"İndi kino çəkilir ki?"
Tarix: 3-10-2022, 08:49 | Çap et
 “İndi kino çəkilir ki? Hanı “O olmasın, bu olsun”, “Görüş”, “Yeddi oğul”, “Dəli Kür” filmi kimi filmlər? Nə aktyor var, nə də ki, savadlı rejissorlar. Baxırsan ki, aktyordur, amma özünü göstərə bilmir, “quru” oynayır. Mənim atam ixtisasca həkim idi, amma görün necə aktyorluq nümayiş etdirib. Özü də iki filmə çəkilib. Bir “O olmasın, bu olsun” filmində, bir də “Görüş”-də. Çox istərdim ki, atam haqda filmlər, verilişlər çəkilsin. Nəinki atam haqda, böyük sənətkarların heç biri yaddan çıxmamalıdır. Atamın qızı idim, yaxşı ki, atam mənim həyatımda olub. O mənim idealımdır, hər dəfə də idealım olaraq qalacaq. Çünki mən həyatımda onun qədər gözəl insan görməmişəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktyor Arif Mirzəquliyevin qızı Teyyubə Mirzəquliyeva deyib. O daha sonra atasının əsas ixtisası olan həkimlikdən danışıb.
“Atam ixtisasca həkim olsa da, Moskvada İncəsənət universitetini bitirib. Babam istəmirdi ki, atam aktyor olsun. Ona görə də ondan tələb edir ki, ixtisasını dəyişsin. O vaxt axı aktyorluğa normal baxmırdılar. Buna görə də atam Tibb Universitetinin nevrpotoloq ixtisasına yiyələnir. Atamın ailədə bizlərlə münasibəti olduqca yaxşı idi. Ailədə iki övlad olmuşuq, hər ikimizin üstündə o “əsib”. Həyatsevər insan idi atam. Nə mənim, nə də ki, qardaşımın üstünə bir dəfə də olsun acıqlanmamışdı. Bəzən işi çox olurdu, bilirdik ki, evə əsəbi gələcək. Atamın kinoya çəkilməsi tam təsadüf olmuşdu. Atam it gəzdirəndə rejissor Hüseyn Seyidzadə onu görüb, “O olmasın, bu olsun” filminə dəvət etmişdi. Atam sevinirdi ki, onu filmə çəkirlər, çünki bu onun ən böyük arzusu idi. Atamın “Görüş” filmindəki Kamil obrazı ilə oxşarlığı var idi, çünki o Kamil kimi sevgisinə hər zaman bağlı olub. Anam atamın yanında təcrübə keçib, eyni sənətin sahibi olublar. Anam incəsənətdən tamamilə uzaq olub. Atam anamın arxasınca düşəndə o heç bilməmişdi ki, bu Sərvərdir. “Görüş” filminin sonluğuna baxanda göz yaşlarımı saxlaya bilmirəm. Anamla bir xəstəxanada, bir otaqda işləyiblər. Anam deyir ki, 10 il sərasər qapımı döyüb baxırdılar ki, görüm Sərvər kiminlə evlənib” deyə sənətkarın qızı deyib. Teyyubə Mirzəquliyeva atasının vəfasız dostlarından da danışıb.
“Atamın sağlığında evimizin yuxarı başında oturan dostları ölümündən 1 il keçməmiş onu unutdular. Əlbəttə ki, bu mənə çox pis təsir etdi. Atam ailəsini hamıdan, dostlarından da uca tuturdu. Deyirdi ki, dost adamın öz ailəsidir. Amma mən inanmırdım, deyirdim ki, yəqin hansısa dostundan müvəqqəti inciyib deyə belə danışır. Bizim ailəmizi təkcə axtaran Sima adında qız idi. Onun anası ata və anamı işə düzəltmişdi, o da bizə sadiq qaldı. Atamın halı pisləşəndə təcili yardım maşını çağırıblar. O da hadisə yerinə gecikib. Ürəyindən qəflətən sancı tutub, keçinmişdi. Çox siqaret çəkirdi, bundan əvvəl 2 dəfə infarkt keçirmişdi. Anam da 2008-ci ildə dünyasını dəyişib” deyə sənətkarın övladı deyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Bu gün, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Bu gün, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Bu gün, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Bu gün, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Bu gün, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Bu gün, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Bu gün, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Bu gün, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Bu gün, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Bu gün, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Bu gün, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Bu gün, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Bu gün, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Bu gün, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Bu gün, 16:58 |
|
|
|
| • Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Bu gün, 16:46 |
|
|
|
| • "Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Bu gün, 16:42 |
|
|
|
| • “Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Bu gün, 16:35 |
|
|
|
| • Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Bu gün, 16:27 |
|
|
|
| • Bu klinikanı kimlər himayə edir? - İLGİNC İDDİALAR
Bu gün, 16:25 |
|
|
|
| • "Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07 |
|
|
|
| • Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02 |
|
|
|
| • Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00 |
|
|
|
| • “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57 |
|
|
|
| • OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55 |
|
|
|
| • Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53 |
|
|
|
| • AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49 |
|
|
|
| • AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47 |
|
|
|
| • Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
| • AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37 |
|
|
|
| • Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34 |
|
|
|
| • “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32 |
|
|
|
| • Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25 |
|
|
|
| • SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23 |
|
|
|
| • Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19 |
|
|
|
| • 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13 |
|
|
|
| • Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05 |
|
|
|
| • Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23 |
|
|
|
| • Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20 |
|
|
|
| • Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18 |
|
|
|
| • ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14 |
|
|
|
| • Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56 |
|
|
|
| • Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54 |
|
|
|
| • Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50 |
|
|
|
| • Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47 |
|
|
|
| • Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35 |
|
|
|
| • İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
|