“Rövşən Lənkəranski mənim qardaşım idi”
Tarix: 10-11-2016, 08:24 | Çap et
23 ildir Musiqili Teatrda öz üzərinə düşən işi məhsuliyyətlə yerinə yetirən sadə və səmimi aktrisa Telli Hüseynova. Bu həftə Gununsesi.info-nun qonağı da daim öz üzərində çalışan Telli xanım oldu. Onunla müsahibəni təqdim edirik: “Məqsəd pul qazanmaq deyil…” -Telli xanım, yaradıcılığınızda hansı yeniliklər var? – Boris Dmitriyeviç Lukinskinin rejissorluğu ilə yeni tamaşanın premyerası olacaq. Səhnə əsəri “Silva” adlanır. Həmin əsərdə mən Silvanın köməkçisi rolunda olan zənci qadını oynayıram. Əslində bu obrazım ssenaridə yoxdur, amma rejissor yəqin ki, məni görüb, bəyənib ,ona görə rol verib. Həmin qəhrəman bütün tamaşa boyu səhnədədir. Obraz çətindir çünki sözügedən qəhrəman laldır və bütün hisslərini sözsüz çatdırmalıdır. Həmişə Silvanın qulluğunda duran bir qadındır, lal olsa da sevgisini göstərməlidir. Tərəf müqabilim Elməddindir. Böyük məhsuliyyət hiss edirəm. Bu dəqiqə qarşıma qoyduğum əsas işlərdən biri odur ki, həmin əsəri layiqincə oynaya bilim. Əgər oynaya bilsəm özümü xoşbəxt hiss edərəm. İkinci işimiz isə 23 illik yubiley münasibətilə özümüzün təşkil etdiyi tədbirdi. Bir neçə məhşur səhnə əsərlərindən ibarət tamaşa düzəltmişik. Biletləri də özümüz satırıq. Uşaqlar mənə deyəndə ki, gəl belə bir şey edək o dəq razılaşdım. İnanın bizə kömək edən yoxdur. Gənc aktyor Əjdər Dadaşov bizi bir araya topladı. O, cavandı, bizim isə 42-44 yaşlarımız var. Bir-birimizə dəstək oluruq, nəsə etmək istəyirik. Özümüz öz gücümüzə bu konserti təşkil edirik. Biletin satışı ilə də özümüz məşğuluq, məqsəd təbii ki, pul qazanmaq deyil.Özümüzü bir daha təsdiq etmək üçün belə bir tədbir keçirmək qərarına gəldik. Artıq yaşım 48-dir, 50-yə çatıram. Sağlığım da yerində deyil, yayda əməliyyat keçirdim, öd kisəmi kəsib götürdülər. Artıq ömürlük pəhriz saxlamaq məcburiyyətindəyəm, bununla bərabər şəkər xəstəliyim də var. Bunu reklam üçün demirəm, ona görə vurğuladım ki, gələcəyimi görmək istəyirəm. Yaşamaq üçün tələsirəm. Harasa gedəndə, əlidolu gedirəm. Həmin günü doya-doya yaşamaq istəyirəm. İstəmirəm desinlər ki, “buna bax 48 il yaşadı, amma özündən sonra heç nə qoymadı”. Ən azı Allahın mənə verdiyi övlad payı var. İstəyirəm ki, gələcəkdə qızım yolla gedəndə arxasınca xoş danışsınlar. Desinlər ki, halaldı, anası yaxşı insan və tərbiyəli aktrisa idi. –Televiziyada da çox çalışmısınız. Sizin üçün televiziya hansısa bir yeri tuturmu? -Mən televiziyaya çox minnətdaram. Teatrda bizi 500-600 nəfər görür. Ola bilsin ki, məni arxada-kütləvi səhnədə heç kim görməsin, amma nə yaxşı ki, televiziya var. 2001-ci ildə ilk dəfə Afaq xanım Bəşirqızı sağ olsun ki, “Afaq gülür, güldürür” tamaşasında mənə “Hind qızı” rolunu verdi. Mən də rolumun öhdəsindən yaxşı gəldim və bir il sonra o məni yenidən dəvət etdi. Həmin tamaşada bir çox aktyorlar var idi və mən də onlarla bərabər oynayırdım. Şükür ki, obrazımın öhdəsindən də pis gəlmədim, zəif deyildi. Afaq xanıma həmişə minnətdaram. “Afaq gülür, güldürür” tamaşasının tez-tez efirdə verilməsi mənim tanınmağıma səbəb oldu. Vaxtında o məni səhnəyə çıxarmasaydı, indi heç kim məni tanımayacaqdı. Ondan sonra məni televiziyalara dəvət etməyə başladılar. “Onunla tanışlığım bir anın işində hər şeyi dəyişdi…” -Bu sənətə gəlişiniz necə oldu? -Aktrisa olmaq heç vaxt fikrim olmayıb. Dostlarım da bilir ki, 1986-cı ildə universitetə daxil ola bilmədim. Atamın qorxusundan bir qızla birgə sənədlərimi kollecə verdim və ticarət üzrə oxudum. Həmin dövrdə bizi mağazalara aparırdılar. Oxuya-oxuya çalışmağa başladım. 8 il işlədim və bir günün içində Lyuda adlı xanımla tanışlığım hər şeyi dəyişdi. Fortepiano müəllimi idi, konservatoriyada çalışırdı. O, həmişə mağazaya gələndə, mən zümzümə edirdim. Bir dəfə dedi ki, sənin nə gözəl səsin var?! Və beləcə məni Konservatoriyaya apardı. Kafedra müdiri Kamal Kərimov musiqi duyumumu yoxladı. Baxmayaraq ki, musiqi savadım yox idi, onun dediyi hər şeyi olduğu kimi təkrar etmişdim. Mən çıxandan sonra otaqda əyləşən ikinci kurs tələbələrinə məni tərifləyərək , onları danlayıb. Sonradan mən teatrda işləyəndə həmin tələbələrdən ikisi gəlmişdi, o zaman mənə Kamal müəllimin onları tənbeh etməsini demişdi. -Səsiniz var. İndi hansısa teatrda opera solisti kimi də çalışa bilərdiniz. Niyə istəmədiniz? -Savadsız olmağıma baxmayaraq, o vaxt yaxşı insanların sayəsində teatra gəldim. Lyuda Sidorina adlı xanım məni teatra gətirdi. İndiyə qədər də həmin xanımın yanına gedirəm, unutmuram. Cənnət Səlimovanın yoldaşı Qəzənfər Topçuyev o zaman Musiqili Teatrda direktor idi. Mən və 4-cü kursda oxuyan bir tələbə namizəd idik. Qız Nigarın, mən isə Gülçöhrənin ariyasını oxudum. Ariyanı da televizordan özüm öyrənmişdim. Çox gözəl oxumasına baxmayaraq, səsinin diapazonu az olduğuna görə, onu götürmədilər. O zamandan bu yana 23 ildir ki, mən teatrda çalışıram. Qəzənfər müəllim, Hacıbaba müəllimin sayəsində qastrollara çox getmişəm. “Sabah başıma bir iş gəlsə,qızıma kim baxacaq” sualı məni çox düşündürür” -İçinizdə bir narahatçılıq var. Yəni, bir az öncə yuxarıda sadaladığınız xəstəliklərlə daha gənc yaşlarından mübarizə aparan insanlar var. Amma sizə bu, olduğundan təhlükəli gəlir… -Əslində demişdim bu barədə danışmayacam. Düz deyirsiz, çox narahatam, çünki həmin insanların həyatında hər şey qaydasındadır. Evi, şəraiti var. 11 yaşlı balaca qızım var, onun üçün narahatam. Çünki “sabah başıma bir iş gəlsə, ona kim baxacaq” sualı məni çox düşündürür. Mənim qalmağa evim yoxdur. Kiçik qardaşımın himayəsi altında yaşayıram. Əvvəllər isə kirayə qalırdım. Yayda əməliyyat olunanda çox pis hisslər keçirmişdim. Bir məqamı istəmirdim deyim, amma deyəcəm. İnsanın pulu olmayanda onu saymırlar. Əvvəllər pul olmayanda dost, hörmət, sevgi var idi, indi isə heç biri yoxdur, hətta, dostun belə. Əməliyyatdan bir gün öncə halım çox pis oldu. Təcili xəstəxanaya apardılar. Özəl klinikalardan birində mənə dedilər ki, dərhal əməliyyat olunmalısan, ödün partlaya bilər. Qiyməti açıqlayanda həmin pulun hamısı yox idi, ona görə dedik ki, 200 manat indi verək ,qalanını sabah çatdırarıq. Razı olmadılar və məni ağır vəziyyətdə evə göndərdilər. Hətta, ağrıdan çıxardığım qışqırtıları qonşular da eşidib. Gecə 3-dən səhər 11-ə qədər o ağrıya dözmüşəm. Pulu gecə ilə tapıblar, sonra məni əməliyyat ediblər. Bir insan ki, 1000 manat düzəldə bilmir, o, necə narahat olmasın?! Teatr çox aşağı maaş verir. Mən o pulla ailə dolandırıram. Düzdü, hamısı pis vəziyyətdədir, amma sabah onlara bir şey olsa, ən azı öz evlərindən çıxaracaqlar. Bəs mənə nəsə olsa, nə olacaq? Əslində ölümdən qorxan biri deyiləm, yalnız qızıma görə narahatam. Ona görə həyatı doya-doya yaşamaq istəyirəm. -Teatra gəlməsəydiniz, həyatınız yaxşı ola bilərdimi, yoxsa, əksinə? -Məncə gəlməsəydim, həyatım tamam başqa cür olardı, bundan daha yaxşı həyat sürərdim. Düzdür, deyirəm, amma sosial şəbəkələrdə mənə tez-tez yazırlar. Türkiyədən, İrandan, Rusiyadan elektron məktublar alıram. Onları görəndə deyirəm ki, mənim sınmağa haqqım yoxdu. Amma düşünəndə deyirəm ki, kaş vaxtında ailəm olardı. Atam məni oğul kimi böyüdüb. Həmişə deyərdi ki, 5 oğul başqa, Telli başqa. “Çox əziyyətlər çəkmişəm, istəmərəm o da bunları yaşasın” -İstəyərdiniz qızınız yolunu davam etdirsin? -Xeyr, istəmirəm. Çünki bu yolda çox əziyyətlər çəkmişəm. İstəmərəm o da bunları yaşasın. Düzdür, teatrda çalışır, tez-tez gəlir. Hətta, Heydər Əliyev Sarayında yubiley tədbirində Barat Şəkinskayanın uşaqlığını canlandırmışdı. Zalda cənab nazirimiz Əbülfəs Qarayev də var idi. Yaxşı oynadığına görə Barat xanımın nəvəsi tərəfindən böyük gül dəstəsi verilmişdi. “O adam mənim şəkər xəstəliyinə tutulmağıma səbəb olub…” -Yönəldirsiniz, amma deyirsiniz ki, istəmirəm yolumu davam etdirsin. Birdən başqa sahəni istəməsə, onda necə olacaq? -Yox ,istəmir. Özü də deyir ki, keçicidir. Ona sual vermişdilər ki, aktrisa olmaq istəyirsən? Demişdi ki, yox, istəmirəm anam kimi zülm çəkim, sonra da deyim ki, bu niyə belə oldu (gülür). Düzdür, əziyyət çəkmişəm, amma heç vaxt keçmişimdən utanmamışam. Keçmişim gələcəyim kimi şəffafdır. Bu yolda həqiqətən böyük zülm çəkmişəm. Ona görə mənim həyatım onun gözünün qabağında olub. Mən bunu deyəcəm, çünki o adam mənim şəkər xəstəliyinə tutulmağıma səbəb olub. Rus Dram Teatrının rejissoru İranə Tağızadə 2014-cü ildə teatrın təmirdən sonrakı açılışında “Arşın Mal Alan” əsərində qızların xoru rəqsinə yeni quruluş verirdi. Səhəri gün baletmeystr gəlib dedi ki, siz bizə lazım deyilsiz. Mən, Təranə və Səma. Səbəbini soruşanda dedi ki, siz toppuşsuz, o sizi kənarlaşdırıb. Dedim anlamadım, mənim toppuşluğum onun gözünə niyə girir? Bura Musiqili Teatrdır, Xoreoqrafiya məktəbi deyil. Hamıdan yaxşı rəqs edirəm, nə olsun ki, bir az doluyam. Çox əsəbləşdim, gördüm heç kim arxamda dayanmadı. Xormeystrimə dedim ki, nə vaxtdan xor artistinə köksən deyə çıxış etməyəcəyini deməyə başlayıblar? Bizim çox gözəl kök aktrisalarımız olub. Münəvvər Kələntərli, Nəcibə Məlikova, Leyla Bədirbəyli də kök olub. Tetarlarda 90-60-90 parametrlər demək olar ki, heç vaxt olmayıb. Mən əsas rolu oynasam, razılaşaram, amma mən xor artistiyəm. Bununla əsəbləşdim, getdim evə və baxdım ki, ağzım əyilir. Təcili yardım çağırdılar, həkim gəldi və iynə vurdu, amma düzəlmədim. Şəkərimi soruşdu, dedim yoxdur, yoxlamağımı istədi. Səhəri gün gedib yoxlatdım, dedilər şəkəriniz var. O qədər həyəcan keçirmişəm ki, şəkər tutmuşam. Öz-özümə teatra lazım olmadığımı düşünürdüm. Sındım ki, deməli, mən heç kimə lazım deyiləm. O xanıma təşəkkür edirəm ki, həyatın o üzünü mənə göstərdi. Gör 50 yaşımda mənə nələr deyəcəklər. -Musiqili Teatrı dəyişmək barədə düşünmüsünüz? -Mən Musiqili Teatrı çox sevirəm. Bu yaxınlarda var idi elə bir söhbət, amma dəyişə bilmədim. O qədər sevirdik ki…1998-ci ildə teatr təmirdən sonra açılanda əlimizə parça alıb, təmizliklə şəxsən məşğul olmuşduq. Açılışa Ulu Öndər Heydər Əliyev də gəlmişdi. Çox sanballı bir açılış olmuşdu. Onda öndərlə yan-yana dayanmışdım. İndi gənclər bilmirəm nə düşünürlə, amma biz teatra gələndə, yaşlı aktrisaları görəndə, həsədlə baxırdıq. Bir-bir necə geyinib, qrim olunduğuna maraqla baxardıq. “Üstündən bir il ötəndən sonra bildik ki, qardaşımın cənazəsini bizə gətirən Lənkəranskinin adamları olub” -Telli xanım, bu yaxınlarda məşhur avtoritet Rövşən Lənkəranski öldürüləndə hamıdan çox siz kəskin reaksiya verdiniz. Bu gün də sosial şəbəkə vasitəsilə tez-tez onu yad edirsiz. Telli xanımı Lənkəranski ilə nə bağlayır? -Biz qohum deyilik, yerli idik. O, 17 yaşında fəaliyyət göstərməyə başlayanda, ana-atası öləndə, başına o oyunlar gələndə, bütün bu hadisələrin biz şahidi olmuşuq. Çünki o zaman tez-tez Masallıya gedib, gəlirdik. Onun haqqında çox məlumatım var. Mənim yoldaşım da Lənkəranlıdı. Heç kim bilə-bilməz həyat necə gətirəcək, qismət belə oldu ki, 2008-ci ildə Rusiya vətəndaşlığını almış böyük qardaşım dünyasını dəyişdi. Noyabrın 5-də qardaşım, 2 il sonra- 12 noyabrda isə anam öldü. Qardaşım cavan idi və ukraynalı xanımla ailəli idi. O, dünyasını dəyişəndə yoldaşı istədi orada torpağa tapşırsın, amma anam qoymadı. İmkanı çox yaxşı idi, 27 il idi ki, artıq orda yaşayırdı. Sonradan yoldaşı bizə də dedi ki, Telman vəsiyyət edib ki, ölsəm, Masallıda atamın ayaqları altında basdırın. Anam icazə vermədiyinə görə, qardaşımın nəşi bura gəlməli idi, amma necə? Heç kimdə xarici pasport yox, əlaqələrimiz yox. Bizə dedilər ki, 10-12 min manat pul lazımdır ki, onu təyyarə ilə gətirəsiniz. Naşı və kasıb adamlar idik. Artıq 4 gün idi ki, qardaşım ölüxanada idi. 5-ci günün axşamı evə zəng gəldi. Telefonu mən götürdüm, bir nəfər talış ləhcəsi ilə rusca danışdı. Soruşdum hardansınız, dedi lənkəranlıyam. Orada məhkəmədə çalışır və eşidib ki, bir oğlan ölüb, amma sahib çıxan yoxdur. Gedib yoldaşını tapıb, soruşub, o da cavabında ailəsinin istədiyini bildirib. Deyib ki, o zaman göndərək, yoldaşı isə maddi imkanının olmadığı bildirib. Evinə baxıb, imkanı görüb, amma vermək istəmədiyini anlayıb gedib. Bizə dedi ki, növbəti iki gün şənbə-bazar olduğuna görə, burda heç nə işləmir, çalışacayıq ki, birinci gün həll edək. Artıq 7 gün idi nəşi ordaydı. Ölüxananın pulunu vermək, sənədləri həll etmək, iki təyyarə ilə onu bura gətirmək böyük xərcdir. Həmin insanlar bir qəpik bizdən almadan qardaşımı bizə gətirdi. Bu, mənim anama dünyanı vermək idi. Bəlkə də anam daha tez ölərdi, qardaşım gələndən sonra iki il də yaşadı. Üstündən bir il ötəndən sonra bilmişik ki, Telmanın cənazəsini bizə gətirən Lənkəranskinin adamları olub. O, mənim üçün qardaş oldu, hətta, ondan da əziz biri oldu. Düzdür, mən onu görməmişəm, amma qəfl ölümü mənə dəhşətli dərəcədə pis təsir etdi. Bir müddət mən şokda idim. Onun Azərbaycanda heç bir pis işi olmayıb. Rusiyada nə qədər azərbaycanlıya kömək olub. Bu gün də Rusiyadan mənə yazırlar və həqiqətən təsdiqləyirlər. Elə-belə heç kim yazmaz, dünyasını dəyişən birinin arxasında niyə xoş danışmalıdırlar, deməli, doğrudur. Amma həyatıma qalanda, o, mənim üçün bir işıq oldu. Saçıma boya da qoymamışam. O,mənim qardaşım idi. Birinci dəfə Telmanı itirdim, ikinci dəfə Rövşəni itirdim. Mənim pulum olmayan vaxtda riskə gedərək böyük işi görmək asan deyil. Ona görə o, əziz biri idi. -Niyə onu axtarıb, vaxtında minnətdarlığınızı şəxsən özünə etməmisiniz bəs? -Yerini bilmirdim axı, haradan tapaydım? Adamları ilə də əlaqəm yoxdur. Bizə heç bir əlaqə vasitəsi vermədilər. Bir tək cənazəni bura gətirən adamın evini Lənkəranda tapdıq, mama gedib baş çəkdi. Mən heç onun qəbrini ziyarət etməmişəm. İnanmaq istəmirəm ki, o ölüb. Onu ancaq bacı hiss edər, qardaş itirən biri. Dərdimi danışa bilmirəm. Bəzən otururam, gözüm kor olana qədər ağlıyıram. Öz-özümə deyirəm Rövşən, sən də getdin, bəs birdən hansısa ananın övladına nəsə olsa, ona kim kömək olacaq? Sənin kimi nüfuzlu biri yoxdur…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|