"Reytinqə görə ölünün üzərindən səhnə qurub, şou edirlər" - ETİRAZ
Tarix: 6-12-2022, 10:23 |
Çap et
Aparıcı Zemfira Adıgözəlova mərhum müğənni Rəhim Rəhimli ilə bağlı yayımlanan süjeti tənqid edib.
DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, o, özünü Rəhimin sevgilisi kimi təqdim edən qadını saxtakar adlandırıb.
"Eyibdir... Reytinqə görə ölünün üzərindən səhnə qurub, şou etmək... İşinizə hörmət etmirsiniz, ailəsinə hörmət edin. Hələ bu aktrisaya baxın" deyə, Zemfira paylaşımında yazıb.
Qeyd edək ki, Hüri adlı qadın Rəhimlə sevgili olduğunu və ailə qurmağa hazırlaşdıqlarını deyib.