"Bizim yaddaşımızı o qədər zibilləyiblər ki..."
Tarix: 2-08-2023, 14:40 |
Çap et
DİA.AZ: - “Öz əlimizlə pulumuzu verib dijital dünyaya köçmüşük. Dünyamız sosial şəbəkələrdə keçir. Övladlarımızla, dostlarımızla oturanda belə hamının əlində telefon olur. Mədəniyyəti öldürürlər. Düşüklük, cılızlıq dəbdədir. Bunlar hamısı insanlığı, bizi məhvə aparır".
DİA.AZ bildirir ki, bu fikirləri müğənni Nura Suri öz social şəbəkə hesabında səsləndirib.
“Bizim yaddaşımızı o qədər zibilləyiblər ki... Gün ərzində bizə lazımsız məlumatlar ötürülüb. Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb. Bütün şəkillərimiz, xatirələrimiz telefondadır. Bir gün virus düşüb sosial şəbəkələri məhv etsə, geriyə heç nə qalmayacaq. Xatirəsi olmayan insan insan deyil", - o bildirib.