Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                 

"Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb"
Tarix: 20-11-2020, 08:41 | Çap et
"Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb"
Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslanın Moderator.Az-a müsahibəsini təqdim edirik:

- Eldar bəy, siz xalq artisti, görkəmli sənətkarımız Siyavuş Aslanın kiçik oğlusuz. Nədənsə daha çox atanız haqqında qardaşınız danışıb, müsahibə verib. Sizin nadir hallarda müsahibə verdiyinizi görmüşük. Bu nə ilə bağlıdır?

- Bilmirəm bu faktı hansı monitorinqə əsaslanıb deyirsiz, amma mən də çoxlu sayda jurnalistlər müraciət ediblər, bütün suallarına da cavab vermişəm. Nadir hallarda olub ki, müsahibədən imtina etmişəm.

- Deyirsiz ki, imtina etdiyim müsahibələr də olub. Nə ilə bağlı olub ki, danışmaq istəməmisiz?

- Ola bilər ki, səfərdə, yolda olmuşam, sualları cavablandırmaq imkanım olmayıb. Bəzən də olurdu ki, jurnalistlər dərin ailə münasibətlərindən həssas suallar verirdi, mən də onların tam açıqlamasını verməkdən imtina edirdim. Hər şeyi də açıb, qabartmaq, üzə çıxartmaq düzgün deyil. Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb, xalqın sevgi və rəğbətini qazanıb.

- Siyavuş müəllim atadan savayı sizin üçün kim idi?

- Bu suala cavab vermək elə də asan deyil. İlk növbədə təbii ki, ona ata gözü ilə baxmışam. O həqiqətən də insanlığı ilə məni heyrətləndirirdi. Fəxredici baxışlarım olub ona kənardan. Yaxşı ki, qürur hissi ilə o anları yaşamışam.

- Çox təəssüf ki, rejissorlar Siyavuş müəllimin daha çox komik tərəfindən istifadə etdi. Halbuki o faciəvi və dramatik obrazlar da yarada bilərdi..

- Bəli, doğrudur. Siyavuş müəllimin dramatik xarizması var idi. Həyatda da çox dramatik insan idi. Ümumiyyətlə evdə biz onu üzünün güldüyün görməzdik. Nadir hallarda xatirimdə qalıb ki, bu insan deyib-gülsün. O çoxşaxəli aktyor idi, bir çox sənət əsərlərində özünü göstərə bilərdi. Sadəcə olaraq səhnəyə ilk addımından komediyanı seçdi və xalq da onu komik rollarla tanıyıb sevdi. Onun komediyası da qeyri-adi idi. Bu insan ciddi bir söz deyib də insanı güldürə bilirdi. Müəyyən dramatik əsərlərdə oynamışdı, amma yenə də çox az idi. Onu da deyim ki, atam daim yeni sənət axtarışlarında idi, özünü, gücünü maksimum səhnə üçün xərcləyirdi. Məqsədyönlü biri idi.

- Hansı sözü ona sağlığında demək istərdiniz?

- Bir övlad kimi mən atamla nəfəs alırdım, onu çox istəyirdim. Ona görə də sağlığında yanında olub, bağrıma basıb, qucaqlayıb öpüb və gözüm ilə görmək istəyərdim onu. O ki, qaldı hansı sözü demək istərdim..? O qədər sözlər var ki.. Hamısını deyərdim.

- Atanızla sonuncu dəfə nə vaxt danışmışdız?

- O illərdə mən Rusiyada çalışırdım, ona görə də mütəmaddi olaraq telefonla danışırdıq. Vəfat etməzdən öncə də danışmışdıq. Gecə yarısı atamın ölüm xəbərini eşitdim. O dəqiqə də mən Bakıya gəlməyə çalışdım, amma bileti ala bilmədiyim üçün dəfn mərasiminə çata bilmədim.

- Ailəsinə vəsiyyət etmişdi?

- Xeyr, elə bir vəsiyyəti yox idi.

- Siyavuş müəllimdən onu sevən tamaşaçılara teatr səhnəsindəki tamaşaları, məşhur filmləri yadigar qaldı. Bəs ailəsinə, daha dəqiq desək sizə yadigar qalan nədir?

- Mən özüm haqqında danışa bilərəm. Xalqa yadigar qalan tamaşalar, filmlər, ekran işləri elə mənə də yadigardır. Bunlar heç bir zaman mənim yaddaşımdan silinməz, ömrümün sonuna kimi mənimlədir.

- Siyavuş müəllim Ofeliya xanımın ölümünə çox pis olmuşdu, ölümü ilə heç vaxt barışmırdı.. Hər dəfə müsahibələrində onu çox sevdiyini bildirirdi. Ayrılandan sonra sanki bir-birlərinə olan sevgi daha da artmışdı..

- Məndə olan məlumata görə valideynləri o vaxt onların ailə həyatı qurmaqlarına narazı idi, amma bütün bunlara baxmayaraq atamla anam bir-birini çox sevirdi. Siyavuş müəllim Ofeliya xanımı qaçırmışdı. Onların sevgisi hamıya bəlli idi, ayrılmaz cütlük idilər. Ortalıqda bu sevgidən yaranan böyük bir qısqanclıq da var idi. Bu hər zaman evdə hiss olunurdu. Belə ki, onlar tez-tez dedi-qodu söhbətlərini gündəmə gətirirdilər. Atamla anam mən hərbi xidmətdə olarkən ayrılmışdılar. Bu xəbəri eşidəndə 18 yaşım var idi, təbii ki, böyük stress yaşadım və çox üzüldüm. Amma buna baxmayaraq bir mənzildə, ayrı-ayrı otaqlarda yaşayırdılar. Səhərləri salamlaşıb, axşamları sağollaşırdılar. Yadıma gəlir ki, böyük qardaşım üstündə valideynlərimin hər zaman evdə mübahisəsi olurdu, mən də sakit bir övlad kimi hər şeyi kənardan izləyirdim. Sonbeşik olduğum üçün məni hər şeydən qoruyurdular ki, onların mübahisələrini görməyim, səslərini eşitməyim. Atamla aramızda böyük bir pərdə var idi, o bizə heç vaxt anama olan sevgisindən danışmayıb. Lakin ömrünün son günlərində müsahibə verəndə deyirdi ki, mən Ofeliya xanımı sevmişəm.

- Atanızla ananızı yenidən bir araya gətirməyə cəhd etmişdiz?

- Hərbi xidmətdə olarkən hər ikisinə məktub yazırdım, onlardan barışmaqlarını və yenidən bir araya gəlməklərini xahiş edirdim. Anamla bu mövzuda söhbətlərim də olurdu. Amma atama bununla bağlı bir kəlmə də deyə bilməzdim, xasiyyəti ağır idi, nöqtəni qoyandan sonra fikrindən geri çəkinən deyildi. Artıq sevgidən doğan qısqanclıq nifrətə çevrilmişdi. Amma yenə də sevgi qalmışdı.. Çox qəribədir.. Anam hər zaman atamı danlamağı, söyməyi sevirdi. Həzz alırdı ondan. Atam qapını çırpıb gedəndən sonra anam mənə baxıb gülürdü.. Atamın əsəbləşməyi bir növ ona ləzzət edirdi (gülür).

- Ofeliya xanımın ölüm xəbəri qəfil oldu. Olmaya onun səhhətinə hansısa hadisələr təsir etmişdi?

- Ofeliya xanım daha dəqiq desəm savadsız həkimin qurbanı olmuşdu. Belə ki, səhv həyata keçirilən əməliyyatdan sonra onda xərçəng xəstəliyi yaranmışdı. Digər bir həkimə apardıq, dedi ki, bir il, il yarım yaşayacaq. Son gününə kimi mən Ofeliya xanıma bunu demədim və bu sirri iki il saxladım. Yalnız Siyavuş müəllim bilirdi. Çünki istəmirdim jurnalistlər yazıb-pozsunlar. Ona görə ki, anam həssas insan idi, bu xəbərlər onun səhhətinə mənfi təsir göstərə bilərdi. Anamın dünyasını dəyişdiyi günü də yaxşı xatırlayıram.. Mən Dubayda idim, yuxuma girmişdi. Səhəri gün qayıdıb Azərbaycana gəldim və o günün sabahı biz Ofeliya xanımı itirdik. Mənə agah olmuşdu elə bil. Anam üçün təcili yardım gələndə atamdan da gəlməyini xahiş etdim. Bir də gördüm ki, atam qardaşımla içəri daxil oldu. Bir xeyli oturdu, hal-əhval tutdular. Getmək istəyəndə bağıraraq onu saxladım və getməməsini yalvardım.. O da mənə qəribə bir baxışla baxaraq geri qayıtdı.. 5 dəqiqə keçmədi ki, Ofeliya xanım haqqın rəhmətinə qovuşdu.

- Eldar bəy, sizə son sualımı verəcəyəm. Bu sualın cavabı oxuculardan da çox özümə maraqlıdır. Səhv etmirəmsə sizin ailədə, nəsildə bir çox yaxınlar bir-birləri ilə incikdir. Hətta yaxşı xatırlayıram, o vaxt Siyavuş müəllim dünyasını dəyişəndə əminizdən müsahibə istəsəm də imtina etmişdi. Bəs sizin necə, qardaşınız Çingizlə, digər qohumlarınızla münasibətləriniz bu gün nə yerdədir?

- 30 il bundan əvvəl qohumluq əlaqələrimiz çox sıx idi, hər kəsin bir bağı var idi, biz də sıra ilə hər həftə bir qohumun bağına yığışardıq. Atam dünyasını dəyişəndən sonra bu gəl-getlər tədricən yığışdırıldı. O ki, qaldı onlar arasında olan incikliyə.. Bəlkə də var idi.. Vallah bunu dəqiq bilmirəm, deyə bilmərəm. Bu gün demək olar ki, biz xeyirdə, şərdə görüşürük və nadir hallarda zəngləşirik. Əmimlə, bibim oğlu ilə danışıb, hal-əhval tuturam. O ki, qaldı qardaşım Çingizlə münasibətimizə.. Bizim hər zaman onunla münasibətimiz soyuq olub. Bu da ondan irəli gəlirdi ki, o həyatının ən yaxşı illərini həbsxanada keçirmişdi, mən onu görmədən böyümüşdüm. Öz kefində idi, tutulurdu, buraxılırdı, daha sonra yenə də tutulurdu. Çox vaxt Siyavuş müəllim qardaşımı aralı saxlayırdı ki, mənə təsir etməsin. Qardaşlıq münasibətimiz demək olar ki, olmayıb. Ondan qardaş qayğısı görməmişəm. Qardaşlığın nə olduğunu heç vaxt bilmədim və təbii ki, o da bilmədi. Amma bütün bunlara rəğmən biz qan qardaşıyıq, nadir hallarda da olsa görüşürük, çalışırıq ki, münasibət saxlayaq. Çox vaxt da görüşümüz ancaq onun problemlərini həll etməkdən irəli gəlirdi. Yenə də deyirəm, çox nadir hallarda zəngləşib, bir-birimizlə hal-əhval tuturuq. Təbii ki, bu addımı da kiçik qardaş kimi mən atıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru