsə sığınmaq istəyir. Bir də maddi dəstək təbii... Mənim sponsorlarım valideynlərimdir. Sağ olsunlar.

- İşlərinizə qarışırlar?

- Mən hər istədiyimi eləmirəm, ailəmi nəzərə alıram. Seriallara, filmlərə dəvət alanda ilk növbədə anamla məsləhətləşirəm. Ssenarini evdəki heyətə - rejissor, prodüser-redaktora təqdim edirəm...

- Senzuraya...

- Bəli (gülür), razı olsalar çəkilirəm...

- Cülyetta “Romeo və Cülyetta”, Sarıköynək “Sarıköynəklə Valehin nağılı”, Viktoriya (“Viktoriya”), Nərgiz (“Yalan” filmi)... Hamısı sevən, sevilən gözəl qızlardır... Bu səpkidə rollardan bezməmisiniz?

- Bezmək deməzdim, amma rəngarənglik olsun istəyərdim. İki-üç fərqli rolum olub, qalanları sevgili qəhrəman... Mənə elə gəlir ki, rejissorlar üçün mənə belə rollar tapşırmaq rahatdır. Elə rejissorlar var ki, işləməyi sevmirlər, hazır materialı götürmək istəyirlər. Bu səpkili qəhrəman alınıbsa, deməli hazır baza var. Ona görə də, belə rolu mənə tapşırırlar. Eyni motivli olsa da, o obrazları fərqli yaratmışam.

- Məsələn, sizin Cülyettanın əvvəlkilərdən fərqi nədir?

- Onu siz deyə bilərsiniz. Mən bilən, biri dram teatrında olub (Barat Şəkinskaya-A), biri bizim teatrda (Fatma Qədiri)... Biri də mən! O birilərini görməmişəm. Mən Cülyettaya ürəyimi qoymuşam, Günel olaraq fərqliyəmsə o da fərqlidir. Həm də bizim “Romeo və Cülyetta”nı Cənnət xanım müasirləşdirib.

- Dediniz ki, Cülyettanız fərqlidir. Cülyetta, Viktoriya, Sarıköynək hamısı sizin həyat təcrübənizdən, yaşadığınız hisslərdən qaynaqlanır?

- Müşahidə və mütaliə deyim. Çünki hələ belə dərin hiss yaşamamışam, açığını desəm.

- Mütaliə dediniz. Nə mütaliə edirsiniz?

- Rus bölməsini bitirmişəm, rusca oxuyuram. Viktor Hüqonun “Səfillər” romanını...

- Sizi sarsıdan əsər?

- Çox sevdiyim roman var - “Qürur və qərəz”. Bir də “Həyat” filmindən təsirlənmişəm. Uşaqlar mənə adətən xəbər verirlər - filan filmə bax. Amma iki ildir nə Oskar nə də Kanndan mükafat alan filmləri izləyə bilmirəm.

- Günel, səhnədə və ya çəkilişdə hansı kompleksləriniz var?

- Ən böyük kompleksim oxumaqla bağlıdır. Məncə, səsim yoxdur. Səhnədə oxumağa kompleksim var. Bu tamaşada məni oxutmaq üçün daha nələr etdilər... Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm. Mən istəyirəm oxuyuramsa qüsursuz, mükəmməl oxuyum. Bir də bəlli bir kompleksim, daha doğrusu, çərçivəm var - açıq-saçıq səhnələrə çəkilə bilmərəm.

- Özünüzdən gələn kompleksdir, yoxsa rejissorların yaxşı film ortaya qoya biləcəyinə inanmırsınız?

- Daha çox cəmiyyətdən gələn kompleksdir. Mən bu mühitdə yaşayıram, valideynlərim var. Valideynlərimi fikirləşirəm, özümü fikirləşirəm.

- Buna görə hansısa filmdən imtina etmisiniz?

- Rövşən İsax “Aktrisa” filmində baş rola məni çəkmək istəyirdi. Məhz açıq-saçıq səhnələr var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada Açıq-saçıq səhnələr elə də qabarıq deyil. İndi elə bir layihə olsa, çəkilərəm.

- Obrazlarınızla bağlı maraqlı fikir bildirən varmı?

- “Ləkə” serialında mənfi bir obraz yaratmışdım. Ələlxüsus yaşlı tamaşaçılardan belə reaksiyalar alırdım: “İfritə” deyirdilər, qarğış edirdilər: “Onu görüm...” (gülür)

- Sadiq pərəstişkarlarınız varmı?

- Şəxsi həyatda yoxsa sənətdə?

- Hər ikisi.

- Təbii ki, var.

- Sizə nələr yazırlar, ya da göndərirlər?

- Onlardan çox danışmaq istəməzdim (gülür). Amma onu deyim ki, hədiyyələr edirlər. Ən sevdiyim hədiyyə kukladır. Həm də “Monstr hay” (gülür). Deyəsən hələ böyüməmişəm.

- Gənc bir aktrisanın rastlaşdığı ən böyük problem?

- Axmaq adamlar, pis adamlar.

- Gənc aktrisaya qarşı intriqalar olur, eləmi?

- Nə yalan deyim, heyətlə problemlər olur.

- Cəbhələşmə necə olur - yaşlı aktrisalar gənclərə qarşı, yoxsa...

- (Gülür) Hər cür olur. Məncə başları işə qarışsa heç də belə problemlər olmaz. Demirəm işləmirlər, amma bir də var özünü qalmaqallara yox, tamamən işinə həsr edəsən.

- Qısqanclıqdan nə kimi tələlər qururlar?

- Elə şeylər olub ki... Olub ki, paltarlarımı cırıblar, kəsiblər. İndi hamısını xatırlayıb, qanımı qaraltmaq istəmirəm. Belə şeylərə verdikləri enerjini işə həsr etsələr, xalq artisti adını almışdılar indi.

- Xarici layihələrdə işləriniz olurmu?

- “Bakı, mən səni sevirəm” müştərək kinolayihəsinə çəkilmişəm. Bir də Türkiyədən serial təklifi gəlmişdi, hələ bir xəbər yoxdur amma.

- Seriallarda nə problemlərlə qarşılaşırsınız - təbii, qonorardan başqa...

- Düzü mən qonorarı necə istəmişəm elə də almışam. Məbləğ qane etməyəndə çəkilmirəm. Bu qədər sadə. Amma yaradıcılıq baxımından mətnlə bağlı problemlər olur. Cümlələr çox ədəbi olur. Bayaq dediniz ki, seriallara baxmıram. Haqlısınız. Necə baxasınız axı? Elə layihələr var ki, orada mətnə əməlli-başlı düzəlişlər edirəm. Mümkün deyil onu olduğu kimi oynamaq.

- Bayaq eyni ampluadan danışdıq. Gənc, gözəl görkəm fərqli rollar almağa mane olur. Gözəlliyiniz başqa nəyə mane olur?

- Elə bir məqam yoxdu deyim. Fərqli rollarım da olub e, amma eyni səpkili çox olub, dediyim kimi. Fərqli rollar da olub. Məsələn, “Çimnaz xanım yuxudadır” kimi komediya oynamışıq.

- Heç tamaşada öz aranızda oyunlar getdiyi olurmu?

- Olur (gülür). Cülyettanın ölüm səhnəsini oynayırdıq. Mən də dəhşət qıdığı gələn adamam. Tamaşa gedə-gedə Elnur Kərimov da (Romeo) mənim ayağımı qıdıqlayır. Mən özümü zorla saxlayıram...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru