Elza Seyidcahan Rəssamlar İttifaqına üzv olmaq istəyir - "Təklifə qəti etiraz etmirəm"
Tarix: 18-07-2023, 10:13 |
Çap et
Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan Azərbaycan Rəssamlar İttifaqının üzvü olması ilə bağlı təklifə cavab verib.
DİA.AZ xəbər verir ki, Elza Seyidcahan Qaynarinfo-ya açıqlamasında Rəssamlar İttifaqına üzv olması təklifini müsbət qarşıladığını bildirib:
"Sağ olsun, çox doğru deyir. Təklifə qəti etiraz etmirəm”.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin təmsilçisi, şair Nəvai Metin təklif edib ki, Elza Seyidcahanın Rəssamlar İttifaqına üzv olsun. Rəssam Elza Seyidcahanın başındakı bütün tasarımlarda, geyindiyi paltarlarda rəssamlıq sənətinin göründüyün deyib.