Başçı əmrini gözləyir, camaat isə problemlərinin həllini... - Gədəbəydə həyat durub...
Tarix: 20-08-2015, 10:17 | Çap et
 Gədəbəydən aldığımız yeni məlumatlarda bildirilir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi indiyədək rayonda görüntü xatirinə olsa belə, aparılan bütün işləri dayandırıb. Ehtimal olunur ki, icra başçısı Ramiz Yediyarov yaxın vaxtlarda vəzifədən alınacağı barədə xəbərlərin artıq yuxarı dairələrdən də təsdiqini aldığı üçün belə bir qərar verib. Digər tərəfdən isə, başçının vəzifədən gedişinin heç də problemsiz ötüşməyəcəyi gözlənilir. Belə ki, aldığımız məlumata görə hazırda ölkənin Maliyyə Nazirliyi tərəfindən Gədəbəyin bütün idarə və təşkilatlarının fəaliyyəti ciddi təftiş olunur. Mənbəmiz isə bildirir ki, rayon sakinləri bu yoxlamanın nəticəsi olaraq, artıq uzun müddətdən bəri onları da maraqlandıran bir çox suallara cavab ala biləcəklərinə ümid edirlər. Təbii ki, bu suallar ilk növbədə rayonda mənimsənilən külli-miqdarda dövlət vəsaitlərinin hara xərclənməsi ilə bağlıdır. Məsələn bildirilir ki, Ramiz Yediyarovun Gədəbəyə rəhbərlik etdiyi üç il ərzində təkcə rayonun daxili büdcəsindən 16 milyon manat pul mənimsənilmişdir. Yerli sakinlərdə yaranmış suallardan biri də Gədəbəy şəhəri Heydər Əliyev adına parkın ətrafında yaranmış vəziyyətlə bağlıdır. Məsələ bundadır ki, hələ bir il bundan əvvəl bu parkın abadlaşdırılması və yenidən qurulması məqsədilə 300 min manat məbləğində vəsait ayrılmışdı. Aradan keçən müddət ərzində bu işlərə başlansa da, parkda nə abadlıq, nə də yenidənqurma işləri başa çatdırılmamışdır. Əksinə, park sakinlərin istirahəti üçün yarasız vəziyyətə gətirilmişdir. Ayrılan vəsaitlərin hara xərcləndiyi isə, bu gün də məlum deyil. Gədəbəy sakinlərini son vaxtlar xüsusilə narahat edən digər bir məsələ də şəhərin su təminatı ilə bağlıdır. Qeyd edək ki, bu problem qəzetimizin ötən saylarından birində dərc olunmuş materialda da qismən işıqlandırılmışdı. Qeyd olunmuşdu ki, Gədəbəy şəhərinin bir neçə mərkəzi küçəsində yerləşən yaşayış binalarına su verilməsi naməlum səbəblərdən dayandırılıb. Nəticədə isə, bütöv məhəllələrdə antisanitar vəziyyət və bir çox digər problemlər yaranıb. Yeni aldığımız məlumatda isə, mənbə bildirir ki, artıq iki aydan çoxdur ki, bütün şəhər tamamilə susuz qalıb. Lakin bu dəfə aldığımız məlumatda bu vəziyyəti doğuran səbəblər barədə də bəzi açıqlamalar təqdim edilib. Bu xüsusda mənbə bildirir ki, son vaxtlar havaların xüsusilə isti keçməsilə əlaqədar, rayonun kənd ərazilərində da suya, o cümlədən suvarma suyuna da olan tələbat artb. Bu isə suyun qiymətinin də qalxmasına səbəb olub. Belə ki, hazırda bir maşın suyun qiyməti 40 manata çatıb. Mənbələr bildirirlər ki, məhz buna görə də şəhərə verilən su indi maşınlara doldurularaq fərdi əkin sahələrinin sahiblərinə, fermerlərə satılır. Təbii ki, bu misli görünməmiş özbaşınalığa Gədəbəydən başqa ikinci bir yerdə rast gəlmək qeyri-mümkündür. Məlumatları verən mənbənin toxunduğu daha bir məqam da Gədəbəy şəhərində sahibkar obyektlərinin icra başçısının qərarı ilə qeyri-qanuni olaraq sökülməsilə bağlıdır. Amma bu dəfə söhbət obyekti sökülən növbəti sahibkardan getmir. Bu barədə onsuz da indiyədək qəzetimizdə kifayət qədər faktlar təqdim olunub. Bu dəfə aldığımız məlumat isə əksinə, obyekti sökülməmiş və hətta artırılmasına da icazə verilmiş sahibkarlar haqdadır. Bu xüsusda mənbə bildirir ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən və sakinlər arasında “Elşənin apteki” kimi tanınan aptek də belə “bəxti gətirmiş” obyektlərdən biri olub. Amma bu “bəxt” deyilənə görə, Elşənə 20 min manata başa gəlib. Bundan bir qədər artıq məbləğə, təxminən 30 min manata isə, “Vüsal” şadlıq evinin sahibi öz obyektinin sahəsini bir qədər də artırmağa nail olub...Gədəbəylilər ümid edirlər ki, Ramiz Yediyarov rayondan gedənə qədər bütün bu suallara cavab ala biləcəklər. Amma əslində bunun bir o qədər də əhəmiyyəti yoxdur. Çünki başçının vəzifədən gedəcəyi təqdirdə bütün mövcud problemlər yavaş-yavaş öz həllini tapacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Dünən, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Dünən, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Dünən, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Dünən, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Dünən, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Dünən, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Dünən, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Dünən, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Dünən, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Dünən, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Dünən, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Dünən, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Dünən, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Dünən, 04:07 |
|
|
|
|