Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək .....                     Futbolun veteranları danışdılar: .....                     Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ .....                     Paşinyanın aparatından sərt bəyanat: .....                     Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb .....                     Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? .....                     İran Quru qoşunlarının komandanı: .....                     Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... .....                     Bakının məşhur gecə klubunun qarşısında dava: .....                     Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı .....                     “Deyirdi, sağalım, ayağa duran kimi…” .....                     "Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" .....                     Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik .....                     Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi .....                     Azərbaycanda psixi xəstələrin sayında rekord artım: .....                     Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından .....                     Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb .....                     Xırdalanda "Lombard-1" mağazasında oğurluq .....                     Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: .....                     Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... .....                     Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi .....                     Keçmiş məmur sədrlikdən istefa verdi .....                     Putin Paşinyanı cəzalandıracaq: NECƏ? .....                     Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş .....                     Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü .....                     Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları .....                     Paşinyan göstəriş verdi: .....                     Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: .....                     SOCAR-a yaxın yeni şirkət yaradılıb .....                     NƏ BAŞ VERİR: "BakıKart"ın da qiyməti artdı .....                     Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə .....                     İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir .....                     Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib .....                     Qaradağ icra hakimiyyətinin saxlanılan rəis müavininin .....                     "Temu"dan gələn sifarişlər gömrükdə açılıb, zədələnir? .....                     Bakıda taksi xidməti kəskin bahalaşdı .....                     Eks-məmur kommunal pulunu ödəmədi: Dava düşdü .....                     Donbasda döyüşən azərbaycanlıları neçə il HƏBS gözləyir? .....                     Kreml ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı vasitəçiliyə fasilə verdiyini bildirib .....                     "Təhsil Nazirliyində adamım var" dedi, 63 min manat mənimsədi .....                 

“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Tarix: 8-01-2025, 11:21 | Çap et
“Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib,
Əməkdar mədəniyyət işçisi Nadir Azməmmədov təpədən-dırnağacan kino adamıdır. Ömrünün çox hissəsi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, çəkiliş meydançalarında, dəhlizlərində, montaj otaqlarında keçib. Rejissor assistenti, ikinci rejissor, rejissor kimi filmlərimizin istehsalında yaxından iştirak edib, aktyor olaraq irili-xırdalı rollara çəkilib. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, həyatda dostluq edib.

Reyting.az xatırladır ki, N. Azməmmədovun rejissor assistenti olduğu “Qanlı zəmi” və “Yaramaz” filmləri Dövlət mükafatlarına layiq görülüb. Lakin təəssüf ki, quruluşçu rejissor kimi bədii ekran əsəri yaratmaq müxtəlif səbəblərdən Nadir müəllimə nəsib olmayıb. Ona görə də hesab edir ki, həm özü, həm də bu sənətdəki bir çox nəsildaşları yaradıcılıq potensiallarını tam realizə edə bilməyiblər.

- Nadir müəllim, “Azərbaycanfilm” kinostudiyası sizin təkcə iş yeriniz yox, həm də təhsil aldığınız bir məkan olub. Azsaylı sənət adamlarındansınız ki, ali məktəbdən əvvəl kinostudiyadakı aktyor kurslarında oxumusunuz. Yəqin ki, “Azərbaycanfilm”ə gəldiyiniz ilk günlər yaxşı yadınızdadır...

- Əlbəttə yaxşı xatırlayıram, axı bu məsələ təsadüfən alınan bir iş deyildi ki, yaddan çıxsın. Əksər yaşıdlarım kimi kinonun sehrinə düşmüşdüm, bu sahə ilə maraqlanırdım. Bu maraq da məni 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Ədil İsgəndərov kinostudiyanın nəzdində aktyorluq kursu açmışdı, özümü sınamaq üçün müraciət etdim və nəticədə kursa qəbul olundum. Ədil müəllim özü, rejissor və aktyor Əbdül Mahmudbəyov kursun tələbələrinə bu sənətin sirlərini öyrətməyə başladı. Hələ onda heç ali təhsilim də yox idi, yalnız bir il sonra o vaxt İncəsənət İnstitutu adlanan indiki Mədəniyyət və İncəsənət Universitetində rejissor Əşrəf Quliyevin kursuna daxil oldum.

1976-cı ildə ali məktəbi bitirəndə bizim kursun tələbələrinin əksəriyyətini Şəki Dövlət Dram Teatrına göndərdilər, çünki orda dövlət teatrı yenidən bərpa edilirdi, gənc və ali təhsilli aktyorlara ehtiyac var idi. Mənim təyinatımı isə kinostudiyaya verdilər. Amma həmin il kinostudiyada işə düzələ bilmədim.

- Niyə?

- Çünki hərbi xidmətə getdim, 1978-ci ildə əsgərlikdən qayıdandan sonra ştata götürdülər. Həmin vaxt tanınmış rejissorumuz Şamil Mahmudbəyov Əhmədağa Muğanlının ssenarisi ilə “Od içində” filminin çəkilişlərinə başlayırdı. Məni filmin rejissor assistenti təyin etdilər, həm də filmdə epizodik rola çəkildim.

- Filmin bəzi kadrları Lənkəranda lentə alınıb. Həmin vaxt mən orta məktəbdə oxuyurdum, bizim məktəbin yaxınlığında uşaq bağçası var idi, yerli bəylərdən birinin evi olmuşdu. Yadımdadır ki, həmin bağçada bir neçə gün “Od içində” filminin çəkilişləri aparılırdı...

- Bu mənim kinoda debütüm oldu. Film Azərbaycanda sovet hakimiyyətinin qurulması barədə idi, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri, Muxtar Maniyev çəkilirdi. Müğənni kimi tanınmağa başlayan Yalçın Rzazadə də rol almışdı.

Şamil Mahmudbəyov savadlı, geniş dünya görüşünə malik bir insan idi. Onun kimi rejissorla çalışmaq böyük məsuliyyət tələb edirdi, görünür, işim onu qane eləmişdi, sonra məni Həsən Turabovla birgə çəkdikləri “Tənha narın nağılı” filminə də dəvət elədi. Əkrəm Əylislinin povesti əsasında ekranlaşdırılan bu filmdə mən Sadığın atası roluna çəkildim.

- Sosial şəbəkələrdə bir fotonuzu gördüm, əfsanəvi sərkərdə, general Həzi Aslanov rolu üçün qrim olunmuşdunuz deyəsən...

- Mən rejissor assistenti, ikinci rejissor olduğum filmlərin əksəriyyətində həm də müxtəlif rollara çəkilmişəm. 1985-ci ildə kinostudiyada Həzi Aslanovun ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs edən film istehsala buraxılırdı. “Sizi dünyalar qədər sevirdim” adlanan həmin filmi Rasim İsmayılov çəkirdi, mən rejissor assistenti təyin olunmuşdum. Baş rol üçün aktyor axtarılanda Rasim müəllimin təklifi ilə Həzi Aslanov obrazı üçün fotoprob deyilən mərhələdə məni də yoxladılar. Amma axtarışlar davam edirdi.

Bir gün Ramiz Novruzla qarşılaşdıq. Həmin vaxtlar Ramiz Novruz Akademik Milli Dram Teatrının truppasına yeni qəbul olunmuşdu, təzə-təzə tanınmağa başlayırdı. Gördüm ki, Ramiz Novruzun həm sifətdən Həzi Aslanova bənzəri var, həm də yerişindən-duruşundan hərbçiyə oxşayır. Rasim İsmayılova bu barədə deyəndə ona çox qəribə gəldi, inanmadı ki, mən aktyor yoldaşıma görə rolumdan imtina edə bilərəm. Ramiz Novruzu sınaq çəkilişlərinə dəvət etdilər və bəyəndilər. O, kinodakı bu obrazı ilə məşhurlaşmağa başladı. Ramiz rəhmətlik dünyasını dəyişənə kimi hər dəfə bu barədə söhbət düşəndə deyirdi ki, məni Həzi Aslanov rolunda birinci dəfə Nadir gördü.

