Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə sosial media hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, o, həyat yoldaşı ilə olan fotosunu yayımlayaraq, bunları yazıb:
"Sevdiyiniz və sizi sevən insanlarla keçirdiyiniz anları hər zaman dəyərləndirin. Həmin anlara mümkün qədər çox bağlanın, çünki zaman çox sürətlə keçir və həyat gözlənilməz dərəcədə dəyişkəndir. Bir-birinizə hörmət edin, anlamağa çalışın və səbriniz tükənsə belə diqqətlə qulaq asın. Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin. Ürəkdən sevin. Sizin sakitliyinizə və rifahınıza zərər verən insanlardan uzaq durun. Gerçək hisslərinizi ifadə edin və həmin insanlar hələ həyatınızda ikən söyləmək istədiklərinizi deyin, gözləməyin, heç vaxt gözləməyin. Başqaları bunu anlamasa və ya hiss etməsə belə insanları daha dərindən qiymətləndirin. Əsas olan sizin ürəyinizdəki sevgi və minnətdarlıqdır".