"Elçiliyə mən gedərəm, o qızı alarıq"
Tarix: 25-11-2020, 11:39 |
Çap et
Hazırda cəbhə bölgəsində olan əsgərlərimizdən birinin sevdiyi qızı qaçıracağı ilə bağlı dediyi sözlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzuya çevrilib. Əsgərin sözlərinə görə, dəfələrlə sevdiyi qıza elçi getsə də, anası onların qovuşmasına imkan verməyib.
Yenisabah.az xəbər verir ki, görüntülərə biganə qalmayan Rəqsanə İsmayılova bildirib ki, özü qıza elçi gedəcək. Rusiyada yaşayan müğənni toyun bütün xərclərini ödəməyə hazır olduğunu qeyd edib:
“Əsgər qardaşımız sevdiyi qızın anasına müraciət edir. İnşallah, sağ-salamat hər bir əsgərimiz qayıdıb gəlsin. Burdan əsgər qardaşımıza deyirəm: Elçiliyə mən gedərəm, o qızı alarıq. Toyunda özüm oxuyaram, gəlinimizin qızıllarını, hər şeyini özüm alaram. Toyun xərcləri də mənim boynuma. Məni tap, dəyərli qardaşım, qayıt, sağ-salamat gəl, gözləyirik. Ürəyini buz kimi saxla, gedib qızı alacağıq, qaçırtmağa ehtiyac olmayacaq…”