Ülviyyə Alovlu ilə bağlı yenidən məhkəmə müraciət edildi - TƏFƏRRÜAT
Tarix: 14-08-2023, 08:49 |
Çap et
İctimai fəal Ülviyyə Muradova (Alovlu) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 17-nə təyin edilib.
Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.
Binəqədi Rayon Məhkəməs onun barəsində bəraətverici hökm çıxarıb. Hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət verən yenidən məhkəməyə müraciət edib.
Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.