“İndi keçmiş nazirin pul verib keçə bilmədiyi yerdən, mən salam verib keçirəm”
Tarix: 21-09-2021, 17:08 |
Çap et
“Yeganə insanam ki, nazir olanda da, indi də ona hörmət etmədim. Yaltaqlardan, qorxaqlardan fərqli olaraq sayğı duymadım”.
“Sherg.az” xəbər verir ki, bu sözləri feysbuk profilində rejissor-aktyor Kənan MM keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev haqda yazıb. Sənətçi sabiq nazirin 20 il ərzində onu bir dəfə də qəbul etmədiyini söyləyib:
“Amma indi onun pul verib keçə bilmədiyi yerdən, mən salam verib keçirəm. Fəxri adları endirim ilə satan “makler”, mədəniyyətimizin qatilidir”.