- “Azərbaycanfilm” kinostudiyasının belə deyək də, ən qaynar dövrünün şahidisiniz, yaradıcılıq prosesinin içində olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?

- Həqiqətən də kinostudiyada əsl yaradıcılıq mühiti var idi, bədii və sənədləri filmlər, müasir dillə desək, animasiya filmləri, “Mozalan” üçün süjetlər çəkilirdi. Görkəmli rejissorlar, aktyorlar, operatorlar, rəssamlar, ssenaristlər və redaktorlar, kadr arxasında qalan, tamaşaçıların görmədiyi kino mütəxəssisləri burda çalışırdı. Hər gün belə insanlarla təmasda olmaq, yaradıcılıq prosesində iştirak etmək, sənət barədə müzakirə aparmaq şübhəsiz ki, insana zövq verirdi. Həmişə deyirəm, kinostudiyada təkcə sənət dərsi yox, həm də həyat dərsi almışam. Nəhəng sənətkarlarla dostluq etmişəm, onlardan çox şey öyrənməyə çalışmışam. Bir-bir onların adlarını çəksəm, çox uzun bir siyahı alınar, çox təəssüf ki, onların çoxu indi həyatda yoxdur...

Sizinlə söhbət edə-edə Əjdər İbrahimovla bir yerdə çalışdığım günlər yadıma düşdü. SSRİ xalq artisti Əjdər İbrahimov çox sanballı, nüfuzlu rejissor idi, Vyetnamın milli kinosunu yaratmışdı. Uzun müddət “Mosfilm” kimi böyük bir kinostudiyanın ilk partiya təşkilatının sədri olmuşdu. 1979-cu ildə Əjdər müəllim “Azərbaycanfilm”də Nazim Hikmətin ssenarisi əsasında “Qəribə adam” bədii filmini çəkirdi, mən də həmin filmdə rejissor assistenti kimi işləyirdim. Əsər Türkiyə həyatından bəhs etdiyindən filmə çəkmək üçün bizə xarici avtomobillər lazım idi. O dövrdə də Bakıda belə maşınları barmaqla saymaq olardı. Həmin maşınları da lazım olan günlərdə çəkiliş meydançasına gətirmək üçün Dövlət Avtomobil Müfəttişliyi bizə kömək etməli idi. Lakin bu proses nədənsə uzanırdı, hər gün bir bəhanə gətirirdilər. Bir gün məcbur qalıb məsələni Əjdər müəllimə dedim. Möhkəm əsəbiləşdi, getdik kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetinə, problemi ona danışdı. Mənə dedilər ki, sən get, özümüz həll edərik. Növbəti çəkiliş günündə xarici maşınlar bizim sərəncamımızda oldu. Sonra öyrəndim ki, Əjdər İbrahimovla Cəmil Əlibəyov dövlət telefonu ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə danışıb filmin çəkilişində yaranan problem barədə məlumat veriblər. Heydər Əliyev də məsələnin həlli üçün dərhal göstəriş verib.

İllər öncə istehsal olunmasına baxmayaraq “Azərbaycanfilm”in çəkdiyi filmlərin əksəriyyətinə bu gün də tamaşaçılar maraqla baxır, filmlərdən sitatlar gətirirlər. Çünki həmin ekran əsərlərini istedadlı və peşəkar insanlar ərsəyə gətirirdi. Hər zaman fəxr edirəm ki, bu işlərdə mənim də zəhmətim olub. Mən Dövlət mükafatına layiq görülən iki filmimizin - Qaçaq Nəbi haqqında Həsən Turabovla Əbdül Mahmudbəyovun birgə çəkdikləri “Qanlı zəmi” və Vaqif Mustafayevin “Yaramaz” filmlərinin ikinci rejissoru olmuşam.

- Amma özünüz quruluşçu rejissor kimi film çəkə bilmədiniz...

- Sovet dövründə kinostudiyanın yazılmamış qaydaları var idi, Moskvada ali təhsil alıb gəlsəydin belə sənə birdən birə heç vaxt çəkməyə film verməzdilər. Gərək rejissor köməkçisi, assistenti, ikinci rejissor kimi mərhələləri keçəydin, sonra qısametrajlı bir film çəkə biləydin. Yalnız bu etapları keçəndən sonra sənə tammetrajlı film çəkməyə icazə verirdilər. Mən də bu mərhələlərin hamısını keçmişdim, sonuncu mərhələ yaxınlaşanda sovet dövləti dağıldı, siyasi-iqtisadi əlaqələr qırıldı, kinoprokat məhv oldu, “Azərbaycanfilm” ağır günlərini yaşadı. Quruluşçu rejissor kimi film çəkmək mənə qismət olmadı. Dediyim kimi, bir siyasi quruluşdan digərinə keçidi yaşadığımızdan tək mən yox, həmyaşıdlarımın çoxu öz istedadlarını, yaradıcılıq potensiallarını tam realizə edə bilmədi. Bu məsələdə özümü də “günahkar” görürəm, çünki həmişə zəmanə adamı yox, həqiqətin adamı olmağa çalışmışam. Elə o vaxt da, indi də belə hesab edirəm ki, zəmanə dəyişə bilir, amma həqiqət heç zaman dəyişmir.

- Deyəsən çəkiliş meydançaları üçün darıxırsınız. Bəzən teleseriallarda rol almağınız bununla bağlıdır?

- Uzun müddət qaynar kino mühiti görən adam üçün indiki dövrü yaşamaq çətindir. Təbii ki, çəkiliş prosesi üçün darıxıram, amma bu demək deyil ki, teleseriallardan gələn hər təklifə dərhal razılaşmalıyam. İndi kino adamı kimi bir çox şeylər məni qane etmir. Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər.

“Ata ocağı”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında çəkilmişəm. Adını çəkdiyim sonuncu iki teleserialın rejissoru Rövşən İsaxdır. Rövşənin işləri niyə maraqla baxılır? Çünki Rövşən İsax kinodan gəlib, bu işi bilir. Bayaq dediyim kimi, rejissor olmaq, kino çəkmək üçün gərək kinoda bir neçə mərhələni keçəsən. Təəssüf ki, bəziləri yazılmamış bu qanuna qeyri-ciddi yanaşır və ona görə də ortaya uğurlu bir iş qoya bilmir.

