İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? .....                     Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir .....                     Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK .....                     Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək .....                     Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub .....                     Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? .....                     Röya Ayxanın ailəsinə ağır itki üz verdi .....                     Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər .....                     Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib .....                     Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? .....                     Nazirliyi 6 aylıq xərc hesabatını açıqladı .....                     Qarabağa daha 100 köçün ailəsi köçürüləcək .....                     Dövlət qurumunun 11 milyonluq tenderləri ləğv edildi .....                     Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması i .....                     Xırdalanda bu küçələri hər il təmir edirlər .....                     30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı .....                     Zəngəzura "səmərəsiz ərazi" deyən deputat hər şeyi AYDINlaşdırdı: .....                     Aysel keçmiş ərini həbs etdirmək istəyir .....                     Paşinyanın “diplomatik marafonu”: Ağ Evdən çıxıb Makrona hesabat verdi .....                     Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı .....                     Avropa İttifaqının Ermənistan missiyası: .....                     Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub .....                     Putin Paşinyanla telefonla danışıb .....                     "Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub..." .....                     Elşad Abdullayev haqda ilkin istintaq bitdi .....                     Parıltı İçində Cazibə .....                     Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir .....                     İran Ermənistana xəbərdarlıq etdi .....                     Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb .....                     Kreml və Tehran şokdan “ayıldı”: .....                     Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq .....                     390 minlik "Danone" şirkəti ləğv olunur .....                     Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır .....                     Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək .....                     Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? .....                     Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq .....                     5 milyonluq tender və bərbad yollar .....                     Naxçıvanda FHN sahibkarlara DİVAN TUTUR... .....                 

"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir" - Xalq artisti
Tarix: 3-10-2020, 08:24 | Çap et
"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır.

Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb.

Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”.

İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır:

“Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”.

Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”.

Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”.

Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar.

Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız".

Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”.

Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”.

Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam.

Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır:

“Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər.

Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? - SİYAHI
Bu gün, 18:02
Sülh sazişi tərəflər arasında etibarlı sülh üçün möhkəm təməldir - Paşinyan
Bu gün, 17:59
Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK - BUNDAN SONRA...
Bu gün, 17:54
Ermənistan Azərbaycanla sərhədə yerləşdirilmiş Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək - DETALLAR
Bu gün, 17:48
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub - MƏQALƏ
Bu gün, 17:43
Dövlət universitetlərində təhsil niyə pullu olmalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:03
Röya Ayxanın ailəsinə ağır itki üz verdi
Bu gün, 16:59
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər - FOTO
Bu gün, 16:54
Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib
Bu gün, 16:50
Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? - GÜNDƏM
Bu gün, 16:48
Nazirliyi 6 aylıq xərc hesabatını açıqladı - DETALLAR
Bu gün, 16:46
Qarabağa daha 100 köçün ailəsi köçürüləcək - TENDER NƏTİCƏSİ
Bu gün, 16:43
Dövlət qurumunun 11 milyonluq tenderləri ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 16:41
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması i - KİV
Bu gün, 16:39
Xırdalanda bu küçələri hər il təmir edirlər – Bu il də olacaq
Bu gün, 16:38
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 16:35
Zəngəzura "səmərəsiz ərazi" deyən deputat hər şeyi AYDINlaşdırdı: - "Qəsdən təhrif..."
Bu gün, 16:31
Aysel keçmiş ərini həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:01
Paşinyanın “diplomatik marafonu”: Ağ Evdən çıxıb Makrona hesabat verdi - AKTUAL
Bu gün, 15:58
Sumqayıt Apellyasiya Məhkəməsinin qalmaqallı eks vəkil Sevil Hacıyeva bаrəsində qərаrı - 6 ay elektron QOLBAQ TAXACAQ
Bu gün, 15:52
Avropa İttifaqının Ermənistan missiyası: - Uğursuz təşəbbüs və siyasi iflas
Bu gün, 15:50
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub
Bu gün, 15:18
Putin Paşinyanla telefonla danışıb
Bu gün, 14:38
"Ola bilsin ki, həqiqətən də İranla da hansısa məsləhətləşmələr olub..." - Zərdüşt Əlizadənin ŞƏRHİ
Bu gün, 14:36
Elşad Abdullayev haqda ilkin istintaq bitdi - TƏFƏRRÜAT
Bu gün, 14:24
Parıltı İçində Cazibə - FOTO
Bu gün, 14:16
Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir
Bu gün, 13:01
İran Ermənistana xəbərdarlıq etdi
Bu gün, 12:58
Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb
Bu gün, 12:56
Kreml və Tehran şokdan “ayıldı”: - Zəhgəzura qarşı “zəhər” yağışı...
Bu gün, 12:54
Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq - Ukrayna Ali Radası
Bu gün, 12:50
390 minlik "Danone" şirkəti ləğv olunur
Bu gün, 12:45
Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır – İsrailli ekspertdən kritik XƏBƏRDARLIQ
Bu gün, 12:30
Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq - Qoryuşina
Bu gün, 12:27
“Bakı Metropoliteni”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:23
Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək
Bu gün, 12:21
Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? -Fotofakt
Bu gün, 12:19
Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq - TENDER DAYANDIRILDI
Bu gün, 12:14
5 milyonluq tender və bərbad yollar - İLGİNC FAKTLAR...
Bu gün, 12:08
Naxçıvanda FHN sahibkarlara DİVAN TUTUR... - NARAZILIQ VAR...
Bu gün, 12:06
"Onlardan heç nə almayın, fırıldaqçıdırlar" - ÇAĞIRIŞ
Bu gün, 12:01
Bakıda ŞOK: qadına tualetdə basqın etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:57
“Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri - İTTİHAM VAR...
Bu gün, 11:55
Erməni arxiyepiskopun işi üzrə birinci məhkəmə iclasının vaxtı bəlli olub - KİV
Bu gün, 11:50
Qusarda DƏHŞƏT – 67 yaşlı şəxs iki nəfəri BALTALADI
Bu gün, 11:42
907-ci düzəlişin ləğv olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:38
6 ildən sonra yenidən ÜZ-ÜZƏ – Alyaska görüşündən NƏTİCƏ OLACAQ?
Bu gün, 11:36
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Bu gün, 11:29
Pezeşkiandan sensassiyalı bəyanat: - Zəngəzur İran hakimiyyətini iki yerə BÖLDÜ
Bu gün, 11:27
ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdir - İran rəsmisi
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru