DİA.AZ: - Xalq artisti Aygün Kazımova yeni obazı ilə fanatarını yenə təəccübləndirməyi bacarıb.
DİA.AZ xəbər verir ki, o, qotik və satanist makiyaj stillərinin sintezini edərək kamera qarşısına keçib. Onun ağ-qara rəngdəki yeni obrazı gənc yaşlarında narkotik aludəçisi olması səbəbindən həyatını itirən Emi Vaynhausu xatırladıb.
Qara dəri geyim, böyük qara saçlardan ibarət parik və qara rəngli dodaq boyası- Aygün Kazımova bu dəfə fanatları qarşısına belə çıxıb.