Xuraman Şuşalı övladlarını xüsusi rejimdə böyüdür - Nə televizor, nə də ki...
Tarix: 15-06-2023, 09:19 |
Çap et
Müğənni Xuraman Şuşalı və ailəsi səkkiz ildir telekanalları izləmir.
Bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, övladlarına görə evdə bütün kanalları bağlatdırdığını bildirib:
"Oyunlar var ki, onların sonu faciəvi bitir. Uşaqları idarə edirlər. Deyirlər ki, "Get özünü öldür, sən güclüsən". Övladlarımın telefonda oynadıqları oyunlara nəzarət edirəm. Həmçinin bizim evdə təkcə Azərbaycan yox, bütün telekanallar bağlıdır. Böyük oğlumun 5 yaşı olandan, artıq 8 ildir ki, evdə kanallara baxmırıq. Yutubdan yalnız maarifləndirici videoları izləyirlər. İstəyirəm ki, dil öyrənsinlər".
Qeyd edək ki, Elçin adlı rejissorla evli olan müğənninin 4 övladı var. //axsam.az//