Əməkdar artist Fərqanə Qasımovanın qızı onunla bağlı paylaşım edib.
DİA.AZ axşam.az-a istinadən xəbər verir ki, Fatimə anasıyla toyunda çəkilən şəklini instaqramda bölüşərək sənətçinin 44 yaşının tamam olduğunu bildirib:
"Mənim mələk anam, sən bizə bu günə kimi "kaş" sözünü dedizdirmədin. Hər şey üçün çox sağ ol. Çox və sağlam yaşa. Doğum günün mübarək".