Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                     ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub .....                     Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər .....                     AYNA-nın növbəti OYUNU .....                     Telli Pənahqızı bu TV-nin rəhbəri oldu .....                     “Daşnaksütyun” Paşinyanın hədəfində: .....                     Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib .....                     Paşinyan Əbu-Dabidə: .....                     Güney Qafqazda Əbu-Dabi yelləri... .....                     Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi .....                     Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir .....                     Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib .....                     Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir .....                     “Polisləri görüb qışqırmağa başladım” .....                     Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb .....                     Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... .....                     Bəylər Əyyubov yenidən Prezidentin yanında .....                     Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib .....                     Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? .....                     Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib .....                 

"Çox sayda kinematoqraf Şəfiqə Məmmədovanın qurumundan istefa verib” – Qalmaqallı iddia
Tarix: 25-05-2021, 12:25 | Çap et
"Çox sayda kinematoqraf Şəfiqə Məmmədovanın qurumundan istefa verib”
Son günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından çox sayda istefalar olduğu iddia olunur. “Yeni Müsavat”a daxil olan məlumata görə, istefa verənlər ittifaqı fəaliyyətsizlikdə ittiham edir. Ən maraqlısı isə qurumu tərk edənlər digər - Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Kinematoqrafçılar İttifaqına üz tutur.

2018-ci ildə də adı çəkilən ittifaqdan çoxlu sayda istefalar olduğu haqda məlumatlar yayılmışdı. O zaman da istefaların səbəbi ittifaqın fəaliyyətsizliyi ilə əsaslandırılırdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. Qurumun sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Kinematoqrafçılar İttifaqına gəldikdə isə, bu qurum 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981- ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarında isə sədri seçilib. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:
Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva.

Bəs kinematoqrafçıları Şəfiqə Məmmədovanın ittifaqından qaçaq salan əsl səbəb nədir? Rüstəm İbrahimbəyovun ittifaqına üz tutanların hansı gözləntiləri var?

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını tərk etdiyi deyilən tanınmış aktrisa Münəvvər Əliyevanın mövqeyini öyrənməyə çalışdıq. Aktrisa ittifaqın uzun illərdir ki, heç bir işə yaramadığını dedi:

“Yaxın vaxtlarda 50 yaşım tamam olacaq. Amma adım heç “it dəftərində” də yoxdur. Bu yaşıma qədər o ittifaqdan bir şey görməmişəm. Ona görə də Rüstəm İbrahimbəyovun rəhbəri olduğu ittifaqa yazılmaq qərarına gəldim.

İttifaq nə üçündür? - Aktyorlara dəstək olmaq, onları dəvət etmək üçün. Əgər qurum mənim üçün heç bir iş görmürsə, nə üçün mən nəsə etməliyəm?”

“Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumdan hansı gözləntiləriniz var?” sualımıza isə aktrisa bu cür cavab verdi: "Bilmirəm. Hər şeyi zamana buraxmışam".

Bir məsələni də xatırladaq ki, 2012-ci ilin sentyabrında bir qrup kino xadimləri Rüstəm İbrahimbəyovun sədri olduğu ittifaqdan çıxaraq, Şəfiqə Məmmədovanın qurumuna üzv olmaq üçün müraciət etmişdi. Onlarən arasında aktrisa Münəvvər Əliyevanın da adı çəkilirdi.

Şəfiqə Məmmədovanın rəhbəri olduğu ittifaqın üzvü olan rejissor Məzahir Həşimov da Rüstəm İbrahimbəyova müraciət etdiyini bildirib: “Əslində ittifaqdan çıxmamışam. Lakin Rüstəm İbrahimbəyovla görüşümdə ona bildirdim ki, kino ilə məşğul olmaq üçün hər iki ittifaqın üzvü olmaq istəyirəm. Mənə bildirildi ki, problem yoxdur, hər iki ittifaqda ola bilərəm".

Rejissor üzvü olduğu ittifaqın fəaliyyətsizliyi haqqında səslənən ittihamlarla razı olduğunu bildirdi:
"İttifaqda dəxlisiz işlər görülür, yəni kino ilə bağlı ortada heç bir iş yoxdur. Əslinə qalsa iki ittifaq heç bir işlə məşğul olmur. Sadəcə indi biri kitab buraxır, biri də məzarların üstünü təmizləyirlər. Nə master-klasslar, nə görüşlər keçirilir. Üzvü olduğum ittifaqı tərk etdim, ya etmədim - bir fərqi yoxdur. Tanıdıqlarımdan heç kəs hələlik digər ittifaqa keçməyib. Ola bilsin ki, nədənsə çəkinirlər və sairə. Yəni, hələlik hər kəs yerində oturub, sayır, nə bir yenilik, nə bir iş yoxdur. Özüm neçə ilərdir ki, artıq ittifaqın qapısını açmıram".

Məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyev iddialara bu cür aydınlıq gətirdi: “Buyursunlar, istənilən adam ittifaqa daxil ola və yaxud çıxa bilər. Biz burada avtoritar rejim qurmamışıq. Yəni, hər kəs seçimində sərbəstdir. Lakin belə bir qayda var ki, digər ittifaqa üzv olan şəxslər bizim ittifaqa üzv ola bilməzlər. Biz oradan çıxış ərizəsi alınmayınca şəxsi ittifaqımıza qəbul etmirik. Lakin onlarda belə bir qayda yoxdur, yəni, kim gəldi quruma daxil edirlər. Hələlik heç kəs ittifaqdan çıxmaqla bağlı istefa ərizəsi verməyib. Kim ittifaqı tərk etmək istəyirsə, gəlib qurumda ərizə yazmalıdır".

Əli Vəliyev ittifaqın fəaliyyətsizli haqqında səslənən ittihamlara da mövqe bildirib: "Bizi fəliayyətsizlikdə necə ittiham edə bilərlər ki, pandemiya şəraiti davam etməsinə baxmayaraq, hazırda “Qarabağ Azərbaycandır” adlı böyük ssenari müsabiqəsi gedir. Bu məsələ yüksək səviyyədə bizə həvalə olunub. Bununla bağlı mətbuatda, mediada elanlar vermişik. Hazırda nəinki Azərbaycanın özündən, hətta xarici ölkələrdən belə ssenarilər gəlir. Həətta çoxsaylı müraciətləri nəzərə alaraq, müsabiqənin vaxtını 1 ay uzatmışıq. Həmçinin vaxtaşırı yubiliyarlarla bağlı tədbirlərimiz olur. Gənc tələbələr üçün təqaüdlər, mükafatlar təsis edirik. Bizi fəaliyyətsizlikdə ittiham edən adamlar bu günə qədər bəlkə nəsə təklif, xahiş ediblər? Biz onları heç bir dəfə də olsun ittifaqda görməmişik".

Qurumun 2012-ci ildən icraçı katibi olan Cəmil Quliyev isə istefalarla bağlı məlumatı olmadığını bildirdi:

"Bu məsələyə gərək katibin özü rəy bildirsin. Çünki kimin istefa verib, çıxdığı barədə məlumatım yoxdur, yəni bu haqda məlumat verilməyib. İttifaqın aparatı ilə əlaqə saxlayıb, kimlərinsə istefa verib-verməməsi ilə maraqlandım. Mənə bildirdilər ki, heç kəs bununla bağlı ərizə yazmayıb. Hər halda bu ittifaq sərbəst qurumdur. Hər kəsin öz fikri, mövqeyi var, kim istəsə çıxa, tərk edə bilər. Əgər başqa ittifaqda onlara yaxşıdırsa, təbii ki, ora gedəcəklər".

Cəmil Quliyev ittifaqın fəaliyyəti haqqında da məlumatsız olduğunu bildirdi:
"Bu haqda da daha yaxşı məlumatı sədr verməlidir. Mən qurumun ictimai əsaslar katibiyəm. Hazırda orada nə baş verdiyindən xəbərsizəm. Aparatdan öyrənmək lazımdır ki, onlar hazırda orada nə işlə məşğuldur, nə edirlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Bu gün, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Bu gün, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Bu gün, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Bu gün, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Bu gün, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Bu gün, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Bu gün, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Bu gün, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Bu gün, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Bu gün, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Bu gün, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Bu gün, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Bu gün, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Bu gün, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Bu gün, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Bu gün, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Bu gün, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Bu gün, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Bu gün, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Bu gün, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Bu gün, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Bu gün, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Bu gün, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Bu gün, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Bu gün, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Bu gün, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Bu gün, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Bu gün, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Bu gün, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Bu gün, 15:38
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Bu gün, 15:23
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Bu gün, 15:21
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Bu gün, 14:18
Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb
Bu gün, 14:15
Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Bu gün, 13:08
Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Bu gün, 13:05
Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Bu gün, 13:01
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Bu gün, 12:55
Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Bu gün, 12:54
Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Bu gün, 12:44
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 12:41
Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Bu gün, 12:30
“Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Bu gün, 12:25
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Rusiyaya işləməyə gedən azərbaycanlı yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:20
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
Bu gün, 12:17
İş adı ilə apardılar, müharibəyə göndərdilər – Goranboy sakininin şok taleyi
Bu gün, 12:15
Moskva Paşinyanın yerinə “ağ atlı” oğlan axtarır - Qara əbalı keşiş İŞƏ YARAMADI...
Bu gün, 12:10
“Məxsusi ana rolu yazılsa fikirləşərəm” - Şəfiqə Məmmədova niyə filmlərdə çəkilmir?
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru