"Ölkədən qaçır" xəbəri yayılmışdı, o isə evlənib
Tarix: 2-01-2017, 10:15 |
Çap et
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov yenidən ailə qurub.
dia-az.life musavat.com-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə anası və həyat yoldaşı ilə fotosunu paylaşıb və "Anam və həyat yoldaşım" şərhini yazıb.
Qeyd edək ki, bu evlilik Anarın 3-cü evliliyidir. İlk evliliyindən bir oğlu olan A.Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.
A. Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur. Son olaraq o, mağazalar şəbəkəsində çalışan işçilərin əmək haqqını verə bilmədiyi və bu səbəbdən ölkədən qaçmağa hazırlaşması xəbərləri ilə gündəmə gəlmişdi.