Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib .....                     Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən .....                     “Bunun üçün evini satanlar var” .....                     Qurban Qurbanovun Türkiyədə nə işi var? .....                     Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ .....                     Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı .....                     Gürcüstan narazı qalıb: .....                     Ter-Petrosyan: .....                     Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi .....                     “AzInTelecom”a təyinat olub .....                     Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır .....                     Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi .....                     Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı .....                     Azərbaycandakı konsaltinq şirkəti .....                     Ömürlük həbs də çıxış yolu deyil .....                     Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq .....                     Xəstəxanaya müayinə üçün gedən Xalq artistini .....                     Moskva Köçəryanın adamını niyə aradan götürdü? .....                     AQTA-da bir sıra kadr dəyişikliyi olub .....                     Şahin Şıxlinskinin həbs müddəti uzadılıb .....                     "Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" .....                     Azər Aydəmir Koreyada .....                     Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib .....                     Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi .....                     İlhamə Elşadqızına hökm oxundu .....                     Əgər belədirsə... .....                     Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi .....                     AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir .....                     “Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər .....                     “Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” .....                     Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət .....                     Ermənistanda konstitusiya islahatı müzakirə olunur .....                     “Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” .....                     "TikTok-dakı qızların günahkarı analarıdır" .....                     Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... .....                     “Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır .....                     "Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır" .....                     “Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” .....                     Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı .....                 

Daha bir inşaat şirkəti fırıldaqçı çıxdı: MTN-ə şikayət olundu - İsa Məmmədov həbsxanada nəyə görə yatıb?
Tarix: 3-07-2015, 09:27 | Çap et
Daha bir inşaat şirkəti fırıldaqçı çıxdı: MTN-ə şikayət olundu
MMC-nin sədri İsa Məmmədov on ildən çoxdur ki, vətəndaşları aldatmaqla məşğuldur…
Bu barədə İsa Məmmədovdan şikayətçi olan və В«TəzadlarВ»a müraciət edən bir qrup Bakı şəhər sakinləri bildirdilər. Redaksiyamızda olarkən onların təqdim etdikləri sənədlərdən məlum olurdu ki, vətəndaşlar adı çəkilən MMC-dən mənzil aldıqları halda, on ildən çoxdur ki mülklərinə sahib çıxa bilmirlər… В«İdeal-İ-İnşaatВ» MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı bir qrup sakin tərəfindən Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsindən məlum olur ki, İsa Məmmədovun keçmişində də kriminal çalarlar olmuşdur. Oxşar əməli indi də təkrarlayan İsa Məmmədovdan MTN-ə edilmiş şikayət isə bu yaxınlarda araşdırılmışdır… Gülməli də olsa, MTN əməkdaşı-təhqiqatçı şikayətçilərə bildirmişdir ki, В«Siz niyə polisə, məhkəməyə şikayət etmirsiniz?В». Bu sualın cavabını min yerə yozmaq olar, lakin biz hələlik məsələnin faktiki hallarını araşdırmağa çalışacağıq… Əvvəlcə şikayətçilərin müraciətlərinə diqqət edək:
Azərbaycan Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Zakir Qaralova!
Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyinə!
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə!
Surəti: В«TəzadlarВ» qəzeti redaksiyasına!
Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında
(keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasının bir qrup mənzil mükiyyətçiləri tərəfindən
Şikayət məktubu
Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq В«direktorluqdan çıxaraqВ» özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu В«direktorВ» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər.
Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, В«Baku QrupВ»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır.
Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər.
Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, В«TəzadlarВ» qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq.
Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın.
Hörmətlə,
Şikayətçılər:
Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları.

İsa Məmmədovun alıb aldatma oyunbazlığı…

В«TəzadlarВ» hələ iki ay əvvəl bu məsələ ilə bağlı araşdırma aparmışdı və bu barədə yazı da dərc olunmuşdu… Lakin qarşı tərəf, yəni İsa Məmmədov nümayəndəsi vasitəsilə əməkdaşımıza bildirdi ki, şikayətlərin haqlı tələbi ödəniləcək, problem aradan qaldırılacaq… Lakin görünür, İsa Məmmədov həqiqətən də bilmir ki, hazırda Azərbaycan məhkəmələrində ən çox baxılan işlərdən biri mənzil dələduzluğu ilə bağlıdır. Və bu dələduzlar əmlakları müsadirə olunmaqla ən ağır cəzalara məhkum edilirlər… Bunlar dərs olmurmu? Niyə vətəndaşa bir-iki ilə mənzilini tikib təhvil verməyə öhdəlik götürür, pullarını alırsınız, amma on ildir ki, olan-qalanını vermiş vətəndaş hələ də kirayələrdə ömür çürüdür? İnsafınız yoxdurmu? Niyə bu xalqın sadə vətəndaşlarının qəsdinə durmusunuz??? Və nəhayətdə, nə demək istəyirsiniz? İstəyirsiniz ki, bu vətəndaşlar Prezident adminstrasiyasına yürüş etsin, özünü yandırsın, intihar etsin? Bəlkə bu xalqı arxasız və yiyəsiz görürsünüz, cənab İsa Məmmədov??? Bu xalqın arxasında Prezidenti və onların hüquqlarına təminat verən Konstitutsiyası var!

“İdeal-İ İnşaat” MMC-nin mənzil fırıldağı haralara gedib çıxır?

Bizə təqdim edilən sənədləri araşdırarkən məlum oldu ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan “The Baku Group LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti “Sifarişçi” qismində çıxış edərək müqavilə üzrə “Podratçı” kimi “İdeal-İ İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış və “The Baku Group LTD” MMC-nin qanuni mülkiyyətində olan Bakı şəhəri, Telnov (hazırki Xocalı prospekti) k.29 və Qaraşəhər k. 27 ünvanlarında yerləşən, ümumi sahəsi təqribən 4.2 hektar olan torpaq sahəsinin (“Ərazi”) inkişafına və bu sahədə çoxmənzilli yaşayış evlərinin tikintisinə dair (“Tikinti”) 14 oktyabr 2004-cü il tarixli Podrat Müqaviləsi (“Müqavilə”) bağlanmışdır.
Bu Müqavilənin 1.7-ci bəndinə əsasən, Ərazidə aparılacaq Tikinti işlərinin müddəti, Bakı şəhər İcra Hakimiyyətindən Tikintiyə dair müvafiq No 261 saylı 09 noyabr 2004-cü il tarixli Sərəncamın alındığı gündən başlayaraq 32 (otuz iki) ay müddətində – yəni, 25 may 2007-ci il tarixindən gec olmamaq şərti ilə davam etməli və Tikinti bu müddət ərzində tam başa çatdırılaraq Sifarişçiyə təhvil verilməliydi. Lakin Podratçı - “İdeal-İ İnşaat” MMC Müqavilədə qeyd olunan Tikintinin başa çatma vaxtından artıq 8 ilədək müddətin keçməsinə və həmçinin Tikinti işlərinin gecikdirilməsi ilə bağlı “The Baku Group LTD” MMC-nin ona dəfələrlə verdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, Tikintini başa çatdırmamış və buna heç lazımi səy də göstərməmişdir. Əksinə, “İdeal-İ İnşaat” MMC-nin yeganə təsisçisi və direktoru kimi onun adından o zaman Müqaviləni imzalamış Məmmədov İsa Əli oğlu başda olmaqla “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğlu hələ tikilməmiş mənzilləri vətəndaşlara müxtəlif qiymətlərə satmaqla, əldə olunan gəliri isə Ərazidə Tikintinin aparılmasına yox, öz şəxsi maraqlarına, əyləncələrə, öz adlarına villaların və sair əmlakların alınmasına sərf etmişlər. Bu isə öz növbəsində, Podratçıya inanaraq hələ tikilməmiş mənzillərin dəyərini Müqavilə əsasında qabaqcadan Podratçıya nəğd yolla ödəmiş vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Görünür, bir Sifarişçi kimi “The Baku Group LTD” MMC-nin və həmçinin, pullarını mənimsəyərək son 11 ildə mütəmadi olaraq aldatdıqları mənzil sahibləri qarşısında götürdükləri müqavilə öhdəliklərinin yerinə yetirilməsi anlayışı Podratçı “İdeal-İ İnşaat” MMC-nin müdriyyətinə, Məmmədov İsa Əli oğlu başda olmaqla, “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğluna yaddır və bu müddət ərzində mənzil sahiblərinin çəkdiyi iztirablar onların heç vecinə də deyil.

İsa Məmmədov həbsxanada nəyə görə yatıb?

Bizdə olan məlumata görə Məmmədov İsa Əli oğlu adı çəkilən tikinti ərazisindən satdığı mənzillərə görə əldə etdiyi pulların böyük əksəriyyətini keçmiş tərəfdaşı və şəriyi və hazırda isə törətdiyi cinayət əməllərinə görə həbsxanada yatan Rauf adlı birisi ilə birgə Bakı şəhəri, Dilarə Əliyeva küçəsində (köhnə “Bakı” mehmanxanasının arxasında) yerləşən digər yaşyış binasının tikintisinə xərcləmiş və Məmmədov İsa Əli oğlu həmin binada da eyni qanunpozuntuları törətmiş, bir mənzili dələduzluq yolu ilə bir neçə vətəndaşlara sataraq pullarını mənimsəmişdir. Ona görə də o, bu binanın artıq tikilib qurtarmasına baxmayaraq mənzil sahiblərini hələ də öz mənzillərinə buraxmır ki, törətdiyi cinayət əməllərini bir müddət gizli saxlaya bilsin.
Podratçı “İdeal-İ İnşaat” MMC-nin yeganə təsisçisi və direktoru kimi onun adından o zaman Müqaviləni imzalamış Məmmədov İsa Əli oğlu başda olmaqla “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğlunun törətdiyi digər cinayət əməlləri aşağıdakılardır:
1.Xocalı prospekti 29 ünvanında yerləşən Tikinti sahəsindəki yaşayış binasının 12 və 13 blokları arasındakı avtomobillərin həyətə girişi üçün nəzərdə tutulmuş yolu – binanın altındakı keçidi (arkanı) buna heç bir qanuni əsas, müvafiq dövlət orqanlarının icazəsi və ya razılığı olmadan bağlamış (tikmiş) və “kommersiya obyekti” kimi sataraq, həmçinin Tikintinin altındakı hələ tikilməmiş qarajları sataraq pullarını isə mənimsəmişlər. Artıq bu barədə əlimizdə mötəbər sübutlar da vardır…
2.Adı çəkilənlər tikintinin təsdiq olunmuş İnşaat Pasportunda nəzərdə tutulmadığına baxmayaraq və bu haqda Ərazinin mükiyyətçisinin belə heç bir yazılı və ya sifahi razılığı belə olmadan Xocalı prospekti 29 ünvanında və S.Vəzirov küçəsi ünvanlarındakı yaşayış komplekslərinin həyətində özləri üçün “kommersiya xarakterli obyektlər” inşa etmişlər. S.Vəzirov küçəsi-17, 17a, 17b və 17c ünvanlarda yerləşən yaşayış binalarında buna heç bir rəsmi razılıq və ya binanın İnşaat Pasportunda bu fakt qeyd olunmamasına baxmayaraq, bu Podratçı cənablar mənzil sahiblərini aldatmış, onlardan əlavə pul alaraq onların mənzil sahələrini qeyri-qanuni olaraq dəhlizin hesabına xeyli miqdarda artırmışlar.
3.Tikinti sahəsindəki yaşayış binalarında, buna onların heç bir hüquqları, səlahiyyətləri və qanuni icazəsi olmadan, özləri üçün əlavə qazanc mənbəyi - “mənzil təsərrüfat idarələri” yaratmışlar və hələ Tikintisi başa çatmamış mənzillərin sahiblərindən - guya kommunal xidmətlər göstərmək bəhanəsi ilə onların mənzillərinin hər bir kv. metrinə görə heç bir hesab-kitab aparılmadan və ya vergi ödəmədən hər ayda 0.4 AZN olmaqla “xidmət haqqı” yığırlar və əldə etdikləri pulları da Tikintinin başa çatdırılmasına və ya vətəndaşlara kommunal xidmətlər göstərilməsinə yox, məhz öz şəxsi mənafeləri üçün xərcləyirlər.
4.Tikinti sahəsindəki yaşayış binasının vətəndaşlara satılmış mənzillərindəki qaz sayğaclarının Podratçı tərəfindən quraşdırılaraq vətəndaşlara pulsuz təhvil verilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Podratçı cənablar mənzil sahibi olan vətəndaşları hədələyərək onlardan hər bir qaz sayğacı üçün əlavə olaraq təqribən 1000 manat pul qoparırlar.
5.Ən nəhayət, yuxarıda qeyd olunduğu və bu Podratçı cənabların özlərinin belə etiraf etdikləri kimi, bu cənablar özlərinin hədsiz tamahkarlığından Tikintidən əldə etdikləri vəsaitləri öz şəxsi varlanmalarına xərclədiyindən, və Tikintinin tam başa çatdırılaraq təhvil verilmə vaxtından artıq 8 ilədək müddətin keçməsinə baxmayaraq, Tikintini əsla başa çatdırmaq niyyətində və ya arzusunda belə deyillər. Bu isə öz növbəsində aldadılaraq pulları mənimsənilmiş vətəndaşların getdidkcə artan narazılıqlarına və son nəticədə isə, bu Podratçı cənabların cinayətkar əməlləri ucbatından həmin vətəndaşlar tərəfindən kütləvi surətdə ictimai asayişin pozulmasına gətirib çixara bilər. Bu problemin həlli isə yalnız bu Podratçı cənabların Tikintidən oğurladıqları pulları gec də olsa Tikintiyə xərcləyərək onu başa catdırmaqla son 11 ildə külli miqdarda qazanc əldə etdikləri yaşayış kompleksini yaşayışa tam hazır və yararlı vəziyyətdə vətəndaşlara təhvil vermələrindədir.
Qeyd etmək istəyirik ki, İsa Məmmədov hələ1999-cu və 2002-ci ilərldə törətdiyi qanunpozuntuları və cinayət əməllərinə görə qanunvericiliyə uyğun Cinayət Məcəlləsinin “Saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma” maddəsi ilə məsuliyyətə cəlb olunmuş və bir neçə ay həbsxanada yatmışdır. Bu barədə ətraflı bəhs ediləcək.
-Məmmədov İsa Əli oğlu başda olmaqla “İdeal-İ İnşaat” MMC-nin hazırkı direktoru Məmmədov Çingiz Əkbər oğlunun törətdiyi cinayət əməlləri barəsində respublikanın bütün hüquq-mühafizə orqanlarına rəsmi məlumatlar verilmiş və şikayət məktubları göndərilmişdir.
-Bəs görəsən İsa Məmmədovu arxayınlaşdıran, indiyədək məsuliyyətdən yayınmasında apxa olan havadar, yüksək çinli məmur kimdir?...

(Davamı var)
В«TəzadlarВ»ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tiktokda canlı yayımda anası tərəfindən zərbə alan uşaq dövlət müəssisəsinə yerləşdirilib
Bu gün, 16:35
Dövlətə 2,2 milyon manatdan çox vergi borcunu ödəməyən mühəndislik şirkəti bağlanır
Bu gün, 16:20
“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama
Bu gün, 16:09
Qurban Qurbanovun Türkiyədə nə işi var? - Ertem Şener
Bu gün, 16:06
Xalq artistinin yubileyinə xanımı ÇAĞIRILMAYACAQ - FOTO
Bu gün, 16:03
Kirill Kabanov yenə Azərbaycanı hədəfə aldı - “Dövlətim üçün xəcalət çəkirəm…”
Bu gün, 16:01
Gürcüstan narazı qalıb: - “Azərbaycana başqa cür yanaşırsınız”
Bu gün, 15:14
Ter-Petrosyan: - Nikol bunu bacardı
Bu gün, 15:12
Gizir Xanının ailəsi İH-in bu təklifindən imtina etdi - AÇIQLAMA
Bu gün, 15:09
“AzInTelecom”a təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:06
Bakı səhiyyə xidmətlərinin səviyyəsinə görə dünyada sonunculardandır – “Numbeo”
Bu gün, 15:03
Nazirliyin tabeliyindəki qurumun 3,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 15:01
Son iki gündə 4 şirkət ləğv olunduqlarını açıqladı - SİYAHI
Bu gün, 14:59
Azərbaycandakı konsaltinq şirkəti - LƏĞV OLUNDU
Bu gün, 14:56
Ömürlük həbs də çıxış yolu deyil – Hüquq müdafiəçisi etiraz etdi
Bu gün, 14:52
Məzahir Pənahov yola salınır: MSK sədri bu şəxs olacaq - İDDİA
Bu gün, 14:51
Xəstəxanaya müayinə üçün gedən Xalq artistini ürəyindən əməliyyat etdilər
Bu gün, 14:47
Moskva Köçəryanın adamını niyə aradan götürdü? - ŞOK DETALLAR
Bu gün, 14:46
AQTA-da bir sıra kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 14:42
Şahin Şıxlinskinin həbs müddəti uzadılıb - FOTO
Bu gün, 14:40
"Nə məhsulu çatdırır, nə pulumu qaytarırlar" - “Music Gallery”dən şikayət
Bu gün, 14:38
Azər Aydəmir Koreyada - “Xərclədiyi məbləğin 40 faizini geri ala bilər”
Bu gün, 14:32
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:27
Peskov Trampın NATO ölkələrinin Rusiya təyyarələrini vurma hüququ ilə bağlı sözlərini şərh edib
Bu gün, 14:24
Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi - VİDEO
Bu gün, 13:11
İlhamə Elşadqızına hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 13:00
Əgər belədirsə... daha qulaq asmasınlar!
Bu gün, 12:31
Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Bu gün, 12:22
AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir - Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s
Bu gün, 12:14
“Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:08
“Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS
Bu gün, 12:01
Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 11:56
Ermənistanda konstitusiya islahatı müzakirə olunur - KİV
Bu gün, 11:53
“Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Bu gün, 11:40
"TikTok-dakı qızların günahkarı analarıdır"
Bu gün, 11:36
Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Bu gün, 11:33
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Bu gün, 11:29
"Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır"
Bu gün, 11:24
“Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” - Partiya sədri
Bu gün, 11:16
Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 11:12
On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına AĞIR CƏZA
Bu gün, 11:10
Xatunla duet ortağı arasında EŞQ YAŞANIR?
Bu gün, 11:08
"Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb - HESABAT
Bu gün, 11:01
Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək - KİV
Bu gün, 10:59
Anklavlar məsələsi “ərazi mübadiləsi”ni gündəmə gətirir - GƏLİŞMƏ
Bu gün, 10:57
Azərbaycandada BOKT-da səhmdar dəyişikliyi baş verib - YENİ PAYÇI MƏLUM OLDU
Bu gün, 10:55
Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:54
Sədərək Gömrüyündə RÜŞVƏT BUMU... - İTTİHAM VAR...
Bu gün, 10:53
Paşinyanın üstünlükləri kifayət qədər çoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:36
“Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru