"ZaminBank"la bağlı ilginc ittiham: Bankda "obnaliçka" əməliyyatları tüğyan edir - "Çirkli pulları" belə yuyurlar...
Tarix: 11-04-2015, 11:29 | Çap et
 Redaksiyamıza yeni daxil olan məlumatlarda “Zamin Bank” ASC-nin Ağstafada yerləşən 10 saylı bank şöbəsinin fəaliyyətində yer almış bir sıra qanun pozuntularına dair maraqlı açıqlamalar təqdim olunur. Bu xüsusda mənbə bildirir ki, şöbənin müdiri Həsən Qurbanov tutduğu vəzifədən sui-istifadə edərək və digər iki qardaşı ilə əlbir olaraq, Zaminbankın vəsaitləri hesabına özlərinə şəxsi biznes yaradıblar. Digər tərəfdən isə bu biznesin diqqəti cəlb edən cəhəti təkcə bank vəsaitlərinin qeyri-qanuni cəlb olunmasından ibarət deyil. Məsələ bundadır ki, Qurbanov qardaşlarının birgə qurduqları bu iş qeyri-leqal beynəlxalq pul köçürmələrinin reallaşdırılmasına əsaslanıb. Məlumat üçün bildirək ki, Həsən Qurbanovun rəhbərlik etdiyi bank şöbəsinin funksiyalarına o cümlədən fiziki şəxlərə hesab açmadan “Caspian Money Transfer”, “Western Union”, “Contact” və “Inter Express” sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirilməsi də daxildir. Lakin məlum olduğu kimi bu sistemlər üzrə köçürmələr ciddi məbləğ məhdudiyyətlərinə malikdir. Təbii ki, bu məhdudiyyətlər ölkənin maliyyə sisteminin təhlükəsizliyinin təminatı üçün nəzərdə tutulub və dünyanın bütün dövlətlərində bu və ya digər formada tətbiq olunur. Digər tərəfdən isə elə həmin bu məhdudiyyətlər də bir çox korrupsioner bank əməkdaşlarına “qara köçürmə” sistemini yaratmaq imkanı verib. Ümumilikdə bu sistemin işləmə mexanizmi barədə yəqin ki, çoxlarının təsəvvürü var. Məlum olduğu kimi bu gün Azərbaycana daha çox müxtəlif məhsulların gətirildiyi əsas ölkələrdən biri də Çindir. Təsəvvür edin ki, hər hansı iş adamı artıq qurduğu əlaqələr zəminində Çindən dəyəri 100 min ABŞ dolları olan malın göndərilməsini sifariş edir. Bu zaman ortaya çıxan əsas problem ödənişin həyata keçirilməsi ilə bağlı olur. Təbii ki, bunun qanuni yolu ödənişlərin bank hesabları vasitəsilə həyata keçirilməsidir. Lakin bu prosedur çox zaman nə alan, nə də satan tərəfi qane etmir. Belə ki, bank hesablaşmaları zamanı tələb olunan vergi ödəmələri, bank xidmət haqqı və digər ödənişlər birbaşa malın maya dəyərinə təsir edir. Bax elə bu zaman da səhnəyə Həsən Qurbanov kimi, iş adamlarına “ürək yandıran” bank işçiləri çıxır. Həm də “qara köçürmə” sisteminin xidmətlərindən yararlanmaq üçün uzağa da gemək lazı deyil. Belə ki, bu sistemin “pul köçürmə məntəqəsi” bilavasitə “Binə” ticarət mərkəzində fəaliyyət göstərir. Pul köçürmək istəyən şəxs bura gələrək müəyyən məbləğdə nəğd pulunu təqdim edir. Sonra Çində pulu alacaq şəxsə telefonla zəng olunaraq ona pulu haradan və kimdən götürəcəyi barədə təlimat verilir. Eyni zamanda həm Bakıda, həm də Çində pulu alan və verən şəxslər bir-biriləri ilə əlaqədə olurlar və pulun alındığını təsdiqləyirlər. Beləcə iş adamı üçün “köçürmə” başa çatır. Təbii ki, bu zaman pulu göndərən şəxs müəyyən məbləğdə xidmət haqqı da ödəməli olur. Lakin bu məbləğ həmin əməliyyatın bank vasitəsilə həyata keçirilməsində çəkilən xərcdən xeyli aşağı olur. Qalanı isə necə deyərlər, işin texniki tərəfidir. Yəni Bakıda alınmış pulun həqiqətən də Çinə köçürülməsi böyük ehtimalla yenə də bank hesabları vasitəsilə həyata keçirilir. Lakin bu artıq Zaminbankın (baxdığımız halda) özünün mövcud sxemləri üzrə baş verir. Daxil olan məlumatlarda da bildirilir ki, Zaminbankın xətti ilə işləyən “qara köçürmə” sisteminin “Binə” ticarət mərkəzindəki məntəqəsində işləri aparan şəxs Həsən Qurbanovun İbrahim adlı bir qardaşıdır. Şöbə müdirinin digər bir qardaşı Rəhim isə Zaminbankın baş ofisində, Bakıda çalışır. Bu sistemdə onun vəzifəsi ümumi “əməliyyat planını” “Zamin Bank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovla razılaşdırmaq və tələb olunan vəsaitlərin 10 saylı şöbəyə ayrılmasını təmin etməkdir.
Lakin bu da var ki, bəzən bu işlərdə səriştəsi az olan insanlar “qara köçürmə” sisteminin qurbanlarına da çevrilirlər. Məsələn, pul köçürmək istəyən şəxs Çindəki tərəfdaşı ilə vaxtında əlaqə yarada bilmir və əlindəki nəğd pulu etibar edib “köçürmə məntəqəsi”nə təhvil verərək, sadəcə Çində pulun kimdən alınacağına dair məlumatlarla oradan ayrılır. Sonradan isə məlum olur ki, pul “naməlum səbəblərdən” yoxa çıxıb. Elə aldığımız məlumatda bu yaxınlarda Qurbanovların da bir vətəndaşın başına belə bir oyun gətirdikləri bildirilir...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
|