Akademik Milli Dram Teatrının aktyorlarının maaşlarının verilmədiyi iddia olunur.
DİA.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə teatrın aktyoru, Xalq artisti Ramiz Məlik sosial şəbəkə hesabında məlumat yayıb.
Xalq artisti teatrın iyul ayının 21-dən məzuniyyətə yollandığını bildirib:
"Hələ nə iyul ayının maaşı, nə də məzuniyyət pulu Maliyyə Nazirliyi tərəfindən ödənilməyib. Elə bil Samir Şərifovun şəxsi puludur. Bu nə deməkdir? İyul ayı qurtarır, sonra nə olacaq bilinmir".
Məsələ ilə bağlı Akademik Milli Dram Teatrı ilə əlaqə saxlanılıb. Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı qaynarinfo.az-a bildirib ki, sözügedən problemi həll etmək teatrın səlahiyyətində deyil.