"Telekanallarımızda Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur" - Xalq artisti
Tarix: 15-03-2024, 09:24 |
Çap et
“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı “YouTube”da yayımlanan verilişlərin birinə müsahibəsində deyib.
Sənətçi ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:
“Telekanallarımızın əksəriyyətində verilişlər var, orada Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saç yolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa... Yox, bunlardan uzaq...”