“Şou həmişə var, istərdim şəhidlərimiz, qazilərimiz haqda verilişlər hazırlansın”
Tarix: 1-10-2022, 09:32 | Çap et
 “Ermənilər millət deyil, tayfadırlar. Mən onlara millət deyə bilmərəm. Cəbrayıl rayonu o vaxt işğal olunanda bacım oğlu şəhid oldu. O hərbi xidmətdə idi. 1 həftə məzuniyyət götürüb, bizə gəlmişdi. Dedim ki, “Nurəddin, gəl səni evdə saxlayım, getmə, qal burada”. Dedi ki, “mən başa düşmədim, məni gizlədirsən?”. Yaralandı, şəhid oldu. 1993-cü ilə qədər səsimdə kövrəklik yox idi, Cəbrayılın işğal olunması ilə o kövrəklik məndə yarandı. İndi arzulayıram ki, səsimdə qəmginlik olmasın. Həyatda hər şeyi əvəz edən olur, hər şey unudulur, həyatın qanunu budur. Amma vətən torpağı unudulmur. Unudulsaydı 30 ildən sonra işğaldan azad olunmazdı. Çox şükürlər olsun bu günümüzə” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, tanınmış sənətkar Yaqut Abdullayeva deyib. O daha sonra əlavə edib.
“Cəbrayılımız və digər torpaqlarımız işğaldan azad olundu. Cəbrayıl Qarabağın açarı hesab olunur, çünki birinci Cəbrayıl alınmışdı. Cocuqmərcanlıya artıq ailələr köçmüşdü. Cəbrayıl işğaldan azad olunanda yağış yağırdı. O yağışı mən Cəbrayılın göz yaşlarına oxşadırdım. O göz yaşı tökürdü ki, siz məni nə yaxşı bu yağılardan, vəhşilərdən azad etdiniz. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimiz can sağlığı versin. Çox istərdim ki, efirlərdə qazilərimiz, şəhidlərimiz haqda xüsusi verilişlər hazırlansın. Şou həmişə var. Biz onların sayəsində torpaqlarımıza qovuşmuşuq” deyə sənətkar bildirib. Böyük sənətkar Yaqut Abdullayeva daha sonra uşaqlıq illərindən danışıb. “Televizorda mahnıları eşidirdim. Ən çox qulaq asdığım Zeynəb Xanlarova idi. Tez qələm götürüb, mahnıların sözlərini yazırdım ki, yadımda qalsın. Zeynəb Xanlarova nə mahnı oxuyurdusa onları oxuyurdum, bir növ onu yamsılayırdım. İstər mahnı oxuyanda, istərsə də muğam oxuyanda. Sonra başlayırdım özümü tapmağa, özüm kimi oxumağa. İndi atalar qızlarının əlindən tutub oxumağa aparır, amma bizim vaxtımızda mənə tək dəstək olan anam olub. Anam özü təhsil almamışdı, amma həyat təcrübəsi, dünya görüşü böyük idi. Anam deyirdi ki, “istedadı sənə Allah verib, bunu səndən heç kim ala bilməz. Anam evdə xalça toxuyurdu. Evdə xalçamızı satıb, onun pulu ilə məni festivala göndərdi. Anam mənim oxumağım üçün evdə hamıya qarşı çıxmışdı. Deyirdi ki, qoymaram Yaqut sənətindən qalsın. Mən oxuyanda anama dünyanı verirdilər” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44 |
|
|
|
• Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39 |
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03 |
|
|
|
• Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00 |
|
|
|
• Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55 |
|
|
|
• Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51 |
|
|
|
• Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46 |
|
|
|
• “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22 |
|
|
|
• Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19 |
|
|
|
• “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07 |
|
|
|
• Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03 |
|
|
|
• Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01 |
|
|
|
• 10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56 |
|
|
|
• Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52 |
|
|
|
• Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Dünən, 09:49 |
|
|
|
• Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Dünən, 09:44 |
|
|
|
• “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:35 |
|
|
|
• AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Dünən, 09:25 |
|
|
|
• Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:20 |
|
|
|
• Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Dünən, 09:11 |
|
|
|
• Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Dünən, 07:41 |
|
|
|
• Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Dünən, 07:38 |
|
|
|
• Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Dünən, 07:31 |
|
|
|
• “İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:00 |
|
|
|
• "Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:56 |
|
|
|
• Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Dünən, 06:51 |
|
|
|
• “Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Dünən, 06:48 |
|
|
|
• "Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Dünən, 06:45 |
|
|
|
• Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Dünən, 06:41 |
|
|
|
• Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Dünən, 06:35 |
|
|
|
• Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Dünən, 06:30 |
|
|
|
• “Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Dünən, 06:28 |
|
|
|
• İsveç Baltik dənizi üzərində Rusiya qırıcılarının fotolarını dərc etdi - “Reuters”
Dünən, 06:23 |
|
|
|
• "İcra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var" - deputat
Dünən, 06:18 |
|
|
|
• Quru sərhədlərin açılması ilə bağlı mühüm anons - AKTUAL
Dünən, 06:15 |
|
|
|
• ABŞ "TikTok" üzərində nəzarəti saxlayacaq - Tramp
Dünən, 06:00 |
|
|
|
• Polşa Rusiya qırıcılarının onlara aid neft platformasının üzərindən uçduğunu açıqlayıb - KİV
Dünən, 05:55 |
|
|
|
|