"Mənə həmişə kim görür, deyir, üzündə nur var"
Tarix: 10-08-2023, 11:52 |
Çap et
“Adam var, sifətindən zəhrimar tökülür”.
DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bi sözləri müğənni Manaf Ağayev efirdə deyib.
Sənətçi daxili gözəlliyin və özünə baxmağın hesabına cavan qaldığını bildirib:
“23 il əvvəlki videom çıxdı qarşıma, öz-özümə dedim, indi o vaxtımdakından cavanam. Çox kök olmuşam onda. Arıqladım, dəyişdim. Üst-üstə 18 kilo çəki atdım. Həm də geyimlər də fərqliydi o vaxtlar. Enli kostyumlar geyinirdik. İndi fərqlidir. İnkişaf buna deyirlər. Daxili nurun da təsiri var. İçin nədirsə, çölün də odur. Mənə həmişə kim görür, deyir, üzündə nur var. Demir e, gözəl öğlansan, deyir, üzündə nur var”.