Nazilə Səfərli pulunu geri ala bimir: - "Ataları qəbirdə borclu yatır, oğlanları..."
Tarix: 21-09-2021, 17:17 |
Çap et
Şairə Nazilə Səfərlinin başına iş gəlib. Onun borc verdiyi şəxs vəfat edib, nəticədə pulu geri qaytara bilməyib.
“Sherg.az” xəbər verir ki, bu barədə N.Səfərlinin özü İnstaqram hesabında məlumat yayıb. Onun sözlərinə görə, 14 il öncə sayılıb-seçilən məşhurları Türkan kəndində yerləşən "Cahargah" otelə toplayardım. Konsertlər həftəsonu olardı. Təssüf ki, dostumuz Yavər Hüseynovun vaxtsız vəfatından sonra bu ənənəyə son qoyuldu:
"Otel başqasına satıldı. Yavər müəllim də külli miqdarda borclarını qoyub dünyadan köçdü. Oğlanları atalarının qəbirdə borclu yatmağını necə həzm edir, bilmirəm. Amma biz borclular borcumuzu almağa hələ də ümidliyik. Niyə oğullarından gözləyirik? Çünki pulu məhz onlara vermişdik. Oğlu da qaytaracağına söz vermişdi. Nələr var, nələr”.