Etibar CƏBRAYILOĞLU
Reyting.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəblərin təmirinə 3.7 milyon manat xərclənəcək
Bu gün, 18:15
Futbolun veteranları danışdılar: - DÇ-2026-nın qalibi kim olacaq?
Bu gün, 18:10
Əhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ - ƏMR
Bu gün, 18:03
Paşinyanın aparatından sərt bəyanat: - "Müharibə partiyası" Ermənistandan qaçmağa çalışır
Bu gün, 17:55
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb - “Tasnim”
Bu gün, 17:51
Bakının çətin sınağı: Trampın göndərdiyi “erməni” qəbul ediləcək? – CAVAB
Bu gün, 17:23
İran Quru qoşunlarının komandanı: - Əlimiz tətikdədir
Bu gün, 17:16
Adil Vəliyev Sabunçunu ELƏ SATIB Kİ... - TAM ÖZBAŞINALIQ!
Bu gün, 17:14
Bakının məşhur gecə klubunun qarşısında dava: - İki mühafizəçi həbs edildi
Bu gün, 17:08
Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı
Bu gün, 17:05
“Deyirdi, sağalım, ayağa duran kimi…” - Ramiz Əzizbəylinin anım günüdür
Bu gün, 17:02
"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ
Bu gün, 16:50
Ay ərzində 7 manat təhsilə, 31 manat kafe-restoranlara xərcləyirik – Rəsmi
Bu gün, 16:44
Nərmin Əhmədovaya nazirlikdə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:43
Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Bu gün, 16:41
Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5-i kənd təsərrüfatından ƏLDƏ OLUNUR
Bu gün, 16:35
Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb - vergidən yayınma maddəsi ilə...
Bu gün, 16:33
Xırdalanda "Lombard-1" mağazasında oğurluq - MƏHKƏMƏ
Bu gün, 16:31
Xalq artisti Gülyanaq Məmmədovaya pul verdi: - “Əlinin bərəkəti var, ürəkdən edir”
Bu gün, 16:19
Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA
Bu gün, 16:06
Ermənistanda müxalifət liderinin ölkədən çıxışına icazə verilmədi - KİV
Bu gün, 16:02
Keçmiş məmur sədrlikdən istefa verdi - BUNDAN SONRA...
Bu gün, 15:57
Putin Paşinyanı cəzalandıracaq: NECƏ? - GƏLİŞMƏ
Bu gün, 15:56
Vasif Talıbov Naxçıvanda bunu 20 il axtarıb: ordunu da cəlb edibmiş – FOTO
Bu gün, 15:55
Ginekoloq-həkim Günel Nəcəfovanın otağında oğurluq: Bir gün sonra polis qapısını döydü - TƏFƏRRÜAT
Bu gün, 15:49
Əvvəlcə sülh müqaviləsi, sonra rus qoşunları - AKTUAL
Bu gün, 15:49
Paşinyan göstəriş verdi: - Dərhal həbs edin
Bu gün, 15:48
Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: - BƏS SONRA?
Bu gün, 15:44
SOCAR-a yaxın yeni şirkət yaradılıb - “SOCAR Babək” ...
Bu gün, 15:31
NƏ BAŞ VERİR: "BakıKart"ın da qiyməti artdı - BUNDAN SONRA...
Bu gün, 15:25
Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Bu gün, 15:20
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı: Qazax–Tovuz yenə birincidir - SİYAHI
Bu gün, 15:16
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Bu gün, 15:11
Qaradağ icra hakimiyyətinin saxlanılan rəis müavininin MƏHKƏMƏSİ BAŞLADI
Bu gün, 15:10
"Temu"dan gələn sifarişlər gömrükdə açılıb, zədələnir? - İDDİALARA CAVAB
Bu gün, 15:08
Bakıda taksi xidməti kəskin bahalaşdı
Bu gün, 15:06
Eks-məmur kommunal pulunu ödəmədi: Dava düşdü - TƏFƏRRÜAT
Bu gün, 15:00
Donbasda döyüşən azərbaycanlıları neçə il HƏBS gözləyir? – Sərt XƏBƏRDARLIQ
Bu gün, 14:55
Kreml ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı vasitəçiliyə fasilə verdiyini bildirib
Bu gün, 14:52
"Təhsil Nazirliyində adamım var" dedi, 63 min manat mənimsədi - TƏFƏRRÜAT
Bu gün, 13:36
Azər Axşam timsalında bayağılıqdan şikayətlənən bayağılar - Saffari yazır…
Bu gün, 13:35
Qaziyə qarşı dələduzluq edən MMC rəhbərləri yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 13:33
Xudaqulu Rzayevin şirkəti 916 min manatlıq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 13:26
“Azergold” ətrafında yeni iddialar - Milyonluq tenderlər və suallar doğuran proseslər
Bu gün, 13:17
Separatçılar yenə qara-qışqırıq salıblar - KİV
Bu gün, 13:07
Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində QƏRAR VERİLDİ
Bu gün, 13:05
"Yolu dövlət çəkir, sən sadəcə xətt çəkib pul yığırsan..." - ETİRAZ VAR...
Bu gün, 13:03
İki tanınmış sima ailə həyatı qurdu - FOTO
Bu gün, 13:00
Paşinyan Başkənddən əl çəkmək istəmir - FOTO
Bu gün, 12:55
Yeni tikililərdə qiymətlər niyə sürətlə artır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru