Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                 

Musiqisiz komedigəzişmə - TELLİ PƏNAHQIZINDAN
Tarix: 11-01-2014, 14:15 | Çap et
Musiqisiz komedigəzişmə
1-ci şəkil: Ovqat

...Dəhlizdə, pilləkənin başında bir-birinin gözünün içinə baxaraq çiyinlərini qaldırıb maraqla qaş-gözünü süzdürən və "Bizi niyə çağırıblar?" sualını dodaqlarının ucundan geri qaytararaq hislərini büruzə verməməyə çalışan, ara-sıra bağlı qapıya doğru boylanan bir dəstə adam.
Qəbul otağında sakitlik olsa da, ortada bir azca gərginlik də var. Tez-tez qarşısındakı vərəqdəki siyahıya göz gəzdirib gələnlərin adı qarşısına yekə bir "quş" qoyan Sevda xanımın "başlayaq, vaxtdır!" - komandası ilə mətbəxə cuman qızların təşvişinə biganə qalan Vidadinin mənalı-mənalı qımışması da qəribə bir ovqat yaradır. Açılan qapıdan içəri boylanmağa macal tapan bir nəfər nəsə öyrənmək ümidiylə Vidadini əl havasına dəhlizə çağırır. O isə sanki heç kimi görmür, heç kəsi eşitmir. Stolun üstündəki telefon zəng çalır və Sevda xanım hövlank özünü yetirirərək dəstəyi qaldırmağı ilə yerinə qoymağı bir olur:
- Vidadi, camaatı içəri dəvət elə...
Vidadi şəstlə dəhlizə sarı addımlayır. Açılan qapıdan içəriyə sərin hava axını dolur.

2-ci şəkil: Bəzəkli masa

...Hər kəs çaşqın, hər kəs təəccüb içində bir-birinin üzünə baxır. Hər kəs direktor otağında yaradılan bu qeyri-adi ab-havanın səbəbini anlamağa çalışır. Məsələdən hali olanlar da artistlik edirlər, bilənlər bilməyənlərdən daha çox heyrətləndiklərini göstərmək istəyir. Axı bura TEATR-dı.
Nazim Əliverdibəyov bığlarını tumarlayir, Yusif Əkbərov boş kreslolardan birinə sarı yönəlir, İham Namiq Kamal ehtiramla içəridəkiləri salamlayır, Nahidə xanım gözucu masanın səliqə-səhmanına fikir verir. Çingizin gözünün içi gülür. Fatma xanım qayğılıdır. Ema xanım oturduğu yerdəcə dizlərini sığallıyır. Bayırda Günəş işarsa da, hava soyuqdur, ustəlik, dünəndən maqnit qasırğası da elan eləyiblər.

3-cü şəkil:

Əliqismət müəllim yan otaqdan çıxır. Hər kəs ayağa qalxır və direktor gülə-gülə:
- Hamınız xoş gəlmisiniz, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bir daha hamınızı təbrik eləyirəm və hər birinizə ailə səadəti, xoşbəxtlik, uğurlu tamaşalarda gözəl rollar və bolluca tamaşaçı alqışı arzulayıram. Bir də istəyirəm ki, həmişə, hər yerdə həmrəy olaq, bir-birimizi sevək, bir-birimizə dayaq olaq.
Hər kəs astadan, Elxan müəllimsə dəvətlilərin adından:
- Çox sağ olun, müəllim, biz də sizi təbrik edirik - deyir.
Ema xanım ağrıyan ayağını gücə salmamaq üçün bir əlini direktor masasının küncünə qoyub, ürəyindən keçirdiklərini dilə gətirməyə tələsmir hələ.
- Bilirsiniz də, - teatrın direktoru Əliqismət Lalayev bir az uzaqdan başlayır, - bizim teatrın yaşı artıq bir əsri ötüb, binamız təmirdən və əsaslı bərpadan sonra bu yaxınlarda istifadəyə verilib, adı yenilənib. Bu həm də bizim məsuliyyətimizi daha çox artırır, ciddi və gərgin iş rejiminə keçməyi tələb edir... Bu barədə dəfələrlə danışmışıq və hələ yenə də danışacağıq. Yeni binada yeni tamaşalar hazırla-malıyıq və deyim ki, artıq bir neçə yeni əsər üzərində işə başlanılıb, məşqlərimizə start verilib. Amma biz bu barədə növbəti iclaslardan birində daha ətraflı fikir mübadiləsi aparacağıq. Bu günsə...

4-cü şəkil:

Sevda xanım əlində sini otaga girir. Pürrəngi çayın ətri masanın üstünə düzülmüş müxtəlif çeşidli şirniyyatın ətrinə qarışır. Direktor çay dolu fincanlardan birini əlinə götürür və bayaqdan bəri səbirsizliklə bu dəvətin səbəbini bilməyə tələsən əməkdaşlara müraciətlə:
-Buyurun çay süfrəsinə - deyir - məncə, bayaqdan bəri sizin üçün ən maraqlı məqam məhz bu ola bilər. Biz yeni ilin ilk on günlüyündə iki sənətkarımızın -respublikanın xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamalın və teatrımızın aktrisası Ema xanım Məlikovanın 65 yaşını qeyd etmək üçün bir araya gəlmişik.
Hər kəs öz içində yüngül və rahat bir nəfəs alır və təbriklər, əlsıxmalar, öpüşmələr bir neçə dəqiqə davam edir. Ema Məlikovanın gözləri yaşarır, əlindəki dəsmalı üzünə aparır, bununla da sanki həyəcanını, bir azca da olsa, ovutmağa çalışır.
- Bu sənət fədailərinin hər ikisinin Azərbaycan teatr sənətinin inkişafında, xüsusilə bizim teatrın yaradıcılıq salnaməsində çox önəmli yeri var və mən bütün kollektivimiz adından sizə uzun və mənalı bir ömür arzulayıram.
Hamı əl çalır, Əliqismət Lalayev həm İlham Namiq Kamala, həm də Ema Məlikovaya hədiyyələr təqdim edir və sözü onların sənət dostlarına, uzun illər çiyin-çiyinə çalışdıqları insanlara verir. Teatrın baş rejissoru Yusif Əkbərov, baş dirijor Nazim Əliverdibəyov, xalq artisti Fatma Muxtarova, aktrisa Nahidə Orucova, əməkdar artist Novruz Qartal həmkarlarını bu şərəfli ömür yolu münasibəti ilə təbrik edirlər.

5-ci şəkil:

Qapı açılır və Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemətov içəri girir və gülə-gülə deyir:
- Bu tıxacları qoymur ki, vaxtında-vədəsində istədiyin yerə çatasan. Vallah, bayaqdan bəri ilişib qalmışıq Azneft dairəsində, ordan necə çıxdıqsa, sürücüyə dedim, sən teatrın bərabərində saxla, mən birtəhər yolu keçərəm. Ancaq görürsünüz də, yenə gecikdim...
- Əsas odur ki, siz bizimləsiniz, burdasınız, Azər müəllim - Əliqismət Lalayev deyir. - Önəmli olan da budur ki, siz vaxt tapıb bizim işçiləri, öz sənət dostlarınızı təbrik eləməyə gəlmisiniz.
Azər Paşa müəllimin eyni açılır:
- Həm də əliboş gəlməmişəm. Hər ikisinə rəhbərlik etdiyim ittifaqın Fəxri Fərmanını gətirmişəm və onları yubanmadan təqdim etmək istəyirəm.
Ömür nərdivanının bir pilləsini də arxada qoyan "cavanlar" məmnuniyyətlə bu diplomları qəbul edirlər. Kimsə yerindən dillənir:
- Gün o gün olsun ki, 70 yaşınızda daha böyük mükafatlara layiq görüləsiniz.
İlham Namiq Kamal gülə-gülə:
- Azər Paşa müəllim, bu fərmandan ikinci dəfə vermirsiniz? Mən istəyirəm 70 illiyimdə də onu siz öz əllərinizlə mənə təqdim edəsiniz.
- Mən 3 il onlardan qabaq çatacam ha, 70-ə! - bunu da əməkdar artist Novruz Qartal deyir. - Mənim diplomumu indidən yazın, hazır qalsın!
Hamı coşğu ilə əl çalır, içəridə bürkülü bir hava var, insanların nəfəsi, buğlanan çayların buxarı, kondisionerin istisi...

6-cı şəkil:

Hamı İlham Namiq Kamalı və Ema Məlikovanı bir daha təbrik edir, hər ikisinə möhkəm cansağlığı arzulayır. Ema xanımın dəsmalı islansa da, yenə gözlərini silir.
- Niyə ağlayırsınız, ay Ema xanım, şükür Allaha, bu yaşacan gəlib çatmısınız. Bu teatrda yaddaqalan rollar oynamısınız, camaatın hörmətini, kollektivin məhəbbətini qazanmısınız, bu hər aktrisaya nəsib olmur ha! - bunu da gənc tənqidçi Vəfa söyləyir.
- Yox, ay qızım, deyəsən kipriyim qatlanıb, gözüm də elə bu səbəbdən yaşarır - Ema xanım təmkinini qorusa da sevincini gizlədə bilmir - Əlbəttə, şükür eləyirəm! 65 il yaşamışam, bu az deyil, bilirəm! Amma inan mənə, elə bilirəm bir göz qırpımı kimi gəlib keçdi illər. Sizə canım qurban, siz cavanlar mənə hörmətlə yanaşırsınız. Eşitdiniz də Əliqismət müəllim də, Azər Paşa müəllim də bizim sənətimiz haqqında necə gözəl sözlər dedilər. Ona görə də hələ Allahdan bir az da möhlət istəyirəm. Arzu edirəm ki, ömrümün ən gözəl illərini həsr etdiyim bu sənət məbədində bir az da çalışım, yeni rollar oynayım.

7-ci şəkil:

Növbə mənə də çatır, təriflər, təbriklər, arzular və nəhayət, son sual:
- Ema xanım, daha diziniz ağrımır deyəsən?
- Yox, canım, elə bil heç axşamdan bəri kələyimi kəsən onun ağrısı deyilmiş.
- İlham müəllim, 55 yaşında sizdən müsahibə götürəndə demişdiniz ki, bu beş rəqəmləri mənə nağaranın qoşa çubuğunu xatırladır. Çal ki, çalasan, səsi daha gur gəlir... Bəs 65 rəqəminin yaratdığı təəssürat necədir?
- 6... Sanki çubuğun birinin bir ucu yumurlanıb. Bu çomaq müdriklərin yol yoldaşı, səyyahların, dərvişlərin silahı olub bəzən. İnsanların çiynində gəzdirdiyi çomaq kimidir o, istər söykən, istər başının altına qoy, istər dara düşənə uzat, istəyirsən yenə nağara göyəclə onunla! Bilirsiniz də, iri nağaralar məhz belə çubuqla çalınanda daha əzəmətli səslənir... İndisə, icazə verin, mən də yaşıdımı təbrik edim:
- Ay Ema xanım, gəl yaşımızı qarışdıraq, sonra bölərik... Ya da ki, mən onun hamısını sənə bağışlamaq istəyirəm, götür, apar, sağlığına qismət.
- Yox, canım-gözüm, mən qurdnan qiyamətə qalmaq istəmirəm. Gəl belə eləyək. Mən payıma düşəni də verirəm sənə. Çünki siz 4 nəfərsiniz.
- 4 nəfər haradan olduq, ay Ema xanım?
- Necə yəni haradan? Mən deyim, sən də barmağını qatla!
- De gəlsin, qadoyu alım...
- Bax, o 130-u 4 yerə bölsək, hərəyə 32 ildən bir az artıq düşür, ya yox?
- O necə olur axı, canım, sən niyə onu 4 yerə bölürsən ki?
- Bax, 32 il İlhamın, 32-si Namiqin, 32-si Kamalın, 32 il də Əhmədovun payı... Orada qalır cəmi-cümlətanı 2 il, onu da mən götürürəm; biri Emanın, biri də Məlikovanın. Etirazın-filanın yoxdur ki?
İlham Namiq Kamal Əhmədov illərdən bəri eyni səhnəni paylaşdığı həmyaşıdının əlini sıxır:
- Halal olsun, çox ədalətli bölgüdür!

P.S. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən bu mini yubiley tədbirindən çıxanda hava yenə soyuq idi. Günəş buludların arasında gizlənmişdi. Amma mən inanırdım ki, Ema xanımın ayağı heç axşam da ağrımayacaq, İlham müəllim yenə "canik, mən hələ ki cavan oğlanam, 32 yaş nədir ki?!" deyəcək.
Məncə, bu daha yaxşıdır! Axı insan illəri vecinə almayanda, onu şövqlə, məhəbbətlə yaşayanda daha rahat olur! \ kaspi.az \\

Telli Pənahqızı
Musiqisiz komedigəzişmə
Musiqisiz komedigəzişmə
Musiqisiz komedigəzişmə










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru