Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan Röya Məmmədovanın başına iş gəlib.
DİA.AZ Bizim Media-ya istinadən xəbər verir ki, sənətçi yolda avtomobildə gedərkən digər nəqliyyat vasitəsinin sükanı arxasında əyləşən və onun mahnısını sevə-sevə dinləyən pərəştişkarı ilə ünsiyyət qurmağa çalışıb.
Hiss həmin hadisəni bu cür nəql edib:
"Tıxac idi. Yanımdakı menecerimə dedim ki, pəncərəni aç pərəştişkarımla danışım. O isə həmin an repertuarımda yer alan "Sayıram" mahnısına qulaq asırdı. Qız fanatıma dedim ki, "Salam necəsiz?". Lakin o, mənə xoş olamayan üz ifadəsi görsədərək "Nə var?" sualı ilə cavab verdi. Baxışından və sualından anladım ki, məni tanımayıb. Sual verdim ki, "Siz indi kimə qulaq asırsız?". Cavab verdi ki, "Müğənni Nəfəsə" (gülür)".